Əl-Əyn
Əl-Əyn (ərəb. العين "bulaq"[1]) — Birləşmiş Ərəb Əmirliklərinin dördüncü ən böyük şəhəri (Dubay, Əbu-Dabi və Şarjadan sonra).[2] Əl Əyn Əmirliyin ən böyük daxili şəhəri və Əbu-Dabi Əmirliyində ikinci ən böyük şəhərdir.[2] Əl-Ayn, Əbu-Dabi və Dubayı birləşdirən magistral yollar ölkədə coğrafi üçbucaq təşkil edir, hər bir şəhər digər ikisindən təxminən 130 kilometr (81 mil) məsafədə yerləşir.
Əl-Əyn | |||
---|---|---|---|
العينع8عصث نعي | |||
|
|||
24°12′27″ şm. e. 55°44′41″ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 292 m | ||
İqlimi | quraq iqlim | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəsmi dili | |||
Digər | |||
dmt.gov.ae/aam | |||
Vikianbarda əlaqəli mediafayllar |
Bununla belə, Əl-Ayn və Əl-Buraimi bölgəsi,[3] ümumilikdə Tavam və ya Əl-Buraimi vahəsi[4] mədəni və tarixi əhəmiyyətə malikdir.[5] Məsələn, bölgə Raşidi xilafəti, Əməvilər xilafəti və Abbasilər xilafəti dövrlərində Dibba və Ras Əl-Xayma kimi İslam tarixinə aid hadisələrin şahidi olub.[6] Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın həyatının çox hissəsini (ən azı 1927-ci ildən, 1966-cı ildə Əbu-Dabi Əmirliyinin hökmdarı olana qədər) keçirdiyi yer bura olub. Onun Əbu-Dabidə doğulduğu qəbul edilsə də,[3][7][8] bəzi tədqiqatçılar onun Əl-Əyndə anadan olduğunu iddia edirlər.[9][10] Əl-Ayn həm də ölkənin ən qədim məscidi Şeyx Xəlifə məscidinin yerləşdiyi yerdir.[11][12]
Tarixi
Əbu-Dabi əmirliyində, ölkənin paytaxtından 148 km şərqdə, Omanla sərhəddə, Buraymi vahəsi ərazisində yerləşir. Əl-Əyn BƏƏ-nin dənizdən uzaqda yerləşən yeganə böyük şəhəridir. Şəhərə bəzən "Bağlar şəhəri" də deyirlər. Çünki yaşıllığına görə, xüsusən də şəhər vahələri ilə zəngindir. Buna görə buda parklar, ağaclarla örtülmüş prospektlər və dekorativ dairələr vardır. Şəhərdə yeni tikilən binaların yeddi mərtəbədən çox olmamasına ciddi nəzarət edilir. Əl-Əyn və Əl-Hasa ətrafındakı vahə Ərəbistan yarımadasındakı ən əhəmiyyətlisidir.[13][14][1]
2005-ci ildə şəhərin əhalisi 422 min nəfər idi. Şəhər BƏƏ-də 4-cü, Əbu-Dabi əmirliyində isə 2-cidir. 2017-ci ildə əhalinin siyahıyaalınmasına görə şəhərdə 766,936 nəfər yaşayırdı.
Şəhər müasir avtomobil yolları ilə Əbu Dabi və Dubay şəhərləri ilə birləşir. Beynəlxalq hava limanı var.
Ölkənin ilk prezidenti və Əbu-Dabinin hökmdarı Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan Əl-Ayn şəhərində anadan olub.
Şəhərdə universitet fəaliyyət göstərir. Əl-Ayn BƏƏ-nin əsas federal universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Ali Texnologiya Kollecinin iki kampusuna ev sahibliyi edir — Əl-Əyn Kişi Kolleci və Əl-Əyn Qadın Kolleci. Əl-Əyn eyni zamanda "Etihad Airways"in kursant pilot təlim mərkəzi olan "Horizon International" uçuş akademiyasının yerləşdiyi yerdir. Özəl ali təhsil müəssisələrinə Əl Əyn Universiteti və Əbu-Dabi Universitetinin kampusu daxildir. Əl-Əyndə, həmçinin Əbu-Dabi Təhsil və Bilik Departamentinin, Əbu-Dabinin təhsil orqanının şərq zonası qərargahı yerləşir.[15][16]
Şəhərin görməli yerləri arasında zoopark (BƏƏ-nin ən böyüyü), "Hili Fun City" əyləncə parkı, tarixi muzeylər, qalalar, çoxsaylı parklar, bağlar və istirahət zonaları, o cümlədən Cəbəl Hafit dağı var. 1 km-dən çox hündürlükdə müşahidə məntəqələrinin yerləşdiyi ərazilər salınmışdır. Dağın ətəyində mineral su bulaqları var.
"Əl Əyn" Futbol Klubu dəfələrlə BƏƏ çempionu və 2003-cü ildə Asiya Çempionlar Liqasının qalibi olub.
