Əli Rza Paşa

Əli Rza Paşa (d. 1860 - ö. 31 oktyabr 1932) — VI Mehmed Vahidəddinin səltənətində 4 ay 28 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.

Əli Rza Paşa
4 oktyabr 1919 2 mart 1920
ƏvvəlkiKürəkən Fərid Paşa
SonrakıSaleh Hulusi Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Fəaliyyəti siyasətçi
Atası Tahir Əfəndi
Dini Sünni, İslam
Hərbi xidmət
Döyüşlər
Rütbəsi marşal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əli Rıza Paşa və ya Düzdaban Əli Rıza Paşa (1860 - 31 oktyabr 1932[1])), Osmanlı İmperatorluğunun son illərində Əyan Məclisinin üzvü, Hərbi Nazir və Donanma Naziri və 4 oktyabr 1919 - 2 mart 1920 tarixlərində VI Mehmedin dövründə və İstanbulun işğalı altında olduğu zamanlar sədrəzəm vəzifəsində çalışmış dövlət xadimi, Osmanlı müşiri.[2]

1860-cı ildə İstanbulda anadan olub. Jandarm mayoru Tahir Əfəndinin oğludur. 1886-cı ildə Hərbi Akademiyanı ( Mekteb-i Harbiye) bitirib. 1897-ci il Osmanlı-Yunan müharibəsi zamanı Hərbi Əməliyyatlar İdarəsinin müdiri vəzifəsində çalışıb. O, 1903-cü ildə Monastır valisi vəzifəsində çalışarkən, Monastırdakı rus konsulunun qətlinə görə məsuliyyət daşıdığı üçün Rusiyanın təkidi ilə Tripoliyə sürgün edilib.

14 avqust 1908-ci ildə Hərbi Nazir oldu, lakin 41 gün sonra İttihat və Tərəqqi Partiyasının etirazı ilə vəzifəsindən azad edildi. O, 1909 və 1918-ci illərdə iki dəfə Hərbi Dəniz Qüvvələri naziri olub. 1912-1913-cü illər arasında Balkan müharibəsində Qərb Ordusunun Baş Komandanı vəzifəsində çalışıb. Daha sonra İstanbulun işğal olunduğu illərdə 2 oktyabr 1919-cu il - 3 mart 1920-ci il tarixləri arasında baş vəzir (sədrəzəm) vəzifəsində çalışıb. Anadoluda inkişaf edən Qüvayi-milliyə üzvləri ilə anlaşmanın qaçılmaz olduğunu görüb, nümayəndə heyəti ilə əlaqə qurdu və Saleh Paşanı Mustafa Kamal Paşa ilə görüşmək üçün Amasiyaya göndərdi və razılaşma yolları axtardı. O, formalaşdıracağı kabinetdə nümayəndə heyətinin (Heyeti Temsiliye) müraciətlərinə baxacağına söz verib. Lakin o, "Kuvâ-yi Milliye"ni hakimiyyəti ələ keçirməyə və "Heyeti Temsiliye"ni ləğv etməyə cəhd etdi. 1920-ci ildə Müttəfiq dövlətlərin təzyiqi ilə istefa verməli oldu. O, 1922-ci ildə Osmanlının sonuncu kabinetində ictimai işlər və daxili işlər naziri olub.

31 oktyabr 1932-ci ildə İstanbulda Erenköydə vəfat etmiş və İçerenköy qəbiristanlığında dəfn edilmişdir.[1]

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.