Əli Şamil
Əli Şamil (Əli Hüseyn oğlu Şamilov; 5 iyun 1948, İnəkdağı, Basarkeçər rayonu) — Azərbaycan folklorşünası, publisist. AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri.
Əli Şamil | |
---|---|
Əli Hüseyn oğlu Şamilov | |
| |
Doğum tarixi | 5 iyun 1948 (75 yaş) |
Doğum yeri | |
Milliyyəti | Türk |
Elm sahəsi | Folklor |
İş yeri | |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əli Şamil 1948-ci il iyun ayının 5-də Ermənistan SSR-in Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olub[1]. Ailəsi Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir) rayonunun Qapanlı kəndində yaşadığından 1954–57-ci illərdə oradakı yeddi illik məktəbdə, 1957–62-ci illərdə İnəkdağ kənd səkkiz illik məktəbdə, 1962–1963-cü illərdə Böyük Məzrə kənd orta məktəbinin doqquzuncu sinfində, 1963–65-ci illərdə Zod kənd orta məktəbində oxuyub.
1965–1973-ci illərdə Sumqayıt şəhərindəki zavodlarda fəhlə işləmişdir. 1968–73-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində əyani oxumuşdur. Tələbə elmi konfranslarında fəal iştirak etmiş və Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, universitet Tələbə Elmi Cəmiyyəti sədrinin müavini seçilmişdir. 1973-cü ildə təyinatla Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, Naxçıvan MSSR Nazirlər Sovetinin və Sov.İKP Naxçıvan Vilayət Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetində işləməyə göndərilmişdir.
1973-cü ilin dekabrında jurnalistika fakültəsinin məzunu Əzizə Ağaəli qızı Şamilova (Hüseyinova) ilə ailə qurub.
Fəaliyyəti
Siyasi
Tələbəlik illərində gizli dərnəklərin üzvü olmuşdur. Vərəqələr, şəkillər payladığıma görə Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən sorğu-suala tutulmuşdur. Xalq hərəkatının fəallarından olmuşdur. 1988-ci ildə Naxçıvandakı gizli təşkilatların birləşdirilməsi və marağa görə klubların yaradılmasında fəal iştirak etmiş, AXC Naxçıvan Vilayət Təşkilatı məclisinin və idarə heyətinin üzvü seçilmişdir.
1992-ci ildə yerli hakimiyyətə müxalif mövqe tutduğu üçün "vəzifəsi ixtisara düşdüyünə görə" saxta bir əmrlə işdən azad edilib.
1993-cü ildə Bakıya köçmək zorunda qalıb. Bakıda təhsil alan Kırım tatarlarına, Axıska türklərinə, Qaqauzlara, Uyğurlara maddi və mənəvi dayaq göstərib.
2004-cü ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyinin direktoru pofessor İsmayıl Vəliyev işdən azad olunanda onu da ensiklopediyadan uzaqlaşdırıblar.
Jurnalistlik
Məqalələri Basarkeçər rayonundakı "Bolluq uğrunda" qəzetində, sonra "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi", "Sovet kəndi", "İnşaatçı", "Jurnalist", eləcə də Zaqatala, Astara, Qusar rayonlarının qəzetlərində çap olunub.
"Şərq qapısı" (Sovet Naxçıvanı) qəzetində redaksiyanın tapşırığı ilə məqalələr yazmaqla yanaşı, işlədiyi qəzet üçün hərbi vətənpərvərlik mövzusunda, tarixi mövzularda, SSRİ-nin müttəfiq və muxtar respublikaları haqqında və başqa mövzularda səhifələr hazırlamaqla yanaşı, SSRİ-dəki Muxtar Respublika və Muxtar Vilayətlərlə birbaşa əlaqə yaratmaq və Naxçıvanı tanıtmaq və təbliğ etmək məqsədilə orada nəşr edilən qəzetlərlə səhifə mübadiləsi təşkil etmişdir. "Sovet Naxçıvanı" qəzetində hazırladığı "Elimizin söz boxçası" səhifəsi böyük oxucu marağı qazanmaqla yanaşı, muxtar respublikada folklor nümunələrinin toplanmasına diqqəti artırıb və rayon qəzetləri də xalqdan toplanmış folklor nümunələri nəşr etməyə başlayıb.
Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının orqanı "Ağrıdağ" qəzetinin, AXC Naxçıvan Vilayət Təşkilatının orqanı "Varlıq" və "Günay" qəzetlərinin təşkilatçılarından olmuş, 1990–1993-cü illərdə "Azadlıq" qəzetinin Naxçıvan bölgə müxbiri işləmişdir.
1995–2007-ci illərdə Azərbaycan radiosunda "Qonaq eldən gələr", 2010–2013-cü illərdə TRT-nin Türkiyənin səsində "Türk dünyasının məşhurları" verlişini hazırlamışdır.
Elmi
1993-cü ildə Bakıya köçərək Azərbaycan Ensiklopediyasında "Uşaq ensiklopediyası" qrupuna ("Uşaq ensiklopediyası"nın üçüncü cildi 1999-cu ildə nəşr olunub) və "Türk dünyasının məşhurları" qrupuna rəhbərlik etmişdir. "Türk dünyasının məşhurları" sözlüyünü (Ədalət Tahirzadə ilə birlikdə) çap etdirmişdir.
1998-ci ildən Azərbacan Milli Elmər Akademiyasının Folklor İnstitutunda ilmi işçi, 2007-ci ildən xarici ölkələrlə əlaqələr qrupunun rəhbəri işləmişdir. Təşəbbüsü ilə Folklor İnstitutunda "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Beynəlxalq Folklor Konfransının, eləcə də 17–18 oktyabr 2009-cu ildə Türkiyənin Bolu şəhərində Abant İzzet Baysal Üniversitesi Bolu Halk Kültürünü Araştırma ve Uygulama Merkezi (BAMER), Azərbaycan Respublikası Milli Elimlər Akademiyası Folklor İnstitutu, Özbəkistan Respublikası Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun birgə keçirdiyi I. Uluslararası Köroğlu, Bolu Tarih və Kültürü simpoziumunun, 1–3 Aralık 2011-ci ildə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Qazimağosa şəhərində AMEA Folklor İnstitutu ilə Doğu Akteniz Universitetinin təşkil etdiyi beynəlxalq sempozyumun, 18–21 aprel 2012-ci ildə AMEA Folklor İnstitutu, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Türkiyənin Ərdahan Universiteti, Qafqaz Universitetlər Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondu ilə birgə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası" adlı Beynəlxalq Elmi simpoziumu keçirilmişdir.
2007-ci ildən AMEA Folklor İnstutunda xarici ölkələrlə əlaqələr bölməsinə rəhbərlik edir.
Əsərləri
20 ölkədə 100 yaxın məruzə etmiş və 200-də çox məqaləsi çap olunmuşdur. Məqalələrində Əli Şamilov, Ş.Əli, Ə.Hüseyinoğlu, Əli Hüseyinoğlu, Əli Şamiloğlu, Ə.Göyçəli, Ə.Qarapapaq, Əli Şamil, Əli Şamil Hüseyinoğlu və b. imzalardan istifadə etmişdir.
İndiyədək 20 müəllif kitabı, 12 tərtib kitabı və 22 redaktə etdiyi kitab nəşr edilib. Elmi və elmi publisist məqalələrinin sayı 1500-dən çoxdur.
