Əli Kərimov (dövlət xadimi)
Əli Həbib oğlu Kərimov (20 sentyabr 1919, Bakı – 5 iyun 2000) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1956–1960), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1960–1965), Azərbaycan SSR Partiya-Dövlət Nəzarəti Komissiyasının (1962–1965) və Xalq Nəzarəti Komitəsinin sədri (1965–1970), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1970–1980), Azərbaycan SSR Dövlət Əmək Komitəsinin (1980–1987) və Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri (1987–1991), Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyasının sədri (1990–1992).
Əli Kərimov | |
---|---|
Azərbaycan SSR Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri | |
13 oktyabr 1987 – 22 may 1991[lower-alpha 1] | |
Əvvəlki | komitənin adı dəyişdirilib |
Sonrakı | Svetlana Qasımova |
Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri | |
20 dekabr 1980 – 13 oktyabr 1987 | |
Əvvəlki | Ziya Kurmakayev |
Sonrakı | komitənin adı dəyişdirilib |
7 may 1970 – 22 dekabr 1980 | |
Əvvəlki | Abdulla Qədirov |
Sonrakı | Vaqif Hüseynov |
22 dekabr 1965 – 7 may 1970 | |
Əvvəlki | komitə təsis edilib |
Sonrakı | Hacıbaba Əfəndiyev |
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədri | |
27 dekabr 1962 – 22 dekabr 1965 | |
Əvvəlki | komitə təsis edilib |
Sonrakı | komitə ləğv edilib |
4 fevral 1960 – 22 dekabr 1965 | |
Sədr | Məmməd İsgəndərov Ənvər Əlixanov |
13 avqust 1956 – 4 fevral 1960 | |
Əvvəlki | Andrey Bulıqa |
Sonrakı | Xəlil Məmmədov |
1947 – 1952 | |
Əvvəlki | İsmayıl Əskərov |
Sonrakı | Nazim Hacıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 sentyabr 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyun 2000 (80 yaşında) |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | general-mayor |
|
|
Təltifləri |
Həyatı
Əli Həbib oğlu Kərimov 1919-cu ildə Bakıda, qulluqçu ailəsində anadan olmuşdur. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Neft mexanikası fakültəsində oxumuşdur. Təhsil aldığı illərdə fakültə, sonra isə institut komsomol təşkilatının katibi olmuşdur.[1] 1942-ci ildə institutu bitirmiş[2] və sonralar qiyabi olaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində təhsil almışdır.[3]
1942-ci ildən Əli Kərimov Dzerjinski adına zavodda yoxlayıcı usta, bir qədər sonra isə nəzarət şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, eyni zamanda zavod komsomol təşkilatına rəhbərlik etmişdir.[1] Bundan sonra o, komsomol işinə daha yaxından cəlb olunmuş və 1943-cü ildə Orconikidze (hazırkı Suraxanı) rayonunun komsomol komitəsinin katibi seçilmişdir. 1944–1945-ci illərdə isə Bakı komsomol komitəsinin katibi, 1945–1947-ci illərdə isə birinci katibi vəzifələrində çalışmışdır.[2]
Əli Kərimov 1947-ci ilin oktyabr ayında Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Sovet nümayəndə heyəti tərkibində Ümumdünya Gənclər Federasiyasının Budapeştdə keçirilmiş konqresinin işlərində iştirak etmişdir.[1] ÜİLKGİ Mərkəzi Komitəsinin üzvü olmuşdur.[4]
Əli Kərimov 1952–1956-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri olmuşdur.[5] 1956–1960-cı ildə Azərbaycan SSR daxili işlər naziri, 1960–1965-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifələrində işləmişdir. Həmin dövrdə, 1962–1965-ci illərdə paralel olaraq Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədri və Azərbaycan KP MK katibi olmuş, 1965–1970-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışmışdır.[6]
Əli Kərimov 1970-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi seçilmiş və bu vəzifədə 1980-ci ilədək işləmişdir. 1980-ci ildən isə Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri olmuşdur.[7]
Əli Kərimov 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir. O, 1953–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1962–1966-cı və 1971–1981-ci illərdə Mərkəzi Komitənin büro üzvü, 1966–1971-ci illərdə isə büro üzvlüyünə namizəd olmuşdur.[7] beş çağırış (3, 5, 8–10-cu) SSRİ Ali Sovetinin, beş çağırış (2, 4–7-ci) Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir.
Əli Kərimov 5 iyun 2000-ci ildə vəfat etmişdir.[8]
Qeydlər
- 5 fevral – 22 may 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri kimi
İstinadlar
- Әли Һәбиб оғлу Кәримов // Альбом плакатов-биографий депутатов Верховного Совета Азербайджанской ССР четвертого созыва. 6 марта 1955 года. Бакы. 1956. С. 76.
- Kerimov, Ali Gabibogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 255–256.
- Кәримов Әли Һәбиб оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 163.
- Әли Һәбиб оғлу Кәримов // Коммунист. № 42 (8254). 28 феврал 1950-ҹи ил. С. 3.
- Кәримов Әли Һәбиб оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 201.
- Kerimov, Ali Gabib ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 277. ISBN 0-89664-011-6.
- Kerimov, Ali Gabib ogly // Who's who in the Soviet Union (ingilis). München; New York; London; Paris: Saur. 1984. səh. 148–149. ISBN 3-598-10467-7.
- Әли Һәбиб оғлу Кәримов // Azərbaycan. № 126 (2537). 6 iyun 2000-ci il. S. 6.