Əli Ömərov

Əli Ömər oğlu Ömərov (10 sentyabr 1947, Göllü, Amasiya rayonu) — Azərbaycan Respublikasının Baş Prokuroru (1993–1994)[4][5], Həqiqi Dövlət Ədliyyə Müşaviri[6], Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri.

Əli Ömərov
3 iyul 1993[1] 8 oktyabr 1994[2]
Əvvəlkiİxtiyar Şirinov
SonrakıEldar Həsənov
1990 1995
Şəxsi məlumatlar
Doğum tarixi 10 sentyabr 1947(1947-09-10) (76 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil
Rütbəsi
Həqiqi dövlət ədliyyə müşaviri[3]

Həyatı

  • 1947-ci ilin 10 sentyabr tarixində Ermənistan SSR-nin Ağbaba mahalının Amasiya rayonunun Göllü kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirib. 1966–1973-cü illərdə Ermənistan SSR Amasiya rayonunun Göllü kəndində orta məktəb müəllimi işləyib.
  • 1973-cü ildə Sovet Ordusu sıralarına çağırılaraq Çita vilayətinin Dauriya hərbi prokurorluğunda hərbi müstəntiq vəzifəsini icra edib. 1974-cü ildə ordu sıralarından tərxis olunaraq, həmin ildən 1976-cı ilədək Amasiya rayonunun DİŞ-nin müəssisədən kənar mühafizə şöbəsinin və xalq drujinası şöbəsinin rəisi vəzifələrində işləmişdir.
  • 1976-cı ildə Azərbaycan Respublikasına köçərək DQMV prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq vəzifələrində çalışmışdır.
  • 1980–1983-cü illərdə Gəncə şəhər prokurorluğunun baş müstəntiq vəzifəsində çalışmışdır. 1983–1993-cü illərdə Gəncə şəhər nəqliyyat prokuroru işləyib.[7]
  • 23 yanvar 1991-ci ildən etibarən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktorudur.

Ailəsi

Evlidir. 3 övladı: 2 oğlu, 1 qızı var. Oğlu Zaur Ömərov 2017-ci ildə Müasir Müsavat Partiyasına üzv olmuşdur.[8] O, daha sonra partiyanın Gənclər Təşkilatının sədri seçilmiş və partiya üzvü olaraq 2020-ci il parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[9]

  • Qardaşı Zakit Əliyev

Siyasi fəaliyyəti

  • Əli Ömərov 1992-ci ilin payızında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının sıralarında olan, yeganə vəzifə sahibi və iqtidar üzvü idi.[10]
  • 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib[11], 1993-cü ildə Milli Məclisin üzvlüyünə qəbul olunub.[11]Xocalı faciəsinə dair yaradılmış komissiyanın məsul katibi olub və faciənin törədilməsi, əmələ gəlməsi və nəticələri barədə əsas məruzəçi kimi çıxış etmişdir ki, bununla da Xocalı faciəsi birbaşa canlı yayımla bütün dünyaya bəyan edilmişdir.
  • Əli Ömərov 3 iyul 1993-cü il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunub.[4] 8 oktyabr 1994-cü il tarixində öz ərizəsi ilə vəzifəsindən vaxtından əvvəl azad olunub.[5]
  • Əli Ömərov Azərbaycan Respublikasında prokurorluq orqanları yaranan gündən, yəni 1 oktyabr 1918-ci il tarixindən etibarən tək və yeganə Baş Prokurordur ki, fəaliyyətdə olan daxili işlərmüdafiə nazirlərinə qarşı cinayət işləri başladıb və onların vəzifələrindən uzaqlaşdırılmasına nail olub.
  • Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasına dair yaradılmış komissiyanın üzvü olub.
  • 1993-cü ildən etibarən Beynəlxalq İnterpol Bürosunun İcraiyyə Komitəsinin Həqiqi üzvüdür.
  • 2010-cu ildə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin təsisçilərindən biri olmuş və həmin ildən cəmiyyətin üzvüdür. 2015–2017-ci illərdə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin sədri olub.[12]
  • Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

Təltifləri

Azərbaycanda yeganə Həqiqi Dövlət Ədliyyə Müşaviri (Ədliyyə Ordu Generalı) ali xüsusi rütbəyə malik şəxsdir.[6][13]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  2. "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  3. "Arxivlənmiş surət". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  4. "Ə. Ö. Ömərovun Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı". e-qanun.az. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.
  5. "Ə. Ö. Ömərovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsindən vaxtından əvvəl azad olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı". e-qanun.az. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.
  6. "Ə. Ö. Ömərova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilməsi barədə". e-qanun.az. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.
  7. "Arxivlənmiş surət". 2019-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.
  8. Sabiq baş prokurorun oğluna vəzifə veriləcək — Partiyaya üzv oldu
  9. "Keçmiş Baş prokuror Əli Ömərovun oğlu da deputat olmaq isteyir". www.nuh.az.
  10. "Sabiq baş prokuror Əli Ömərov Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub". www.yeniazerbaycan.com. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.
  11. "Azərbaycan Respublikasının xalq deputatı Ə. Ö. Ömərovun Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilməsi haqqında". e-qanun.az. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.
  12. "Əli Ömərovun ADQC-nə sədr secilməsi haqqında". 2019-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  13. "Azərbaycanın keçmiş Baş prokuroru (BPİ) Əli Ömərov bu gün özünü polis əməkdaşı kimi təqdim edən şəxs tərəfindən hədələndiyini bildirib". eng.kavkaz-uzel.eu (ingilis). 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.