Əlavə yarımtək vena
Əlavə yarımtək vena (lat. v. hemiazygos accessorius) — yuxarı II-V dal qabırğaarası venaların toplaşmasından meydana çıxan damar. Bu damar yuxarı döş fəqərələrinin sol tərəfilə aşağı gedir və yeddinci döş fəqərəsi bərabərliyində yarımtək vena ilə birləşir və ya sağa doğru dönərək tək venaya açılır. Bəzən yuxarıda ən yuxarı sol qabırğaarası vena (lat. v. intercostalis suprema sinistra) ilə anastomozlaşır.
Əlavə yarımtək vena | |||
---|---|---|---|
| |||
İnsanın venoz sisteminin diaqramı | |||
Tək vena (solda), yarımtək vena (sağda aşağıda), əlavə yarımtək vena (sağda yuxarıda), | |||
Latınca | Vena hemiazygos accessoria | ||
Qrey | subyekt 172 667 | ||
Başlanır | Aşağı qabırğaarası venalar | ||
Açılır | Tək vena, yarımtək vena | ||
Dorlands / Elsevier |
12850481 | ||
İstinadlar
Mənbələr
- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.