Kitabları
1. Tanıdığım insanlar. I kitab / Şamil Ə. – Bakı: "Sumqayıt" nəşriyyatı, 2000. − 156 s.
2. Burulğandan çıxmaq mümkündürmü / Şamil Ə. – Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001. − 152 s.
3. Dastanlaşmış ömürlər / Şamil Ə. – Bakı: "Səda" nəşriyyatı, 2001. − 96 s.
4. Quzey Kıbrıs / Şamil Ə. – Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001. − 152 s.
5. Aşıq İsgəndər Ağbabalı / Şamil Ə., Şamil Əzizə. – Bakı: "Səda" nəşriyyatı, 2006. − 104 s.
6. Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı / Şamil Ə. – Bakı: "Nurlan" nəşriyyatı, 2011. − 412 s.
7. Axısqalı Xəstə Hasan. (Şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər) / Şamil Ə. – Bakı: "Elm və təhsil" nəşriyyatı, 2012. − 248 s.
8. Aşıq İsgəndər Ağbabalı. (Xatirə, məqalə, məktub və sənədlərin işığında) / Şamil Ə., Şamil Əzizə. – Bakı: "Elm və təhsil" nəşriyyatı, 2012. − 148 s.
9. Qırım sevgisi / Şamil Ə. – Simferopol: QCİ "Qırım devoquvped neşir" nəşriyyatı, 2012. − 200 s.
10. Axısqalı Xəstə Hasan. (Şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər) / Şamil Ə. – Almatı: "Elm və təhsil" nəşriyyatı, 2013. − 272 s.
11. Türkçülüyün qurbanları (Qazaxıstan) / Şamil Ə. – Bakı: "Elm və təhsil" nəşriyyatı, 2013. − 164 s.
12. Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri) / Şamil Ə. – Bakı: "Elm və təhsil" nəşriyyatı, 2014. – 142 s.[2]
13. Colan Türkmanları (folklor və etnoqrafiya örnəkləri) / Şamil Ə.; hazırlayan M.Herisçiyan, redaktə və ətək yazıları H.Umudoğlu. − Təbriz: "Dənizçin" nəşriyyatı, 1395 (2016). – 144 s.
14. Çıldırlı Aşıq İrfani (Şeirləri, haqqındakı dastan rəvayətlər)/ Şamil Ə. − Bakı: "Elm və təhsil" nəşriyyatı, 2016. − 248 s.
15. Colan Türkmanları (folklor və etnoqrafiya örnəkləri) / Şamil Ə., təkrarnəşr, hazırlayan M.Herisçiyan, redaktə və ətək yazıları H.Umudoğlu. − Təbriz: "Dənizçin" nəşriyyatı. 1397 (2018). − 144 s.
16. Dissident sorağında / Şamil Ə., Şamil Əzizə. − Bakı: "Elm və təhsil" nəşriyyatı, 2018. − 204 s.
17. В поисках диссидентов / Шамиль А., Шамиль Азиза. − Баку: Издательство "Elm və təhsil", 2018. − 156 с.
18. Biobiblioqrafik göstərici. Bakı, "Elm və təhsil", 2019, 172 səh.
19. Qaşqaylar və onların folkloru. Bakı, "Elm və təhsil" nəşriyyatı, 2020, −232 səh.
20. Albaniya və Azərbaycandakı Albanlar. Bаkı, "Köhlən" nəşriyyatı, 2021, 276 sәh.
21. Yol qeydlərim (Quzey Qafqaz, Kırım, Qaqauz Yeri və Güney Koreya), Bakı: 2021, 380 s.
Məqalələri
- Sattarxan: hayatı, mezarı ve ona ilgimiz. Türk dünyası "Tarih" (İstanbul) dergisi, 1998, Kasım, sayı 143, seh.40–46.
- Əli Kamalinin toplayıcılıq və araşdırıcılıq fəaliyyəti. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. IX kitab, Bakı, 2000, s. 220–226.
- İstanbul darülfünunun məzunu — Əmin Abid. "Filoloji araşdırmalar". XV kitab, Bakı, 2001, səh.70–82.
- Türk edebiyatı araştırmaçısı Emin Abid. "Türk dünyası" (Dil ve edebiyyat dergisi) (Ankara), 2002, güz, sayı 14, seh.253–265.
