Əli Nuriyev (kimyaçı)
Əli Nuriyev (Əli Nəcəfqulu oğlu Nuriyev; 29 dekabr 1928, Naxçıvan – 15 aprel 2020, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1972), AMEA-nın müxbir üzvü (2007).[1]
Əli Nuriyev | |
---|---|
Əli Nəcəfqulu oğlu Nuriyev | |
Doğum tarixi | |
Doğum yeri | Nehrəm, Babək rayonu Naxçıvan |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Kimyaçı |
Elmi dərəcəsi | Kimya elmləri doktoru (1972) |
Elmi adları | Professor , AMEA-nın müxbir üzvü(2007) |
İş yerləri | Akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
Təhsili |
Həyatı
Əli Nuriyev 29 dekabr 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, III kursdan Qorki (indiki Nijni Novqorod) Dövlət üniversitetinin kimya fakültəsinə göndərilmişdir. 1953-cü ildə oranı analitik kimya ixtisası üzrə müvəffəqiyyətlə bitirən Ə. Nuriyev 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kimya İnstitutunda işə qəbul olunmuşdur. O, burada kiçik elmi işçi, baş elmi işçi kimi çalışmışdır. 1971-ci ildən hal-hazıra kimi müxbir üzvi Əli Nuriyev akademik M. F. Nağıyev adına Kataliz ve Qeyri- Üzvi Kimya institunda "Sorbsiya prosesləri" şöbəsinə və "Qeyri-Üzvi və sintetik sorbentlər" laboratoriyasına rəhbərlik edir.1963-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1980–1985-ci illərdə Azərbaycan Elmlər akademiyasının Kimya institunun müdir müavini olmuşdur. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Elmi fəaliyyəti
Əli Nuriyevin rəhbərliyi ilə aparılan elmi tədqiqat işləri ölkənin sənaye, tullantı, mineral neft lay sularında radioaktiv və bir sıra nadir səpələnmiş B, Co, Ni, Cu, As, karbon qazı və s. elementlərin yeni xammal mənbəyi qismində və minral sərvətlərdən səmsrəli istifadəsinə əsaslanır.
İlk dəfə nadir səpələnmiş və radioaktiv elementlərin Azərbaycannın bütün həmçinin Tükmənistanın və Qroznının bir neçə yataqlarında neft-lay suyu- çöküntü süxuru sistemində ardıcıl şəkildə paylanması, miqrasiyası və toplanmasının qanuna uygunluqları öyrənilmişdir.
Elmi-tədqiqatlar əsasında Neftçala Yod-Brom zavodunun tullantı sularından xörək duzunun alınma texnologiyası və layihəsi, Darıdağ (Naxçıvan) termal mineral suyundan bor, arsen, karbon qazının alınması texnologiyası işlənib hazırlanmışdır.
Bu Texnologiya üzrə zavod tikilib və hal hazırda Respublikanın ehtiyatını ödəyir. bu texnologiya bütün karbon qazı tərkibli su mənbəyinə şamil oluna bilər. Xörək duzuna bu layihə üzrə sənaye istehsal gücü 50 min /ton olan duz mədəninin tikilməsi "Azər-Yod" MMC-nin 2018-ci il inkişaf proqramına daxl edilmişdir.
Professor Əli Nuriyevin apardığı tədqiqatlar iki monoqrafiyada, 280 -dən çox elmi əsərdə, o cümlədən 16 müəlliflik şəhadətnaməsində və 3 patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 16 elmlər namizədi, 3 elmlər doktoru müdafıə etmiş, hazırda isə 2 nəfərin doktorluq, 4 nəfərin namizədlik işlərinə rəhbərlik edir.
Təltiflər
- Dövlət mükafatı laureatı (1980),
- Əməkdar elm xadimi (2005),
- Ən yaxşı vətənpərvər tədqiqatçı Alim Qızıl medalı (2013).
İstinadlar
- "Nuriyev Əli Nəcəfqulu oğlu" (az.). science.gov.az. 2017. 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.