Əli Əkbər Saremi

Əli Əkbər Saremi (28 oktyabr 1943, Zəncan21 yanvar 2017, Tehran) — əslən İran azərbaycanlılarından olan memar.[1]

Əli Əkbər Saremi
Şəxsi məlumatlar
Doğum tarixi 28 oktyabr 1943(1943-10-28)
Doğum yeri
Vəfat tarixi 21 yanvar 2017(2017-01-21) (73 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili Tehran Universiteti
Pensilvaniya Universiteti
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Tehran
Məşhəd
Kiş
Təbriz
Əsas tikililəri Pasteur İnistitut Amfiteatrı (1988)
İranın Albaniyadakı səfirliyi (2000)
Təbriz Kristal Qüllələri (2001)
Məşhəd şəhərində mədəniyyət abidələri və kommersiya binaları (2004)
Kişdə ofislər və sərgi kompleksi (2006)

Həyatı

1943-cü ilin oktyabr ayının 28-də Zəncan şəhərində anadan olmuşdur. 2017-ci ilin yanvar ayının 21-də Tehran şəhərində vəfat etmişdir.

Təhsili

Orta təhsilini Zəncan şəhərində tamamlamışdır. Memarlıq üzrə bakalavrmagistr pillələri üzrə təhsilini Tehran Universitetinin İncəsənət fakültəsində 1968-ci ildə tamamlamışdır. Doktarantura təhsilini isə məşhur memar Luis Kahnın elmi rəhbərliyi altında Pensilvaniya Univeristetində 1976-cı ildə tamamlamışdır.[2]

Üslubu

Saremi müasir şəhər memarlığı sahəsində dünya ən məşhur şəxslərdəndir. Tağı Radmard ilə müsahibəsində istehza ilə demişdi:[3]

" Biz qonşuluq məsələsini həll etmək üçün binanı bu cür dizayn etdik (qızlar üçün məktəbə görə). Beləliklə məktəb daha xoşbəxt yer oldu və xoşbəxt yerlər xoşbəxtliyə və görkəmli materiallara ehtiyac duyur. Bəzi rənglər, yüngül kölgələr gizlədilməlidir, uşaqlar üçün məkanlar gizlədilməlidir... Məkanların yalnız müəyyən edilməli deyil. "

Karyerası

1968-cı ildən etibarən Tacir Mühəndislər Konsultasiyasi qurumunun rəhbəri olmuşdur. Fərabi Universitetində (İsfahan İncəsənət Universiteti) 1976-cı ildən 1980-ci ilə qədər dərs demişdir. Həmçinin İslami Azad Universitetində də 1994-cü ildən 1997-ci ilə qədər dərs demişdir.[4]

Layihələri

Sareminin əsas memarlıq layihələri bunlardır:

  • Pasteur İnistitut Amfiteatrı (1988)
  • İranın Albaniyadakı səfirliyi (2000)
  • Təbrizdəki bəzi kommersiya binaları və Təbriz Kristal Qüllələri (2001)
  • Məşhəd şəhərində mədəniyyət abidələri və kommersiya binaları (2004)
  • Kişdə ofislər və sərgi kompleksi (2006)

İstinadlar

  1. "Əli Əkbər Saremi". 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
  2. "A R U N A :: Features". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
  3. "زندگینامه: علی‌اکبر صارمی (1322-)". 2011-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
  4. "Ali-Akbar Saremi in Conversation with Faryar Javaheriyan Mehrjui". 2012-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.