Əli İbadullayev

Əli Əziz oğlu İbadullayev (11 aprel 1951, Bakı) — Azərbaycan heykəltaraşı və rəngkarı, Azərbaycan Respublikasının xalq rəssamı (2015).

Əli İbadullayev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti heykəltaraş, rəssam
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbi
Stil abstraksionizm
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı  — 2015 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı  — 2006
ali-ibadullayev.net

Həyatı

Əli İbadullayev 11 aprel 1951-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur.[1] 1966–1970-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və 1970–1975-ci illərdə isə Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbində təhsil almışdır.[2] 1978-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[3]

Yaradıcılığı

Əli İbadullayevin yaradıcılığında heykəltaraşlıq nümunələri geniş yer tutur. O, 2006-cı ildən başlayaraq əksər heykəltaraşlıq əsərlərini həmkarı Səlhab Məmmədovla birgə işləmişdir. Bu istiqamətdə onun "Muğam" (2009, Bakı), "Neftçi Fərman Salmanovun abidəsi" (2009, Yuqra, Rusiya), "Xocalı" (2011, Berlin, Almaniya), "Dərvişlər" (2011, Bakı), "Nizami Gəncəvinin abidəsi" (2012, Roma), "Abşeron işıqları" (2012, Bakı), "Azərbaycan–Polşa dostluğu abidəsi" (2013, Qnezno, Polşa), "Su mühəndisi Stefan Skşıvanın xatirə lövhəsi" (2013, Lodz, Polşa), "Rasim Ocaqovun xatirə lövhəsi" (2013, Bakı), "Neft mühəndisi Pavel Pototskinin abidəsi" (2015, Krakov, Polşa), "Nar abidəsi" (2015, Göyçay) kimi kompozisiyaları vardır.[1][2] Heykəltaraşın Bakı Müasir İncəsənət Muzeyinin qarşısıda yerləşdirilmiş "Külək" və "Kometa" əsərləri müstəqil olaraq hazırladığı plastika nümunələridir.[2]

Mücərrəd tablolar rəssamın fəaliyyətinin əhəmiyyətli hissəsini əhatə edir. Onun, əsasən, iri ölçülərdə işlədiyi "Muğam", "Xəzər", "Vulkan", "Abşeron motivi" triptixləri, eləcə də "Hərəkət", "Çəhrayı güllər", "Uçuş", "Nar", "Üzümlük" və başqa əsərləri bu qəbildən hesab olunur.[2]

2011-ci ildə Əli İbadullayevin Berlində fərdi sərgisi keçirilişdir. Onun əsərləri Azərbaycan, Rusiya, Almaniya, Kanadadakı dövlət muzeylərində, İspaniya, İtaliya, Fransa, Belçika, Danimarka, İsveç, Niderland, Böyük Britaniya, Türkiyə, İsveçrə, Yaponiya, Əlcəzair, ABŞ, Venesuela və başqa ölkələrdəki müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.[4]

Təltif və mükafatları

Qalereya

İstinadlar

  1. Azərbaycanın mədəniyyət təqvimi (Elektron kataloq). Bakı: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2019. səh. 151.
  2. Алиев, З. "Высокое искусство" (rus). Каспий. 20 февраля 2016: С. 16.
  3. "Artists — Ali Ibadullayev". galeriebb.de (ingilis). Galerie Berlin-Baku. 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
  4. "Ali Ibadullayev — Biography". ali-ibadullayev.net (ingilis). 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
  5. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 30 dekabr 2015. 14 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2020.
  6. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 29 dekabr 2006. 2 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.
  7. "Bakıda "Zirvə" mükafatları təqdim edilmişdir". azertag.az. Azərbaycan Dövlət İnformasiya Agentliyi. 9 mart 2012. 13 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.