İqtisadiyyatı
Əl-Əyn Omana qədər uzanan geniş bir ərazi üçün mühüm xidmət mərkəzidir. Şəhərdə üç böyük ticarət mərkəzi var: Əl Əyn Moll, Əl Cimi Moll, Əl Hili Moll və Əl Bavadi Moll (2009-cu ildə Əl Xrair ərazisində açılıb).[17] Həmçinin şəhərdə meyvə-tərəvəz və mal-qara üçün də ənənəvi bazarlar var. İri ticarət mağazalarından biri də IKEA dükanı və Zayed İbn Sultan küçəsindəki Bavadi Moll yaxınlığında, Mezyada gedən yolda mövcuddur.[18] Sənaye inkişaf edir, lakin hələ də kiçik miqyasdadır. Sənaye əsasən Coca-Cola qablaşdırma zavodunu və Əl Əyn Portland Sement Zavodunu əhatə edir. Əl-Əyndəki su keyfiyyətlidir. Avtomobil satışı, mexanika və digər sənaye məhsullarə kimi xidmət sahələri Sanaiya və Pattan Market kimi tanınan ərazidə yerləşir. Sosial və dövlət infrastrukturuna Ali Texnologiya Kollecləri, Tavamdakı tədris xəstəxanası, Əl-Əyn Beynəlxalq Hava Limanı və hərbi təlim sahələri daxil olmaqla yaxşı təchiz olunmuş tibb müəssisələri daxildir.[19] Əl-Əyn həmçinin dünyanın ən böyük xurma emalı və marketinq şirkəti olan "Al Foah Company MMC"-nin mərkəzi ofisinə ev sahibliyi edir. Bu yer həm də Əl Əyndən bir qədər kənarda yerləşən Əl Əyn Süd Fermerliyi ilə də məşhurdur.
Əhalisi
Əl-Əynin 766,936 min(2017-ci ilə kimi) nəfər əhalisi var.[20] Əhalinin əksəriyyətini, xüsusən də Hindistan yarımadasından olan əcnəbilər təşkil etsə də, şəhər ölkədə Əmirlik vətəndaşlarının ən yüksək nisbətinə (30,8%) malikdir. Bir çox insan Banqladeş və Pakistandandır. BƏƏ-də təxminən 23.000 əfqanın çoxu bu şəhərdə yaşayır və onların əksəriyyəti Əfqanıstanın Xost vilayətindəndir.[21]
Arxeoloji qazıntılar və tarixi
Tarixi əhəmiyyət kəsb edən Qərbi Həcər bölgəsinin bir hissəsi olan Əl-Əyn və ya Təvam[22][23] ərazisi təxminən 8000 ildir məskunlaşmış yerdir. Arxeoloji ərazilərdə Əl-Rumallah, Hili və Jabel Hafet kimi yerlərdə insan məskənləri aşkar edilib. Bu ərazidə olan erkən mədəniyyətlər ölüləri üçün "arı pətəyi" qəbirləri tikir və ərazidə ovçuluq və yığıcılıqla məşğul olurdular. Vahələr müasir dövrə qədər erkən təsərrüfatları su ilə təmin edirdi. 1950-ci illərdə Şeyx Zayed ərazidə məzarları kəşf etdi və bunu Danimarka qrupunun diqqətinə çatdırdı. Nəticədə 1959-cu ildə məzarlarda qazıntı işləri aparıldı. 1971-ci ildə bu ərazidən tapılan arxeoloji materialların saxlanılması üçün Əl Əyn Muzeyi tikildi.[24][25] 2000-ci illərdə Əbu-Dabi Mədəniyyət və İrs İdarəsi onun YUNESKO tərəfindən [[Ümumdünya İrsi| Dünya Mədəniyyət Mirasları siyahısı ]na salınması üçün müraciət etdi. 2011-ci ildə Əl-Ayn BƏƏ-də YUNESKO tərəfindən tanınan ilk Dünya Mədəniyyət Mirası abidəsi oldu.[26]
9 sentyabr 2018-ci ildə arxeoloqlar Əl-Əyn şəhərinin ərazisində BƏƏ-nin ən qədim məscidlərindən birinin xarabalıqlarını aşkar ediblər. Arxeoloji tapıntı BƏƏ-nin ikinci prezidenti və Əbu Dabi Əmiri Şeyx Xəlifə ibn Zayed Əl Nəhayanın inşası davam edən məscidin yaxınlığında aşkar olunub. Yalnız bünövrəsinin salamat qaldığı tikilinin yaşı min ildən artıqdır.
Qalareya
- Əl-Əyn Sarayı Muzeyinin həyəti.
- Şəhərin Dəvə bazarında dəvələr.[27]
- Jebel Hafeet zirvəsinin yanında inşa olunmuş "Mercure Hotel".
- Əl-Hili Qəsri
- Əl Cahili qalası, bölgənin ən böyük qalalarından biridir
- Jebel Hafeet, Omanın Əl Buraimi Qubernatorluğu ilə cənub sərhədi yaxınlığındakı Mezyad qalasından görünüşü[24]
- Jebel Hafeet bölgəsindəki arı pətəyi məzarları təxminən 5000 il əvvəl ərazidə insanların məskunlaşdığının sübutudur.
