Əl-Baqi

Əl-Baqi (ər. الباقي) — Allahın adlarından biri.

"(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir." [1]

Kainatın içində olan bütün varlıqların bir sonu vardır. Bir insan doğular, yaşayar və dünyada davam etdirdiyi məhdud ömrün sonunda ölər. Bu son bütün insanlar üçün qaçınılmazdır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin də yox olması qaçınılmazdır. Onlar da doğulduqdan bir müddət sonra bir-bir ölərlər. Məsələn: bir ağac yer üzündə yüz illərlə yaşaya bilər. Lakin ən nəhayət ölməyə məhkumdur. Canlı olan hər şey həyatını bitirib torpağın altına girəcək və yox olacaq.

Eyni şəkildə cansız varlıqların da bir sonu vardır. Zamanla hamısı məhv olmağa məhkumdurlar. Məsələn, min illərlə bundan əvvəl ehtişam içində yaşamış qövmlərdən bu gün yalnız xarabalıqların geriyə qaldığını görərik. "Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu (evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı." [2] ayəsiylə bu gerçəyə diqqət çəkmişdir.

İçində yaşayan varlıqların bir sonu olduğu kimi kainatın da bir sonu vardır. Kainatdakı bütün göy cisimləri, günəş, ulduzlar, bir gün enerjilərini bitirib yox olacaqlar. Və ya Allah dilədiyi başqa bir səbəblə bütün kainatı yox edəcək, qiyamət günü ilə əlaqədar vədini reallaşdıracaq.

Görüldüyü kimi hər şey sonludur; kainat da, yaradılmış bütün varlıqlar da... Allah isə yaradandır. Və sonsuzluq yalnız Özünə aiddir.

Rəbbimiz, insanlara Quranda belə buyurmaqdadır: "Sizə verilən hər hansı bir şey (dövlət, övlad, xoş güzəran) ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan (nemətlər) isə daha yaxşı və daha baqidir (əbədidir). Məgər ağıla gəlməzsiniz?! (Fani dünya malını axirətin əbədi nemətlərindən üstün tutursunuz!)"[3]

İstinadlar

  1. Ər-Rəhman surəsi, 26-27.
  2. Həcc surəsi, 45
  3. Qəsəs Surəsi, 60
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.