Mirzə Əliəkbər Dehxuda
Mirzə Əliəkbər Dehxuda (1879[1], Tehran – 9 mart 1959[2], Tehran) — ictimai-siyasi xadim, yazıçı, lüğət tərtibçisi, şair. Təxəllüsü Əllamə idi.
Mirzə Əliəkbər Dehxuda | |
---|---|
fars. علیاکبر دهخدا | |
Doğum tarixi | 1879[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1959[2] |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | leksiqraf, dilçi, siyasətçi, jurnalist, tərcüməçi, ədib, yazıçı |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əslən İran azərbaycanlısı olan Dehxuda Tehranda anadan olmuşdur. Atası Xan Babaxan (خان باباخان) Qəzvin şəhərinin ortabab mülkədarlarından olmuşdur.
Fəaliyyəti
”Sur-e İsrafil” – 1907-1908-ci illərdə Tehranda nəşr olunan ictimai-siyasi və ədəbi jurnal idi. Redaktoru Cahangir xan Şirazi, naşiri isə Ələkbər xan Dehxuda olmuşdur. 1905-1911-ci il inqilabı dövründə İranın ədəbi-ictimai həyatında mühüm rol oynayan “Sur-e İsrafil”in “Çərən-pərən” adı altında xüsusi satirik rubrikası var idi. Dehxuda bu rubrikada öz yazılarını Dəxu təxəllüsilə imzalamışdır.
“Sur-e İsrafil” jurnalı bir sıra məsələlərdə “Molla Nəsrəddin”lə səsləşirdi.
Dehxuda lüğəti (fars. لغتنامه دهخدا)- fars dilində hazırkı dövrə qədər nəşr olunmuş ən iri həcmli 16 cildlik lüğətdir.
Həmçinin bax
İstinadlar
- ʻAlī Akbar Dihkhudā // Faceted Application of Subject Terminology.
- Ali-Akbar Dehkhoda // https://pantheon.world/profile/person/Ali-Akbar_Dehkhoda.