Əli Məhərrəmov (zabit)
Məhərrəmov Əli Əmirxan oğlu (30 oktyabr 1975, Daşkənd, Vardenis rayonu) — Azərbaycan hərbçisi, baş leytenant; İkinci Qarabağ müharibəsinin iştirakçısı.
Əli Məhərrəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 oktyabr 1975 (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Molla Əmirxan[d] |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | |
Təltifləri |
Həyatı
Əli Məhərrəmov 30 oktyabr 1975-ci ildə Göyçə mahalının Daşkənd kəndində doğulub. 1983–1988-ci illərdə Vardenis rayonunun Daşkənd kənd orta məktəbində, 1988–1993-cü illərdə isə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. 1995-ci ildə Bakı Rabitə Kollecinin "Mühasibat uçotu" şöbəsinini, 1999-cu ildə isə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "İqtisadiyyat" fakültəsinin "Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi" ixtisasını bitirmişdir.
1988-ci ildə ailəsi ilə birlikdə Göyçə mahalından məcburi köçərək Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır.
2000–2002-ci illərdə "Uşaqları Qoruyun" (ing. Save Childrens) təşkilatında provoyder, 2002–2003-cü illərdə KOSİA-SMEDA təşkilatında məsləhətçi vəzifələrində işləmişdir.
2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hərbi xidməti
Əli Məhərrəmov 2003–2005-ci illərdə Baş leytenant rütbəsində Qazax rayonundakı N saylı hərbi hissədə artilleriyanın taqım komandiri olmuşdur.
İkinci Qarabağ müharibəsində iştirakı
27 sentyabr 2020-ci ildə başlayan Azərbaycanın əks-hücum əməliyyatlarından sonra ehtiyatda olan artilleriya zabiti qismində xidmətə çağırılmışdır. Bununla da 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmətinə davam etməyə başlamış, Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində iştirak etmişdir.
Yaradıcılığı
Hələ uşaq olarkən babası Həsən Xəyallının əlyazmalarından, atası Molla Əmirxanın şeirlərindən təsirlənərək şeirlər yazmağa başlayıb, əski Azərbaycan əlifbasını öyrənib. Şeirləri müxtəlif qəzet və almanaxlarda çap olunmuşdur.[1]
Ailəsi
Ailəlidir, Hacıyeva Səbinə Sədaqət qızı ilə ailə həyatı qurub. Əmrah, Mehdi və İsa adlı üç oğlu var.
Qardaşı Mehdi Məhərrəmov Birinci Qarabağ müharibəsində itkin düşüb.
Şair Həsən Xəyallının nəvəsidir.[2]
Təltifləri
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Məhərrəmov Əli Əmirxan oğlu 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[3]
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Məhərrəmov Əli Əmirxan oğlu 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[4]
İstinadlar
- Əli Vəkil, "Ot kökü üstə bitər". Ekspress qəzeti. № 225(2403). 8 dekabr 2007-ci il.
- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-25. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-25. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.