Tibb qanunları

“əl-Qanun fit-Tibb (ərəb. القانون في الطب) — tibb tarixi ilə bağlı ən məşhur əsərlərdən biri. Əbu Əli İbn Sinanın kitabı.

Şərqin böyük alimi Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” (“Tibb qanunları”) əsərinin II cildinin əlyazması qədimliyi, mükəmməlliyi ilə diqqəti cəlb edir.

Əsər hicri 537, miladi 1143-cü ildə müəllifin ölümündən 6 il sonra köçürülmüşdür. Bu mənada, əlyazmanın bu nüsxəsi ən etibarlı nüsxələrdəndir. İslam Şərqinin elm tarixinin qədimliyini sübut edən bu əlyazma YUNESKO-nun təsis etdiyi “Dünyanın yaddaşı” Proqramının siyahısına daxil edilmişdir. “Tibb qanunları” Orta əsrlərdə həm Qərb, həm də Şərqdə tibb sahəsində yazılmış ən mükəmməl, tayı-bərabərı olmayan ensiklopedik əsər sayılırdı. XII əsrdə Kremonalı Gerard (1140-1187) bu kitabı ərəb dilindən latın dilinə çevirəndən sonra, o, yüzilliklər boyu Avropa Universitetlərində tibb üzrə ən mükəmməl dərs vəsaiti sayılmışdır. Kitab o qədər böyük şohrət qazanmışdı kı, dahi rəssamheykəltaraş Mikelancelo onun haqqında bunları demişdi: “İbn Sinanın ardınca gedib yanılmaq, başqalarının ardınca gedib uğur qazanmaqdan daha yaxşıdır”. 190 vərəqdən ibarət kitabın ölçüsü 24x15 sm., mətninin ölçüsü isə 18x11 sm.-dir. Əlyazmanın hər səhifəsində 18-20 sətir vardır. Nüsxə qara mürəkkəblə, aydın, narın nəsx xətti ilə küçürülmüş, fəsil adları, müalicəvi bitki adları qırmızı murəkkəblə yazılmışdır.

İbn Sinanın “əl-Qanun fit-Tibb” (“Tibb qanunu”), qısaca “Qanun” əsəri fiziologiya, hifzüsihhə (sağlamlığı qoruma), müalicə və farmakologiya aiddir. Beş cildlik, təxminən bir milyon sözdən ibarət böyük tibb ensiklopediyası olan bu əsər istər məzmunu, istərsə də hazırlanma tərzi baxımından əsrlərlə tibb ədəbiyyatına yol göstərmişdir. XIII əsrdən etibarən Avropa universitetlərində dərslik kimi istifadə edilmiş, Fransasının məşhur MonpelyeLüven Universitetlərininin tibb fakültələrində əsas dərslik olmuşdur. Əsər müasir tibbi biliklərin yaranmasına qədər türk, ərəb, fars və müxtəlif Qərb dillərində yazılan əsərlərin başlıca istinad mənbəyi olmuşdur. “Qanun”da bəhs edilən tibbi biliklərin bir hissəsi öz dəyərini indiyədək qoruyub saxlamışdır.

Nüsxəsi

Əlyazmalar İnstitutunda B-1626 şifri ilə qorunan əlyazma İbn Sinanın “Qanun” əsərinin qızdırma haqqında olan fəslidir. Azərbaycan dilində olan mətn birmil dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Əsər nəstəliq xətti ilə köçürülmüşdür. Əlyazmanın cildi yoxdur. Katibi Muxtar Əfəndizadə İsmayıl oğlu Ağadaşıdır. Əlyazama Bakı şəhərində yazıya alınmışdır. Həcmi 300 vərəq, ölçüsü 17x20 sm-dir.

Qalereya

Ədəbiyyat

  • "Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər" kitabı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.