Əli Məmmədov (siyasətçi, 1900)

Əli Səməd oğlu Məhəmmədov (Məmmədov) (1900, Lənkəran, Lənkəran qəzası7 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1931–1932), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi və Azərbaycan SSR xalq daxili işlər komissarı (1926–1929), Gəncə Qəza İcraiyyə Komitəsinin sədri (1922–1926), Lənkəran Qəza İnqilab Komitəsinin sədri (1920). Siyasi repressiyaya uğramışdır.

Bu məqalə Azərbaycan SSR-də fəaliyyət göstərmiş Əli Məmmədov haqqındadır. Digər siyasətçilər üçün Əli Məmmədov (siyasətçi) səhifəsinə baxın.
Əli Məmmədov
30 yanvar 1931 29 yanvar 1932
ƏvvəlkiTeymur Əliyev
SonrakıNadir İbrahimov
1928 1929
SədrSəməd ağa Ağamalıoğlu
ƏvvəlkiTağı Şahbazi
SonrakıƏləsgər Şahbazov
bayraq
Azərbaycan SSR xalq daxili işlər komissarı
bayraq2
1926 192?
bayraq
Gəncə Qəza İcraiyyə Komitəsinin sədri
bayraq2
1922 1926
ƏvvəlkiQasım İsmayılov
bayraq
Lənkəran Qəza İnqilab Komitəsinin sədri
bayraq2
1920 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1900
Doğum yeri
Vəfat tarixi 7 yanvar 1938(1938-01-07)
Vəfat yeri
Partiya

Həyatı

Əli Səməd oğlu Məhəmmədov 1900-cü ildə Bakı quberniyasının Lənkəran şəhərində sənətkar ailəsində anadan olmuşdur. Buradakı dördsinifli məktəbi bitirmişdir.[1]

1917-ci ildə Lənkəran qəzasında inqilabi fəaliyyət göstərmiş, 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdur. Muğan Sovet Respublikası qurulduqdan sonra Qırmızı qvardiya dəstələri tərkibində əksinqilabçılara qarşı vuruşmuşdur. 1920-ci ilin yanvar ayında fəaliyyətini bərpa etmiş Lənkəran gizli qəza partiya komitəsinin tərkibinə seçilmiş, Azərbaycan Kommunist Partiyasının birinci qurultayının nümayəndəsi olmuş və həmin qurultayda çıxış etmişdir.[2] 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Lənkəran Qəza İnqilab Komitəsinin sədri seçilmiş, həmin ilin oktyabr ayında Azərbaycan K(b)P tərəfindən Moskvadakı Yakov Sverdlov adına Kommunist Universitetində oxumağa göndərilmişdir.[1]

Əli Məhəmmədov təhsilini bitirdikdən sonra Bakıya qayıtmış və 1921-ci ilin sentyabr ayında də Azərbaycan K(b)P MK təlimatçısı təyin edilmiş, sonra isə Azərbaycan K(b)P Lənkəran Qəza Komitəsinin katibi vəzifəsində çalışmışdır.[1] O, 1922–1926-cı illərdə Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, 1926–1929-cu illərdə Azərbaycan SSR xalq daxili işlər komissarı və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Şirvan (Göyçay) Mahal İcraiyyə Komitəsinin sədri, Ağdam Rayon İcraiyyə Komitəsinin sədri, 1931–1932-ci illərdə Azərbaycan SSR xalq maliyyə komissarı, Qutqaşen Rayon İcraiyyə Komitəsinin sədri və Taxıl Tədarükü İdarəsi Azərbaycan kantorunun müvəkkili vəzifələrində işləmişdir.[2][1]

Əli Məhəmmədov dəfələrlə Azərbaycan K(b)P MK-ya, RK(b)P-nin Zaqafqaziya Ölkə Komitəsi Təftiş Komissiyasına, Azərbaycan SSR, ZSFSR və SSRİ mərkəzi icraiyyə komitələrinə üzv seçilmişdir.[2]

Həbsi və ölümü

Əli Məhəmmədov Stalin repressiyalarının qurbanı olmuşdur. O, 1936-cı ilin axırlarında "Lənkəran rayonunda millətçi (müsavatçı) kadrların hazırlanması və Azərbaycan KP MK katibini öldürmək məqsədilə terror qruplaşmasının yaradılması istiqamətində işlər aparma" ittihamları ilə həbs edilmiş və 19 yanvar 1937-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 7 yanvar 1938-ci ildə barəsində SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə əmlakı müsadirə olunmaqla güllələnmə qərarı alınmışdır. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 29 sentyabr 1956-cı il tarixli qərarı ilə ona bəraət verilmiş, 26 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa edilmişdir.[3]

İstinadlar

  1. Ә. С. Мәммәдов // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 239–240.
  2. Мәммәдов Әли Сәмәд оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 499.
  3. Мамедов Али Самед оглы // Открытый список (rus). 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-06.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.