- Azerbaycan və Azerbaycanlılar meselesi. "Yüz yılda türk dünyası jeopolitiyi" toplusu, (Müzeffer Özdağa ermağan. Derleyen Prof.Dr. Ü.Özdağ, Dr. Y.Kalafat, M.SƏH.Erol). Avrasiya strateji araştırmalar yayınları. Ankara, 2003, sayı 21, cild IV, seh.139–146
- Colan Türklerinin kaderi. "Yüz yılda türk dünyası jeopolitiyi" toplusu, (Müzeffer Özdağa ermağan. Derleyen Prof.Dr. Ü.Özdağ, Dr. Y.Kalafat, M.SƏH.Erol). Avrasiya strateji araşdırmalar yayınları, Ankara, 2003, sayı 21, cild IV, seh.183–192.
- Teatr İnstitutunun dissident məzunları (Əzizə Şamillə birlikdə). "Mədəniyyət dünyası" toplusu (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti), 2003, IV cild, səh.176–187.
- Halit Said: ömrünü ortak türk kültürüne adaylayan adam. "Yom"(Türk dünyası mədəniyyət dergisi-rüblük), 2007, sayı 6, səh. 60–74.
- Qarabaşlardan (Şumer) Qarapapaqlaradək (Türk) ilbaşı bayramı. "Dədə Qorqud" jurnalı, 2009-cu il, sayı 1(30), səh. 98–111.
- Türk halklarının istiklal savaşçısı Halid Seidin iki yönü. (2009) Проблемы лингвистики в роли культурной среды: история и современность. (Материалы Международной научно-практической конференции, посвященной 15-летию кафедры башкирского языка и 75-летию со дня рождения доктора филологических наук, профессора Р.Х.Халиковой. Федеральное Агентство по Образованию Государственное Образовательное учреждение Высшего Профессонального Образования Башкирский Государственный Педагогический Университет им.М.Акмуллы), Уфа, Издаельство БГПУ, cəh.84–100.
- Azerbaycan ve Kırım besteçisi Asan Refatovun Kültürümuzde yeri. Zeitschrift für die Welt der Türken / Journal of World of Turks, ZfWT Vol 1, No 1 (2009) seh. 83–92 http://www.dieweltdertuerken.org/index.php/ZfWT/article/viewFile/32/huseyinoglu, http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=931
- Türk Halklarının Birliği İçin Savaşan Bir Bilim Adamı veya Dilci Abdulla Şerifov. Turkish Studies Türkoloji Araştırmaları. seh. 2009-cu il, Volume 4/3 Spring 2009 seh.1160–1173, http://www.turkishstudies.net/Makaleler/498240172_h%C3%BCseyino%C4%9Fluali1315.pdf
- Azadlıqsevər uyğurlar üçün şəhid şair Lutpulla Mütəllip nümunəsi "525-ci qəzet" 14 sentyabr 2011-ci il, 166(3482), səh.4. http://old.525.az/view.php?lang=az&menu=7&id=33048&type=1
- Aldanmışların ömrü intiharla bitir: çuvaş şairi Mişşi Sespel kimi. "525-ci qəzet", 31 yanvar, 2012-ci il. http://old.525.az/view.php?lang=az&menu=7&id=38697&type=1
- İnamını itirdiyindən ömrünü bitirən Qamzat Acıgəldiyev (26 yaşında ölümə sürüklənən noqay şairi), "Ulduz" jurnalı, 2012, sayı 4, səh.24–27
- Bekir Sıtkı Çobanzade’nın Türk Halklarının Kültürel Etkileşim ve Degişiminde Rolu. V Uluslararası Etkileşim ve Medeniyetler Kongresı, "Kültirel Etkileşim ve Medeniyetler İttifakı", 19–20 Səyıp-Nisan-Апрель-April 2013, Баяндамалар жинаğы, Türküstan, səh. 267–276.
İstinadlar
- "Əli Şamil". 2012-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-17.
- "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.