Əli Nağıyev (general)

Əli Nağı oğlu Nağıyev (8 noyabr 1958, Naxçıvan rayonu) — general-polkovnik, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini (2005–2011).

Əli Nağıyev
Vəzifədədir
20 iyun 2019-cuildən
(i.e. 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
ƏvvəlkiMədət Quliyev
16 mart 2005 11 aprel 2011
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1958(1958-11-08) (65 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı
Rütbəsi
General-polkovnik

Təltifləri

"Zəfər" ordeni  — 2020"Azərbaycan Bayrağı" ordeni  — 2002

1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 20203-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2018"Vətən uğrunda" medalı  — 2004"İgidliyə görə" medalı  — 2005
"Hərbi xidmətlərə görə" medalı  — 1998"Şücaətə görə" medalı"Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
"Sərhəddə fərqlənməyə görə" medalı"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı"Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı
"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı"Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı
"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)" yubiley medalı"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" yubiley medalı"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı"Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik KomitəsininAzərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilmişdir. 2011–2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.[1]

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilmişdir.[2] Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.

Sabiq deputat Həsən Mirzəyev general-polkovnik Əli Nağıyevin qaynatasıdır.[3]

Təltifləri

Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.