Əli İsa Cabbarov

Əli İsa Cabbarov (20 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru, ssenari müəllifi, prodüser.[1] Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.[2]

Əli İsa Cabbarov
Doğum tarixi 20 sentyabr 1974(1974-09-20) (49 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, rejissor, prodüser
Üzvlüyü
IMDb ID1802100

Həyatı

Əli İsa Cabbarov 20 sentyabr 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun kino və televiziya filmləri rejissorluğu fakültəsində təhsil alıb (1996). 1994-cü ildən "Azərbaycantelefilm"də çalışır.

2005-ci ildə Aynur Mustafayeva ilə birlikdə Dərviş Prodüser Mərkəzini, Asif Rüstəmov və Fehruz Şamıyev ilə birlikdə Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasını (AGFİA) təsis edib.

2005-ci ildən Dərviş Prodüser Mərkəzinin direktoru[3] və Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri vəzifəsində çalışır.

Əli İsa Cabbarov Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir. 2008-ci ildən "Fokus" analitik kino jurnalının naşirlərindən biridir.

2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.

Filmoqrafiya

  1. Altay Məmmədov (film, 2002)
  2. Ana duasından başlanan yol (film, 2001)
  3. Arxası qibləyə (film, 2009)
  4. Arpaçay (film, 2006)
  5. Bir ana tanıyıram (film, 2002)
  6. Borçalı elləri. Qaraçöp (film, 1999)
  7. Çalış, nəfəs alma (film, 2006)
  8. Çiçi xalçaları (film, 2002)
  9. Dədəgünəş (film, 2000)
  10. Dünya şöhrətli məzun (film, 2003)
  11. Düyün (film, 2008)
  12. Ev (film, 2007)
  13. Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003)
  14. İz… Qala (film, 2010)[4]
  15. Meşənin nağılı (film, 2001)
  16. Molokanlar. Saf ruh (film, 2004)
  17. Muzey (film, 1996)
  18. Neftlə çəkilən portret (film, 2011)
  19. Ölüm haqqında şəhadətnamə və ya Quranı oxuyarkən (film)
  20. Qanadlarıma sığal çək (film, 2008)
  21. Tanrıya tapınan Kiş (film, 2001)
  22. Teatr (film, 2004)
  23. Teatral həyat (film, 2009)
  24. Təzadlar (film)
  25. Yalançılar (film, 2008)
  26. Yaxşı adam haqqında (film, 2004)
  27. Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002)
  28. Zaqatala qoruğu (film, 2001)
  29. Zirvədən boylanan Xınalıq (film, 1999)
  30. "Sarı gəlin"in sorağında

İstinadlar

  1. Cabbarov, Ə. Azərbaycan kinosu Qarabağa təbii ki, borcludu: [rejissor, prodüser Əli İsa Cabbarovla müsahibə] /müsahibəni apardı Samirə Əşrəf //Ədalət.- 2014.- 1 oktyabr.- S.4.
    • Asimqızı, A. İstanbulda Azərbaycan Film Festivalı keçirilir: Əli İsa Cabbarov: "Film festivalına çox uğurlu filmlər seçilib": [Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, tanınmış rejissorun festival haqqında fikirləri] //Üç nöqtə.- 2014.- 30 yanvar.- S.13.
  2. Sevda M. "Biz daha geniş meydan istəyirik": ["Dərviş" Prodüser Mərkəzinin direktoru Əli İsa Cabbarovla "Bu meydan bu ekran " müsabiqəsi ilə bağlı müsahibə] //525.-ci qəzet.- 2008.- 16 may.- S. 7.
  3. Azərbaycan filmi beynəlxalq festivalın mükafatına layiq görülmüşdür: ["İz…Qala" Azərbaycan sənədli filmi ABŞ-nin Filadelfiya şəhərində keçirilmiş "Philadelphia Documentary & Fiction Festival" Beynəlxalq kinofestivalının "Münsiflərin xüsusi xatırlatması" nominasiyasının diplomuna layiq görülmüşdür] //Azərbaycan.- 2012.- 11 iyul.- S. 8.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.