Əli Həsənov (siyasətçi, 1960)
Əli Məhəmmədəli oğlu Həsənov (10 mart 1960, Tənənəm, Noraşen rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri (2005–2019), ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri.
Əli Həsənov | |
---|---|
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi | |
23 fevral 2015 – 29 noyabr 2019 | |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri | |
19 iyul 2005 – 29 noyabr 2019 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, tarixçi, universitet müəllimi[d] |
Həyat yoldaşı | Sona Vəliyeva |
Uşağı |
|
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1], beynəlxalq münasibətlər[2] |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. 1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1985-ci ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüşdür. 1988-ci ildə adıçəkilən universiteti fərqlənmə diplomu ilə bitirərək əyani aspiranturaya qəbul olmuşdur. 1992-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirmiş, "1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Ailəlidir, 1 oğlu və 1 qızı var.
1992–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası və Bakıda elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Birinci dərəcəli dövlət müşaviri, Əməkdar Dövlət Qulluqçusu olub.
Ə. M. Həsənov 1992-ci ildən həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 2000-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasına rəhbərlik edir. Eyni zamanda, 2000-ci ildə "Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991–1996)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildən isə professor adını almışdır.[3] 1995–2020-ci illərdə onun beynəlxalq münasibətlər və geosiyasət mövzusunda 40-dan çox monoqrafiyası, 8 dərsliyi və yüzlərlə elmi məqalələri xarici dillərə tərcümə edilərək dünyanın ondan artıq dövlətində çap olunmuşdur.
Siyasi fəaliyyəti
1995-ci ildən Ə. M. Həsənov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmişdir. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunmuşdu.
2019-cu ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənovun Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi — şöbə müdiri vəzifəsindən azad edildi və bu şöbə ümumiyyətlə ləğv edildi.[4] 2020-ci ilin sentyabr ayında Türkiyə mediasında Əli Həsənovun FETÖ terror təşkilatı ilə əlaqəsinin olması haqqında iddialar yayımlandı.[5] 2021-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti Əli Həsənovun ailəsinə məxsus "Bakı 24", "Kaspi AZ", "Mətbuat Evi", "Golden Prince", "Global Advertisment" MMC-lər, eləcə də "Kaspi Co" MTK ləğv olunduğunu bildirib. Adları çəkilən kommersiya qurumlarına əsasən, Ə. Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edirdi.[6]
Partiya fəaliyyəti
"Yeni Azərbaycan" partiyasının yaradılması prosesində iştirak etmişdir[7].1992-ci ildə keçirilən təsis qurultayında partiyanın Siyasi Şurasının, 1998-ci ildə isə İdarə Heyətinin üzvü seçilmiş, eyni zamanda 1993–1995-ci illərdə partiyanın ideologiya şöbəsinə başçılıq etmişdir.
Jurnalist Eynulla Fətullayev Əli Həsənovun bir dövr Doğru Yol Partiyası üzvü olduğunu iddia etmişdir.[8]
İstinadlar
- Czech National Name Authority Database as Linked Data, Báze národních jmenných autorit v podobě propojených dat.
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- "Arxivlənmiş surət". 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-24.
- Əli Həsənov haqda SENSASİON XƏBƏR : "İstefa üçün müraciət etməyib"
- "Azerbaycan'da FETÖ izi". 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.
- "Əli Həsənovun ailəsinə məxsus şirkətlər ləğv edildi". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.
- https://konkret.az/eli-nagiyev-eli-hesenova-vezife-verende-butun-yap-uzerime-qalxdi/
- "Arixvlənmiş surət". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.