Əli Həsənov (professor)

Əli Pənah oğlu Həsənov — Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru (1993-2000)Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru (2000–2004), iqtisad elmləri doktoru, professor, "Tərəqqi" medalı, "Şöhrət" ordeni laureatı. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2020-ci il)

Əli Həsənov
Əli Pənah oğlu Həsənov
Doğum tarixi
Doğum yeri Beyləqan, Azərbaycan SSR
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Elmi dərəcələri iqtisad elmləri doktoru,dosent
Elmi adı professor
İş yeri UNEC
Mükafatları "Şöhrət" ordeni  — 2006 "Tərəqqi" medalı  — 2010

Həyatı

Əli Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub.

1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K. Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962–1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilmişdir.

1962–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Sənaye malları əmtəəşünaslığı" kafedrasının assistenti olmuşdur.

1966–1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənaye malları əmtəəşünaslığı" kafedrasının dosenti, 1993–2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru, 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, 2004–2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin dekanı vəzifələrində işləyib.

2011-ci ildən "Qeyri-ərzaq malları əmtəəşünaslığı" kafedrasının, 2020-ci ilə kimi UNEC-in "İstehlak mallarının ekspertizası" kafedrasının müdiri olub.

22.10.2020–13.03.2024-cü illərdə UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının məsləhətçi-professoru çalışıb

150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

13 mart 2024-cü ildə Bakı şəhərində 87 yaşında vəfat edib.[1]

Mükafatları

Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə də təltif olunub.[2]

2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[3]

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[4]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.