Əl-Mumin
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri.
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar.
Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir.
- Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir. Yəni insanlara dünyada ruziləri verilir, axirətdə isə onları davranışları nisbətində mükafatlandırılırlar.
- Əminlik vermək mənası: Allah, qulunu haqsız yerə cəzalandırmayacağına əmin edir. Yaratdıqlarını zülmdən qoruyur. Qiyamət günündə mömin qullarını əzabdan qoruyacağına dair əminlik vəd edir.
Hikmət və Əsrarı: Bir müsəlman inanaraq və səmimi şəkildə "Ya Mömin" deyə bu adı zikr etsə, onun təcəllisinə nail olar. Küfrdən, şərik qoşmaqdan, yalandan uzaq olar. İnsanların və cinlərin şərindən uzaq olar. Hər cür xəstəlikdən qurtular.
Mənası
Rahatlıq və əmin-amanlıq verən, inanan bəndələrindən qorxunu və narahatlığı uzaqlaşdıran deməkdir.
İnsan bu addan gələn duyğu ilə Allaha sığınar. Müsibətlə qarşılaşdıqda, ağır xəstəliyə düçar olduqda Rəbbinin onu tək qoymayacağına ümid edər.
Uca Tanrı bu adı imanlı bəndələrinə verməklə, onları şərəfləndirmişdir. Çünki mömin insan da əlindən və dilindən digərlərinin əmin olduğu şəxsdir. Qurani-Kərimdə möminin xüsusiyyətləri belə açıqlanır: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər"[1].
Həmçinin bax
Mənbə
- İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.89.
- Allahın gözəl adları
- Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
İstinadlar
- əl-Furqan, 63