Rza

İmam Rza12 aprel 770, Mədinə5 sentyabr 818, Tus[1] . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir.[2] Bu tarixə əsasən İmam Rzanın(ə) doğulduğu il babası İmam Sadiqin(ə) şəhid olduğu ilə təsadüf edir.

Əli ibn Musa
علي بن موسى الرضا‎
799 818
Əvvəlkiİmam Kazım
Sonrakıİmam Cavad
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mədinə
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Tus, (Məşhəddə dəfn olunub)
Vəfat səbəbi zəhər[d]
Dəfn yeri
Fəaliyyəti imam
Atası Musa ibn Cəfər
Uşağı oğulları: Məhəmməd
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmamın Şəxsiyyəti

Adı: Əli

Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin[3]

Künyəsi: Əbülhəsən

Atası: Həzrət İmam Museyi Kazim (ə)

İmamlıq müddəti: 20 il

Ömrü: 55 il

Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində [4] Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu.

Məzarı: İran Məşhəd şəhəri.

Həyatı

Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə İmamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın(ə) həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam(ə) üçün bir oğul dünyaya gətirir. Uşağın adını Cavad(ə) qoyurlar.İmamın(ə) Səbikədən başqa Ümmi Həbibə adlı həyat yoldaşı da var idi. İmam Rza(ə) bu xanımla vəliəhdlik cərəyanı əsnasında evlənmişdir.

816-cı ildə əl-Məmunun sarayına dəvət olunmuş və taxt-tac vəliəhdi elan edilmişdir. Əl-Məmun Əli ər-Rizanın köməkliyi ilə şiələrlə münasibətlər qurmağa çalışmışdır.

İbn Şəhraşub, Şiə Təbəri, Şeyx Müfid və Təbərsi İmam Rzanın(ə) İmam Cavaddan(ə) başqa övladının olmadığını qeyd etmişlər[5]

Xəlifə şiələrlə əlaqələri kəsdikdən sonra Əli ər-Riza 818-ci ilin sentyabrında əl-Məmunun əmri ilə Xorasanda Tus şəhərinin yaxınlığındakı Nukən kəndində zəhərlənmişdir.

Əli ər-Rizanın sərdabəsi şiələrin Ziyarətgahına, onların başlıca müqəddəs yerlərindən birinə çevrilmişdir. Nəticədə sərdabənin yerləşdiyi kənd onun şərəfinə Məşhəd-Əli Riza (Məşhəde-Rezəvi) (Əli Rizanın şəhid olduğu yer) adlandırılan iri şəhərə çevrilmişdir.

İmamın siyasi həyatı

İmam Rza(ə) öz imaməti dövründə bir neçə Abbasi xəlifəsi ilə bir əsrdə yaşamışdır. Həzrət Rzanın(ə) imamlığının 10 ili Harun ər-Rəşidin xəlifəliyi dövrünə təsadüf etmişdir. Həmin 10 il ərzində isə hökümtəin üzləşdiyi böhranlarla əlaqədar olaraq İmamla(ə) üzbəüz gəlməyə razı olmamışdır.Hədis alimləri və tarixçilər arasında qəbul olunmuş və hədislərdə də öz təsdiqini tapmış versiya İmam Rzanın(ə) zəhərli üzüm və ya nar yeyərək şəhid olması versiyasıdır. İmamın zəhərlənməsi faktına üstünlük verən sünni və şiə tarixçilərdən bəziləri bunlardır: İbn Həcər əl Əsqəlani[6], İbn Səbağ Maliki[7], Məsudi[8], Qunduzi Hənəfi[9], İbn Təbatəbai[10] və.s

