Əli Haqverdiyev
Əli Həsən oğlu Haqverdiyev (29 iyul 1939, Bakı – 14 sentyabr 1992, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Artisti, rəssam, aktyor, müğənni (bariton).[1]
Əli Haqverdiyev | |
---|---|
Əli Həsən oğlu Haqverdiyev | |
Ümumi məlumatlar | |
Doğum adı | Əli Həsən oğlu Haqverdiyev |
Doğum tarixi | 29 iyul 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1992 (53 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Həsən Haqverdiyev |
Anası | Güllü Mustafayeva |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni, rəssam |
Fəaliyyət illəri | 1962–1992 |
Səs tembri | bariton |
Mükafatları |
Həyatı
Əli Haqverdiyev 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində anadan olmuşdur. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olub. 1958-ci ildə eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib. İstisna hal kimi Əli Haqverdiyevə hər iki məktəbdə paralel oxumaq imkanı verilib. 1961-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olmuş, Şövkət Məmmədovanın tələbəsi olmuşdur. 1962-ci ildə o zamanlar Akademik Opera və Balet Teatrına rəhbərlik edən Niyazi Ə. Haqverdiyevə qulaq asıb teatra işə qəbul edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera teatrında təcrübə də keçib. O, Üzeyir Hacıbəyovun "Koroğlu" və "Leyli və Məcnun" operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa etmişdir. "Arşın mal alan" musiqili komediyasının qrammofon valına yazılışında (1973) Soltan bəyin partiyasını oxumuşdur. Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır. Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olmuşdur. Teatrda işləməklə yanaşı Ə. Haqverdiyev 1981-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışmışdır.[2]
Əli Haqverdiyev 1992-ci ilin sentyabrın 14-ü dənizdə yüksək gərginlikli cərəyana qapılması nəticəsində həlak olub.[3][4]
Mükafatları
- Azərbaycan Respublikasının Əməkdar Artisti — 19 sentyabr 1991[5]
Ailəsi
- Həsən Haqverdiyev və Güllü Mustafayevanın oğlu
- Ucal Haqverdiyev, Hüseyn Haqverdiyev və Zemfira Qafarovanın qardaşı
Filmoqrafiya
Teatr rolları
- Üzeyir Hacıbəyov — "Arşın mal alan" — Sultan bəy;
- Şarl Quno — "Faust" — Mefistofel;
- Cüzeppe Verdi — "Riqoletto" — Riqoletto;
- Cüzeppe Verdi — "Otello" — Yaqo;
- Cakomo Puççini — "Toska" — Skarpio;
- Aleksandr Borodin — "Knyaz İqor" — Qalitski;
- Jorj Bize — "Karmen" — Eskamilyo;
- Cüzeppe Verdi — "Trubadur" — Fernando;
- Üzeyir Hacıbəyov — "Koroğlu" — Həsən xan;
- Üzeyir Hacıbəyov — "Leyli və Məcnun" — Nofəl;
- Müslüm Maqomayev — "Şah İsmayıl" — Aslan şah;
- Fikrət Əmirov — "Sevil" — Atakişi;
- Məmməd Quliyev — "Aldanmış ulduzlar" — Kosa;
- Zakir Bağırov — "Aygün" — Əmirxan;
- Zakir Bağırov — "Qoca Xottabıç" — Qoca Xottabıç;
- Ramiz Mustafayev — "Vaqif" — İbrahim xan;
- Qara Qarayev, Cövdət Hacıyev — "Vətən" — Mərdan[7]
İstinadlar
- "Haqverdiyev Əli Həsən oğlu (29.06.1939 - 14.09.1992)". mk.musigi-dunya.az. 2020-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
- "ƏLİ HAQVERDİYEVİN ANADAN OLMASININ 70 İLLİYİ QEYD OLUNACAQDIR". azertag.az. İstifadə tarixi: 2020-04-01.
- "Əməkdar artist Əli Haqverdiyevin anım günüdür". salamnews.org. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
- "Yaddan çıxmış sənətkarlar: Yalıncıq rolunda çəkilməyə peşman olan aktyorun faciəvi ÖLÜMÜ". 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.
- "M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı işçilərinin bir qrupuna Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az. 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
- "Yarımçıq xatirələr..." anl.az. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
- "ƏLİ HAQVERDİYEV – 70". teatrittifaqi.az. 2019-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
Mənbə
- Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı,2007. səh.98