Əli Rza Ataman

Əli Rza Ataman və ya Kağızmanlı Əli Rza bəy (1884, Kağızman, Qafqaz diyarı26 iyun 1955) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Kağızman qaymakamı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti daxili işlər naziri.

Əli Rza Ataman
Əlirza bəy İsmayılbəyzadə
bayraq
Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili
bayraq2
3 avqust 1921 16 aprel 1923
Seçki bölgəsiQars
Əvvəlkivəzifə təsis olundu
SonrakıÖmər Tarım
27 mart 1919 13 aprel 1919
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Şəxsi məlumatlar
Doğum tarixi 1884
Doğum yeri
Vəfat tarixi 26 iyun 1955(1955-06-26)
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

Əli Rza Ataman 1884-cü ildə Kağızmanda anadan olmuşdur. İdadi məzunudur.

1914-cü ildə qardaşları Məmməd bəy, Ömər bəy İsmayılbəyzadələrlə birgə tutularaq Qars həbsxanasında həbs olunmuş, 1917-ci ildə azadlığa çıxmışdır.[1]

25 iyun 1955-ci ildə vəfat etmişdir.

Siyasi fəaliyyəti

Difai Partiyasının üzvü və Nəşri-Maarrifin təmsilçisi olmuşdur.[2]

5 noyabrda Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa AcalovFəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.[3]

26 noyabr 1918-ci ildə Qarsda yerli Milli İslam Şurasının sancak şöbəsini yaratmışdır.[1]

7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldıdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olurdan Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.[3]

17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad,Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Hökuməti elan olunmuşdur. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir. 25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır[3] Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. Əli Rza bəy bu hökumətdə daxili işlər naziri təyin olunmuşdur. 13 apreldə ingilis işğalından sonra Əli Rza Ataman Qarsa köçmüşdür.

Əli Rza bəy 1921-ci ildə Türkiyə Böyük Millət Məclisinin I çağırışına Qarsdan millət vəkili seçilmək üçün seçkilərə qatılmış, 21 namizəd arasından 91 səs alaraq 2-ci olmuş və Qarsın 3 millət vəkilindən biri seçilmişdir.[3][4]

O, həmçinin Kağızman qaymakamı da olmuşdur.

Xatirəsi

Kağızmandakı evinin yerləşdiyi küçə Ali Ataman prospekti adlanmaqdadır.[2]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  2. "Arxivlənmiş surət". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  3. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  4. "TBMM Albümü". tbmm.gov.tr. (#archive_missing_date) tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.