Əl-Cami

Əl-Cami (ər. الجامع) — Allahın adlarından biri.

"Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!" (Ali-İmran Surəsi, 9)

Dağınıq şeylərin bir yerə toplanması mənasını verən 'cəm' sözü, Allahın bütün kainatdakı sistemlər üzərində hakimiyyətini göstərən sifətini ifadə edir. Kainatı və içindəkiləri yaradan Allah, canlı və cansız bütün varlıqlara dilədiyini etdirmə, istədiyi yerdə və istədiyi şəkildə toplama qüdrətinə malikdir. Quranda Allah dünyada möminləri bir yerə yığacağını belə vəd etmişdir:

"Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!" (Bəqərə Surəsi, 148)

Ancaq həqiqi toplanma günü qiyamətlə reallaşacaq. Özünə şübhə olunmayan qiyamət günündə, Allahın bütün qulları Onun hüzurunda toplanacaqlar. Dünyada Özünü və elçilərini yalanlayanların inkarlarını və bu inkarlarından qaynaqlanan bütün hərəkətlərini bilən Allah, elçiləriylə bütün insanlığa xəbər verdiyi böyük hesab günündə, gəlmiş-keçmiş bütün cəmiyyətləri bir yerə yığacaq. Sura üfürüldüyü gün günahkarların hamısı bir yerə yığılacaq və etdiklərindən birlikdə hesaba çəkiləcəklər. İnkar edənlər üzüaşağı cəhənnəmə sürüklənəcək, layiq olduqları cəzanı yenə yoldaşlarıyla birlikdə alacaqlar.

Allah Özünə iman edənləri isə etdiklərinə qarşılıq olaraq cənnətdə də -dünyada olduğu kimi- birlikdə mükafatlandıracaq. Allah təqva sahiblərini də rəhbərləriylə birlikdə heyət halında hüzuruna gətirəcək. Onlar nurları önlərində və yanlarında Allahın izni və rəhmətiylə cənnətə girəcəklər. Özünü inkar edən insanları isə dünyada da bir-birlərinə arxa çıxıb qruplaşdıqları kimi, cəhənnəmdə də həmişə bir yerdə saxlayacaq, bir-birləriylə dalaşıb mübahisə etmələrinə icazə verəcək. Zülm edənlərin yoldaşları və ibadət etdikləri həmişə bir yerdə olacaqlar, işlədikləri günahların cəzasını cəhənnəmdə həmişə birlikdə çəkəcəklər. Çox arxalandıqları yoldaşları və dostlarıyla birlikdə cəhənnəmə sürüklənmənin əzabını yaşayacaqlar. Allah dünyada şeytana itaət edən insanları axirətdə bir yerə yığaraq cəhənnəmə atacağını aşağıdakı ayəsiylə bildirmişdir:

"Allah Kitabda (Quranda) sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!" (Nisa Surəsi, 140)

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.