Əli Əliyev (aktyor)
Əli Şəmsəddin oğlu Əliyev - Naxçıvan MR-in Əməkdar artisti (1987)
ƏLİ ƏLİYEV | |
---|---|
Əli Şəmsəddin oğlu Əliyev | |
Doğum tarixi |
Həyatı
Əli Şəmsəddin oğlu Əliyev 1956-cı ildə anadan olub.
1983-cü ildə M.A.Əliyev adına ADİİ-nun Dram və Kino Aktyorluğu fakültəsini bitirib. Təyinatla Naxçıvan DMDT-na göndərilmişdir. Teatrda işlədiyi müddətdə Sofokol "Elektro"da Egist, T.Oflazoğlu "Dəli İbrahim"də Dəli İbrahim, C.Məmmədquluzadə "Anamın kitabı"nda Rüstəm bəy, R.İbrahimbəyov "Ultimatium"da O, R.İbarhimbəyov "Kabinet əhvalatı"nda Kedrov, Ə.Əylisli "Mənim nəğməkar bibim"də Əsgər, Ə.Əylisli "Bir cüt bədmüşk ağacı"nda gənc rəssam, R.N.Güntəkin "Yad qızı"nda Rza, Ü.Hacıbəyov "Məşədi İbad"da Həsən bəy, A.Dudayev "Astana"da Andrey Buslay, H.Cavid "Ana"da İzzət, M.Araz "Atramın kitabı"nda M.Araz, K.Ağayeva "Apardı sellər Saranı"da gənc, H.Arzulu "Əlincə qalası"nda Məlik Tahir, Anar "Sizi deyib gəlmişəm"də Cəlil Məmmədquluzadə, T.Elçin "Osvensin"də İblis, Mir Cəlal "Dirilən adam"da Məşədi İslam və s. rollarda oynamışdır.
1987-ci ildə Naxçıvan MR. Əməkdar artisti fəxri adına layiq görülmüşdür.