Əliş Ləmbəranski
Əliş Cəmil oğlu Ləmbəranski (10 may 1914, Lənbəran, Cavanşir qəzası – 1 may 1999, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954) Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959–1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü.
Əliş Ləmbəranski | |
---|---|
23 noyabr 1970 – 9 aprel 1987 | |
Sədr | Əli İbrahimov Həsən Seyidov |
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
yanvar 1959 – 1966 | |
Əvvəlki | Ağamirzə Əhmədov |
Sonrakı | Ramazan Abdullayev |
Azərbaycan SSR neft sənayesi nazirinin müavini | |
1954 – 1954 | |
Nazir | Ənvər Əlixanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 1 may 1999 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | mühəndis, siyasətçi |
Atası | Cəmil bəy Ləmbəranski |
|
|
Təltifləri |
|
Həyatı
Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olub.[1] 1936-cı ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur.
O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Fəaliyyəti
Əmək fəaliyyəti
Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943–45), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945–47). Ə. Qarayev adına neftayırma zovodunun direktoru (1947–50), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950–59) işləmişdir.
Siyasi fəaliyyəti
1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi.
1959–66-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.
Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı olmuşdur. Azərbaycan KP 30-cu qurultayında MK üzvü seçilmişdir.
Xatirəsi
Azərbaycan Respublikasının Prezidenti Əliş Ləmbəranskinin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya (Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsi, 5) xatirə lövhəsinin vurulması barədə 11 may 2004-cü il tarixdə Sərəncam vermişdir.[2]
Əliş Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq, onun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2014-cü il tarixdə Sərəncam vermişdir.[3]
Əliş Ləmbəranski haqqında "İthaf" adlı sənədli film çəkilib. Rejissoru Ziya Şıxlinskidir. Filmin Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) premyerası olub.[4]
Təltif və mükafatları
2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, 3 Qırmızı Əmək Bayrağı, 2-ci dərəcəli Vətən müharibəsi, Xalqlar dostluğu ordenləri və medallarla təltif olunmuşdur. SSRİ Nazirlər Soveti mükafatının laureatıdır (1978).[5]
İstinadlar
- "Əliş Ləmbəranskinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
- Ə. C. Ləmbəranskinin xatirəsinin əbədiləşdirilməsi haqqında Arxivləşdirilib 2017-11-13 at the Wayback Machine Azərbaycan Respublikasının Prezidentinin 11 may 2004-cü il tarixli, 214 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il tarixli, 295 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- Əliş Ləmbəranski haqqında sənədli filmin təqdimatı: [Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rejissor Ziya Şıxlinskinin "İthaf" adlı sənədli filminin premyerası olub] //Mədəniyyət.- 2014.- 10 oktyabr.- S.4.