Əl-Cəzirə
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır.[1]
Al Jazeera | |
---|---|
Ölkə | Qətər |
Yayım ərazisi | Avropa və Asiya ölkələri |
Dil | Ərəbcə, İngiliscə, Türkcə |
Baş qərargah | |
Yaranma tarixi | 1996 |
Təsisçi | |
Sahibi | Sheikh Hamad bin Thamer al-Thani |
Rəhbərlik |
Şeyx əl-Thani sədr - Bin Thamer Hamad Wadah Khanfar baş direktor - Ahmed Şeyx baş redaktoru |
Sayt |
aljazeera.com aljazeera.net chinese.aljazeera.net aljazeera.com.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır.
Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı. Kanal Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Livan-Suriya əlaqələri də daxil olmaqla bu ölkələrə bağlı mübahisəli fikirləri ekrana daşımışdır. Kimi tənqidçilər Əl Cəzirənin izlənmə qayğısı səbəbiylə sensasiyalı xəbərlər yaymaqla günahlandırmış, hətta kanalın yayımladığı bəzi programlar üzündən ciddi tədbirlər alınmışdır. Məsələn 27 yanvar 1999-cu ildə "The Oppposite Direction" (Əks İstiqamət) adlı canlı yayımlanan proqramda kanal Əlcəzair hökumətini tənqid etməyi, Əlcəzair hökuməti də proqramın izlənməsinin qarşısını almaq məqsədilə paytaxtda elektrik enerjisini kəsmişdir.
Əl Cəzirənin Orta Şərqdəkı siyasi mənada müstəqil olaraq tək kanal olduğu deyilir. 2000–2001 ci-ildə Livan vətəndaş müharibəsi haqqında hazırlanan sənədli filmlər kanalın reytinqini olduqca artırmış olsa da kanal əsl sıçrayışını Əl Qaidə liderlərinin bəyənatlarını yayımladıqdan sonra etmişdir.
Şəbəkə
- Al Jazeera ərəb dilində yayımlanan 24 saat xəbər kanalı (1996)
- Al Jazeera Sports (2003) Arxivləşdirilib 2008-10-28 at the Wayback Machine
- Al Jazeera Sports +1 (2004)
- Al Jazeera Sports +2 (2004)
- Al Jazeera Sports +3 (2008)
- Al Jazeera Sports +4 (2008)
- Al Jazeera Sports +5 (2009)
- Al Jazeera Sports +6 (2009)
- Al Jazeera Sports +7 (2009)
- Al Jazeera Sports +8 (2009)
- Al Jazeera Sports HD (2009)
- Al Jazeera Mubasher (2005) siyasi və ictiami kanal
- Al Jazeera Children's Channel (2005) uşaqlar üçün kanal Arxivləşdirilib 2008-06-23 at the Wayback Machine
- Al Jazeera Englisha (2006) ingilis dilində yayımlanan 24 saat xəbər kanalı
- Al Jazeera Documentary Channelan (2007) ərəbcə yayımlanan sənədli film kanalı Arxivləşdirilib 2011-02-04 at the Wayback Machine
- Al Jazeera Training (2007) ərəbcə yayımlanan tədris kanalı Training.aljazeera.net
Kanalın maliyyələşdirilməsi
Qətər əmirinin başlanğıcda etmiş olduğu 150 milyon dollarlıq maliyyə dəstəyindən sonra Əl Cəzirə 2001-ci ildən etibarən reklam alaraq özünə gəlir əldə etməyi hədəflədi, Ancaq bu cəhd müvəffəqiyyətsiz olunca, Qətər Əmiri hər il kanala maliyyə dəstəyi davam etdirməyi qəbul etdi. Kanalın müəyyən gəlir mənbələri arasında reklamlar, abunəçilərin ödənişləri, digər şirkətlərlə edilən yayım müqavilələrinin yanında satılan video görüntülər də kanala maddi dəstək oldu. Məsələn Əl Cəzirənin,Əl Qaidə lideri Usamə Bin Ladenin çıxışının bir dəqiqəsini 20.000 dollara satdığı da iddia edildilirdi.
Mükafatlar
noyabr 2005-ci ildə Əl Cəzirə Index On Censorship tərəfindən verilən "senzuraya qarşı Müqavimət Mükafatına" layiq görüldü. Arxivləşdirilib 2018-09-15 at the Wayback Machine
aprel 2004-cü ildə Webby Mükafatları Əl Cəzirənin, BBC, National Geographic, Rocketnews və The Smoking Gun la birlikdə ən yaxşı beş internet saytına namizəd olaraq göstərdi.
dekabr 1999-cu ildə Berlində olan Düşüncə azadlığı Fondu o ilin Ibni Rüşd Media və Jurnalistika Mükafatına Əl Cəzirəni layiq gördü.
2004-cü ildə Əl Cəzirə "brandchannel.com" saytının oxuyucuları tərəfindən Apple, Google, Ikea və Starbucks dan sonra ən nüfuzlu beşinci dünya markası seçildi.
İstinadlar
- "Arxivlənmiş surət". 2015-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-23.