Əlhambra sarayı
Əlhambra sarayı (ərəb. قصر الحمراء, isp. Alhambra) — İspaniyanın Qranada şəhərində yerləşən İslam mədəniyyətinin ən məşhur tikililərindən biri. Əlhambra sarayının tikintisinə 1232-ci ildə Qranada əmirliyinin əmiri Məhəmməd Bin Nəsr dövründə başlanmışdır. Sarayın daxili tərtibatı, Məhəmməd Bin Ahmerdən sonra hakmiyyətə gəlmiş, Əbu Abdullah Məhəmməd, Əbu Həccac Yusif və V Məhəmməd tərəfindən Əlhambra sarayına əlavələr edilmiş və tikilinin daxili və xarici genişləndirilmişdir.
Əlhambra sarayı | |
---|---|
isp. Alhambra ərəb. قصر الحمراء | |
37°10′34″ şm. e. 3°35′17″ q. u. | |
Ölkə | İspaniya |
Şəhər | Qranada |
Yerləşir | Əndəlus |
Aidiyyatı | Qranada əmirliyi |
Sifarişçi | I Məhəmməd ibn Nəsr |
Tikilmə tarixi | 1232—XVI əsr |
Üslubu | Bizans memarlığı, Abbasi memarlığı, Mavritan memarlığı, İntibah memarlığı |
Vəziyyəti | stabil |
Rəsmi sayt |
alhambra-patronato.es alhambra-patronato.es/en |
Rəsmi adı: Alhambra, Generalife and Albayzín, Granada | |
Tipi | Mədəni |
Kriteriya | i,iii,iv |
Təyin edilib | 1984 |
İstinad nöm. | 314 |
Dövlət | İspaniya |
Region | Avropa |
İspaniyanın qeydiyyata alınmış tarixi abidələri | |
İstinad nöm. | RI-51-0000009 |
İspaniyanın mədəni irsi | |
İstinad nöm. | RI-51-0010966 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əlhambra sarayında tikinti işlərinin davam etdiyi müddətdə, Əndəlüs vilayətinin digər şəhərləri olan Kardoba və Seviliyada müsəlmanlara qarşı qətliamlar törədilmişdir. Əlhambra sarayının daxili tərtibatı mürəkkəb formada tikilmişdir. Sarayın daxilində yerləşən çox sayıda otaqların müxtəlif girişləri vardır. Sarayda onlarla hovuz, ziyafət zalı, bağçalar, fantanlar mövcuddur. Sarayın hündür dağın döşündə tikilməsi onu düşmənlərdən daim müdafiə etmişdir.