Əli Həsənov (siyasətçi, 1960)

Əli Məhəmmədəli oğlu Həsənov (10 mart 1960, Tənənəm, Noraşen rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri (2005–2019), ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri.

Əli Həsənov
bayraq
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
bayraq2
23 fevral 2015 29 noyabr 2019
bayraq
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri
bayraq2
19 iyul 2005 29 noyabr 2019
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1960(1960-03-10) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, tarixçi, universitet müəllimi[d]
Həyat yoldaşı Sona Vəliyeva
Uşağı
  • Şamxal Həsənli[d]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[1], beynəlxalq münasibətlər[2]

Təltifləri "Dostluq" ordeni 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. 1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1985-ci ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüşdür. 1988-ci ildə adıçəkilən universiteti fərqlənmə diplomu ilə bitirərək əyani aspiranturaya qəbul olmuşdur. 1992-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirmiş, "1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Ailəlidir, 1 oğlu və 1 qızı var.

1992–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası və Bakıda elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Birinci dərəcəli dövlət müşaviri, Əməkdar Dövlət Qulluqçusu olub.

Ə. M. Həsənov 1992-ci ildən həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 2000-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasına rəhbərlik edir. Eyni zamanda, 2000-ci ildə "Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991–1996)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildən isə professor adını almışdır.[3] 1995–2020-ci illərdə onun beynəlxalq münasibətlər və geosiyasət mövzusunda 40-dan çox monoqrafiyası, 8 dərsliyi və yüzlərlə elmi məqalələri xarici dillərə tərcümə edilərək dünyanın ondan artıq dövlətində çap olunmuşdur.

Siyasi fəaliyyəti

1995-ci ildən Ə. M. Həsənov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmişdir. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunmuşdu.

2019-cu ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənovun Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi — şöbə müdiri vəzifəsindən azad edildi və bu şöbə ümumiyyətlə ləğv edildi.[4] 2020-ci ilin sentyabr ayında Türkiyə mediasında Əli Həsənovun FETÖ terror təşkilatı ilə əlaqəsinin olması haqqında iddialar yayımlandı.[5] 2021-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti Əli Həsənovun ailəsinə məxsus "Bakı 24", "Kaspi AZ", "Mətbuat Evi", "Golden Prince", "Global Advertisment" MMC-lər, eləcə də "Kaspi Co" MTK ləğv olunduğunu bildirib. Adları çəkilən kommersiya qurumlarına əsasən, Ə. Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edirdi.[6]

Partiya fəaliyyəti

"Yeni Azərbaycan" partiyasının yaradılması prosesində iştirak etmişdir[7].1992-ci ildə keçirilən təsis qurultayında partiyanın Siyasi Şurasının, 1998-ci ildə isə İdarə Heyətinin üzvü seçilmiş, eyni zamanda 1993–1995-ci illərdə partiyanın ideologiya şöbəsinə başçılıq etmişdir.

Jurnalist Eynulla Fətullayev Əli Həsənovun bir dövr Doğru Yol Partiyası üzvü olduğunu iddia etmişdir.[8]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.