İmam Rza (əs) buyurmuşdur

ﻭﻗﺘﻼ ﺍﺑﻦ ﻧﺒﻴﻚ ﻭﺣﺮﻓﺎ ﻛﺘﺎﺑﻚ ﻭﺟﺤﺪﺍ ﺁﻳﺎﺗﻚ ﻭﺳﺨﺮﺍ ﺑﺂﻳﺎﺗﻚ ﻭﺍﺳﺘﻜﺒﺮﺍ ﻋﻦ ﻋﺒﺎﺩﺗﻚ ﻭﻗﺘﻼ ﺃﻭﻟﻴﺎﺋﻚ ﻭﺟﻠﺴﺎ ﻓﻲ ﻣﺠﻠﺲ ﻟﻢ ﻳﻜﻦ ﻟﻬﻤﺎ ﺑﺤﻖ ﻭﺣﻤﻼ ﺍﻟﻨﺎﺱ ﻋﻠﻰ ﺃﻛﺘﺎﻑ ﺁﻝ ﻣﺤﻤﺪ . ﺍﻟﻠﻬﻢ ﺍﻟﻌﻨﻬﻤﺎ ﻟﻌﻨﺎ ﻳﺘﻠﻮ ﺑﻌﻀﻪ ﺑﻌﻀﺎ ﻭﺍﺣﺸﺮﻫﻤﺎ ﻭﺃﺗﺒﺎﻋﻬﻤﺎ ﺇﻟﻰ ﺟﻬﻨﻢ ﺫﺭﻗﺎ ﺍﻟﻠﻬﻢ ﺇﻧﺎ ﻧﺘﻘﺮﺏ ﺇﻟﻴﻚ ﺑﺎﻟﻠﻌﻨﺔ ﻟﻬﻤﺎ ﻭﺍﻟﺒﺮﺍﺀﺓ ﻣﻨﻬﻤﺎ ﻓﻲ ﺍﻟﺪﻧﻴﺎ ﻭﺍﻵﺧﺮﺓ ، ﺍﻟﻠﻬﻢ ﺍﻟﻌﻦ ﻗﺘﻠﺔ ﺃﻣﻴﺮ ﺍﻟﻤﺆﻣﻨﻴﻦ ﻭﻗﺘﻠﺔ ﺍﻟﺤﺴﻴﻦ ﺑﻦ ﻋﻠﻲ ﻭﺍﺑﻦ ﻓﺎﻃﻤﺔ ﺑﻨﺖ ﺭﺳﻮﻝ ﺍﻟﻠﻪ ﺻﻠﻰ ﺍﻟﻠﻪ ﻋﻠﻴﻪ ﻭﺁﻟﻪ ﻭﺳﻠﻢ ، ﺍﻟﻠﻬﻢ ﺯﺩﻫﻤﺎ ﻋﺬﺍﺑﺎ ﻓﻮﻕ ﻋﺬﺍﺏ ﻭﻫﻮﺍﻧﺎ ﻓﻮﻕ ﻫﻮﺍﻥ ﻭﺫﻻ ﻓﻮﻕ ﺫﻝ ﻭﺧﺰﻳﺎ ﻓﻮﻕ ﺧﺰﻯ

İlahi! Peyğəmbər (s) balasını qətlə yetirənə, sənin kitabını təhrif edənə, Sənin ayələrinlə döyüşənə, ayələrinlə məsğərə edənə, Sənin ibadətinə qarşı təkəbbürlik edənə, Sənin övliyalarını qətlə yetirənə, özlərinə layiq olmayan yerdə oturana və insanları Məhəmmədin (s) ailəsinin boynunda oturdan o iki nəfərə lənət et. İlahi, onlara ard-arda lənət et. O ikisini, və onlara tabe olanları cəhənnəmdə məşhur et. İlahi, biz o ikisinə lənət deməklə, dünya və axirətdə o ikisindən uzağ olmaqla, sənə yaxınlaşırıq. İlahi, Əmirəl- Mömininin (əs) və Hüseyn ibn Əlinin (əs) və Fatimə bin Rəsullalahın (s) qatilinə lənət et. İlahi, onlara əzab üstündən daha şiddətli əzab, zəlillik üstündən daha da zəlillik, xar olmaq üstündən daha da xar olmaq nəsib et”.

[11]

Mənbə

  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.56.

Xarici keçidlər

Həmçinin bax

İstinadlar

  1. http://al-qanaa.blogspot.com/2007/12/mashhads-haram.html.
  2. İlamul-Vəra,səh.302; Kəşful-Ğummə,c3,səh.70;
  3. Tövhid və İmamət carçısı İmam Rza(ə), səh 7
  4. Murucuz-zəhəb,c.3,səh 441; Uyunu Əxbarir-Rza,c.1,səh 19
  5. Dəlail ül-imamə, səh.184; İrşade-Müfid, c.2,səh.263; İləmul-Vəra, səh.329
  6. ibn Həcər, Əs Səvaiqul məhərrəqə,səh.204
  7. İbn Səbağ Maliki Əl-Füsul əl-muhimmə, səh.262
  8. Məsudi, İsbatul-Vəsiyyə,səh.228; Məsudi, Murucuz-zəhəb,c.3 səh.417
  9. Qunduzi Hənəfi, Yənabiul-məvəddəh,səh.363
  10. İbn Təbatəbai, Əl-Fəxri, səh.218
  11. [Əbül-Qasim Rıza əd-Din Əli bin Musa bin Cəfər bin Məhəmməd bin Tavus əl-Huseyni. Muhəccud-Dəavat və Mənhəcul-İbadət.cild.1.səh.307. Təhqiq: Şeyx Huseyn Əl-Aləmi, Nəşr: “Muəssətul-Aləmi lil-Mətbuat”.Beyrut.Livan.1414/1994. 1-ci çap]
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.