Əli İsmayılov (əmək qəhrəmanı)
Əli Qurbanəli oğlu İsmayılov (1909, Şərur-Dərələyəz qəzası – 5 oktyabr 1969, İliç rayonu) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1941), Sosialist Əməyi Qəhrəmanı (1950).[1]
Əli İsmayılov | |
---|---|
Əli Qurbanəli oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Mahmudkənd, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Mahmudkənd, İliç rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vətəndaşlığı |
Rusiya İmperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | pambıqçı |
Partiyası | |
Mükafatları |
|
Həyat və əmək fəaliyyəti
Əli İsmayılov 1909-cu ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Şərur rayonu) Mahmudkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə H.Aslanov adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Əli İsmayılov 5 oktyabr 1968-ci ildə İliç rayonunda vəfat etmişdir.[2]
İstinadlar
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 551.
- İsmayılov Əli Qurbanəli oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.