Əlcəzair Kasbahı
Kasbah (ərəb. قصبة, Qasba; qala deməkdir) — Əlcəzairdə, Əlcəzair şəhəri və ətrafındakı ərazilərdə yerləşən qala divarları. 1992-ci ildəUNESCO Əlcəzair Kasbahını "türbə, köhnə məscidlər və Osmanlı üslublu sarayların qalıqları və ənənəvi qalıqları olan, cəmiyyətin dərin köklü bir hissi ilə əlaqəli şəhər quruluşu " kimi Ümumdünya irsi siyahısına daxil etdi.[1]
Əlcəzair Kasbahı | |
Ölkə | Əlcəzair |
---|---|
Tip | Mədəni |
Kriteriya | ii, v |
Keçid | 565 |
Region | Afrika [* 1] |
Daxil edilməsi | 1992 (16 sessiya) |
|
|
Etimologiya
Ümumilikdə kasbah Şimali Afrikanın bir çox şəhər və qəsəbələrində qala divarı mənasını verir.[2]
Tarix
Əlcəzair Kasbahı köhnə qədim Roma koloniyası olan İkosium şəhərinin dağıntıları üzərində qurulmuşdur. Bura təpədə qurulan, dənizə doğru enən, yuxarı və aşağı şəhər olmaqla iki yerə bölünən orta-ölçülü bir şəhər idi.
Fransız işğalı başlayan kimi, 1839-cu ildə Fransa qubernatoru Dar Hassan Paça buraya köçür. 1860-cı ildə III Napoleon şəhəri ziyarət edir.[3] Fransız işğalından əvvəl, kazbahda 13 Cümə məscidi, 109 məscid, 32 məqbərə və 12 zəviyyə, ümumilikdə 166 dini bina var idi. Lakin bu dini tikililərin əksəriyyəti işğal zamanı dağıdıldı. 1862-ci ildə yalnız 9 Cümə məscidi, 19 məscid, 15 məqbərə və 5 zəviyyə qalmışdı. Bir çox məscid hərbi kazarma və kilsələr kimi qeyri-islami məqsədli binalara çevrildi.[4]
Kasbah Əlcəzairin müstəqillik uğrunda mübarizəsi (1954-1962) zamanı mərkəzi rol oynamışdır. Bura Milli Qurtuluş Cəbhəsinin (FLN) üsyan planlamasının mərkəzi idi və o dövrdə Əlcəzairdə Fransa vətəndaşlarına və hüquq-mühafizə orqanlarına qarşı hücumları planlaşdırmaq və icra etmək üçün onlara təhlükəsiz bir sığınacaq vermişdi. Onların səylərinə qarşı çıxmaq üçün fransızlar xüsusi olaraq Kasbaha diqqət etməli idilər.
Müasir dövrdə
2008-ci ilin avqustunda Reuters agentliyi Kasbahın baxımsız vəziyyətdə olduğunu və bəzi bölgələrin dağılması riski ilə üzləşdiyini bildirdi.[5]
Ölkə çox əhalinin məskunlaşması, sakinlərin köçürülməsi üçün lazım olan səylər səbəbindən problemi həll etməkdə çətinlik çəkir. Təxmini hesablamalara görə burada yaşayan əhalinin sayı 40.000 ilə 70.000 nəfər arasındadır.[6] Hökumətin Kasbahın vəziyyətini yaxşılaşdırmaq istəməsinin bir səbəbi buranın cinayətkarlar və terroristlər üçün potensial iqamətgah olmasıdır. 1950-ci illərin sonlarında və vətəndaş müharibəsi və Fransız müstəmləkə hakimiyyətinə qarşı mübarizə zamanı ərazi Milli Qurtuluş Ordusunun (Əlcəzair) sığınacağı oldu.
Qaleraya
- Kasbahda müsəlman hamamı
- Küçə
- Kasbahın daxili memarlığı
- Kasbahın balıqçılıq limanı
İstinadlar
- UNESCO, Decision Text Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine, World Heritage Centre, retrieved 21 July 2017
- Arabic Name Translator Arxivləşdirilib 2014-08-14 at the Wayback Machine. "The Casbah (Arabic: قصبة, qaṣba, meaning citadel (fortress)) is specifically the citadel of Algiers in Algeria and the traditional quarter clustered around it. More generally, a kasbah is the walled citadel of many North African cities and towns."
- "Interior of Governors Palace, Algiers, Algeria". World Digital Library. 1899. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.
- دويرات القصبة تحتضّر ومساجدها العتيقة مهدّدة بالاندثار.. فهل من مغيث؟ Arxivləşdirilib 2020-03-30 at the Wayback Machine. El Mihwar. Retrieved January 9, 2018.
- William Maclean. "REUTERS, William Maclean, Aug 31, 2008". Reuters.com. 2008-09-01. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-19.
- "Algeria Channel". Algeria.com. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-19.
Ədəbiyyat
- Smith, Craig S. "The Crumbling of the Casbah". The New York Times. 2006-07-23. İstifadə tarixi: 2008-02-08.
- Hammer, Joshua. "Save the Casbah". Smithsonian. iyul 2007. 2012-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.