Əli Feyziyev
Əli Malik oğlu Feyziyev (11 iyul 1994, Ərçivan, Astara rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Feyziyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyul 1994(1994-07-11) |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 2020(2020-11-08) (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Afaq Feyziyeva |
Uşaqları | Ayxan, Mələk |
Atası | Malik Feyziyev |
Anası | Rəvayət Feyziyeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Həyatı
Feyziyev Əli Malik oğlu 11 iyul 1994-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub.[1] 2000–2011-ci illərdə Ərçivan kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır.
Ailəsi
2015-ci il yanvar ayının 25 də Afaq Feyziyeva ilə ailə həyatı qurmuşdur.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Əli Feyziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Feyziyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Feyziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Təltifləri
- (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
İstinadlar
- "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 yanvar 2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.