Əli Hacızadə
Əli Nizami oğlu Hacızadə (26 fevral 1984, Bakı) — politoloq[1][2], "The Greater Middle East" layihəsinin yaradıcısı və rəhbəri[3][4].
Əli Hacızadə | |
---|---|
Doğum tarixi | 26 fevral 1984 (40 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | politoloq |
Mükafatları | |
alihajizade.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əli Hacızadə 26 fevral 1984-cü ildə Bakı şəhərində anadan olub, 2000-ci ildə Bakı şəhərində 8 saylı orta məktəbi, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirib. 2005–2006-cı illərdə hərbi xidmətdə olub.
Fəaliyyəti
Əli Hacızadə Yaxın Şərq mövzusunda bir çox məqalə, analiz və ekspert rəyinin müəllifidir. Onun yazı, analiz, müsahibə və ekspert rəylərinə, Azərbaycan[5][6][7], Türkiyə[8][9], ABŞ[10], İsrail[11], Çin[12], Rusiya[13], Ərəb[14] və Avropa[15] KİV-lərində rast gəlmək mümkündür. Hacızadənin həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair analiz və yazıları mövcuddur.[16][17][18][19] Əli Hacızadənin regiondakı vəziyyət haqqında analitik proqnozlarına Britaniyanın "The Times" və ABŞ-nin "The Wall Street Journal" kimi nüfuzlu dərgiləri istinad edir.[19][20]
Əli Hacızadə yazı və çıxışlarında informasiya müharibəsinə[21][22] və müasir dünyada Hibrid müharibə taktikalarına[23][24] geniş yer verir. Hibrid Müharibələrin və informasiya müharibələrinin, habelə onların taktikalarının təhlili və araşdırılması Hacızadənin yayımladığı bir çox analiz və etdiyi bir çox çıxışlarının əsas mövzusunu təşkil edir.
2018–19 cu illərdə Əli Hacızadə ərəb dünyasının nüfuzlu KİV-lərindən biri olan Al-Arabiyada köşə yazarı kimi öz yazı və analizlərini dərc etdirib. Burada da əsas mövzunu İranın Yaxın Şərq regionunda apardığı Hibrid müharibə təşkil edib.[25]
Əli Hacızadə 2012-ci ildə təsis etdiyi "Hajizade Group" şirkətinin sahibi və rəhbəridir. Qrupa daxil olan şirkətlər ictimaiyyətlə əlaqələr, təhsil və media sektorlarında fəaliyyət göstərir.
Vikipediyanın Azərbaycan, rus və fransız dilindəki bölmələrində çoxsaylı redaktələri vardır.[26]
Kitabı
Əli Hacızadə "1915 — Osmanlı Dosyesi" (rus. "1915 - Османское досье") tədqiqat əsərinin müəllifidir. Əsər, 20 aprel 2015-ci ildə təqdim edilib. Əsərdə I Dünya Müharibəsi zamanı, 1915-ci ildə Osmanlı İmperiyasında baş verən, habelə ondan sonrakı dövrləri əhatə edən hadisə və proseslər, Erməni soyqırımı ilə bağlı mənbələr və səsləndirilən fikirlər tədqiq olunub.[27][28] Ümumilikdə kitab 13 bölmədən ibarətdir.[29]
Mükafatları
Əli Hacızadə kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə 22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.[30]
İstinadlar
- Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, Ria Novosti, 02.10.2015, İstifadə tarixi:6 noyabr 2015
- "Armenians let Putin down in Karabakh". Apr. 03,2016. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "Our Mission". 2018-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "İnformasiya müharibəsi şəraitində Azərbaycan nə etməlidir?. qaynarinfo.az". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
- "Али Гаджизаде. Убийство старого диктатора и торжество Ирана". minval.az. 2017/12/05. 2018-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "Али Гаджизаде о том, почему Европа и США закрывают глаза на попытки курдов отобрать Киркук у туркоманов". 1news.az. 6 Апреля, 2017. İstifadə tarixi: 2 aprel 2018.
- "Ekspert: Qətər qonşularına qarşı İran kartından istifadə edir". oxu.az. 7 Fev 2018. 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "Political and historical consequences of the humanitarian crisis in Syria". turkiyenewspaper.com. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "Hacızade: 'Ermenistan, PKK'lılara Karabağ'da eğitim veriyor'". iha.com.tr. 02 Şubat 2018. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "Rearrangements In US Can Become A Countdown For Iran". dailycaller.com. 03/28/2018. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "באיראן יעקבו בדריכות אחר ביקורו של נתניהו". makorrishon.co.il. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "卧薪尝胆三十载:阿塞拜疆何以能够在纳卡战事中一雪前耻. dwnews.com". 2022-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
- "Али Гаджизаде". ria.ru. İstifadə tarixi: 2 aprel 2018.
- "Ali Hajizade, Middle East analyst, founder, and director of thegreatermiddleeast.com. english.alarabiya.net". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-02.
- "Is Washington losing Turkey?". moderndiplomacy.eu. Modern Diplomacy. August 22, 2018. January 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2018.
- "Armenians let Putin down in Karabakh". turkiyenewspaper.com. Apr. 03,2016. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "Али Гаджизаде. Напишет ли Дональд Трамп твит про убитую азербайджанскую девочку?". minval.az. 2017/07/05. 2018-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "Азербайджан ведет войну не только в Карабахе". vesti.az. 02 Июня 2017. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "In Azerbaijan, Winning the War in Nagorno-Karabakh Was Easier Than Reconciling With Armenia. wsj.com". 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
- "Old enemies, new weapons: why the Armenia-Azerbaijan clash poses a wider threat. thetimes.co.uk". 2022-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17.
- ""İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?" mövzusu müzakirə olunmuşdur". AzərTac. İstifadə tarixi: 2 aprel 2018.
- "Dünya güclərinin böyük oyunu: İnformasiya müharibəsi - Günümüzün reallığı". ATV. 29.07.2015. İstifadə tarixi: 2 aprel 2018.
- "Iran's selective approach to hybrid war". Al Arabiya. 23 February 2018. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "Hybrid war against Turkey, who is fighting and why". turkiyenewspaper.com. Jun. 01,2016. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
- "Ali Hajizade. english.alarabiya.net". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-02.
- "Azadlıq Radiosu: Virtual ensiklopediya". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-12.
- Ermeni diasporasına bir belgeli cevapta Azerbaycan'dan! Arxivləşdirilib 2021-02-28 at the Wayback Machine, turkiyegazetesi.com.tr, İstifadə tarixi: 6 noyabr 2015
- "1915 Osmanlı dosyesi" kitabının təqdimatı keçirilib Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, APA, 20 aprel 2015, İstifadə tarixi: 6 may 2015
- ""1915 — Османское досье"". 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
- "Kütləvi informasiya vasitələri əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az". 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
Xarici keçidlər
- Twitter hesabı — twitter.com/AHajizade
- Rəsmi Facebook səhifəsi — AliHajizadeofficial
- Şəxsi saytı — www.alihajizade.com