- Şəhərin mərkəzi rayonunda Əl-Murabba qalası
- Əl Əyn Vahəsindəki falaj suvarma sistemi
- Aşarej rayonunda Əbu-Dabi Universitetinin kampusu
- Əl-Əyndəki Kanad Xəstəxanası Əbu-Dabi əmirliyinin ən qədim xəstəxanasıdır
- Əl-Əyn zooparkı
- Həzza Bin Zayed stadionu.
İstinadlar
- Al Ain // The Report Abu Dhabi 2010. Oxford Business Group. 2010. 171–176. ISBN 978-1-9070-6521-7. 19 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2018.
- Neild, Barry. "Day trip from Abu Dhabi: The cool oasis of Al Ain". CNN. 3 October 2018. 19 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2019.
- Al-Hosani, Hamad Ali. The Political Thought of Zayed bin Sultan Al Nahyan (PhD Thesis) (Tezis). en:Durham University. 2012. 43–44. 5 February 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 April 2016.
- El Reyes, Dr. Abdulla, redaktor Liwa Journal of the National Archives (PDF) (ingilis). United Arab Emirates: Emirati National Archives. December 2014. 35–37. 6 February 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 5 February 2017.
- Leech, Nick. "The long read: has a lost Arab capital been found on the Oman-UAE border?". The National. 22 October 2015. 31 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2019.
- Abed, Ibrahim; Hellyer, Peter. The United Arab Emirates, A New Perspective. London: en:Trident Press Ltd. 2001. 60–86. ISBN 978-1-900724-47-0. 20 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2019.
- Martin, Douglas. "Zayed bin Sultan, Gulf Leader and Statesman, Dies". en:The New York Times. 3 November 2004. 30 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2014.
- "The legacy of Sheikh Zayed bin Sultan Al Nahyan, Father of the UAE". en:AMEinfo.com. 2 November 2004. 29 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 April 2013.
- Al Ain // The Rough Guide to Dubai. en:Rough Guides UK. 1 November 2016. 227–232. ISBN 978-0-2412-9864-0. 20 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2018.
- ALAIN // The Report: Abu Dhabi 2014. Oxford Business Group. 25 March 2014. səh. 228. ISBN 9781907065972. 20 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2013.
- "Remains of 1,000-year-old mosque reveal a rich past". The National. en:Emirates 24/7. 10 September 2018. 29 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2018.
- Power, Timothy. "How a 1,000-year-old mosque in Al Ain anchors the UAE in human history". The National. 13 September 2018. 28 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2018.
- ʿAbd Al-Nūr, Wadīʿ. "المبزّرة الخضراء واحة سياحة ... ومقصد علاج" (ərəb). Al-Ain: Al-Hayat. 2 August 2017. 16 June 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 January 2019.
- Gillett, Katy. "Visit the Garden City: New bus route launched between Dubai and Al Ain". The National. 18 April 2019. 17 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2019.
- Khan, Sarmad. "Amanat snaps up Dh320m stake in Abu Dhabi-based education operator". The National (ingilis). 2018-03-06. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
- Release, Press. "Abu Dhabi University leads the way in training GPT-3 on its data and services". en:Zawya (ingilis). 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
- Vijayan, Ranjit. "Shopping". Explore Al Ain. 23 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2019.
- The Rough Guide to Dubai. en:Rough Guides UK. Penguin. 15 November 2016. ISBN 978-0-2412-9865-7. 20 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2019.
- Vijayan, Ranjit. "Transportation". Explore Al Ain. 23 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2019.
- "Abu Dhabi population hits 3 million, fertility rate up to 3.7 per citizen-female – Inter Press Service". www.ipsnews.net. 30 October 2017. 18 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2018.
- "Afghan city reflects expats' trust in young democracy, says envoy". 8 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2017.
- Abu-Lughod, Janet L. Buraimi and Al-Ain // Dumper, Michael R. T.; Stanley, Bruce E. (redaktorlar ). Cities of the Middle East and North Africa: A Historical Encyclopedia. en:ABC-CLIO. 2007. 99–100. ISBN 978-1-5760-7919-5. 19 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2019.
- Allen, Calvin H. Jr. 1: Land and People // Oman: the Modernization of the Sultanate. Abingdon, New York: Routledge. 5 February 2016. 1–8. ISBN 978-1-3172-9164-0. 19 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2019.
- Salama, Samir. "Al Ain bears evidence of a culture's ability to adapt". en:Gulf News. 30 December 2011. 16 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2018.
- Potts, Daniel T.; Nābūdah, Ḥasan Muḥammad; Hellyer, Peter. Archaeology of the United Arab Emirates. London: en:Trident Press. 2003. 174–177. ISBN 1-9007-2488-X. OCLC 54405078.
- Ghazal, Rym. "Al Ain's World Heritage tombs can now rest in peace". The National. 3 July 2011. 6 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2019.
- Mukasa-Mugerwa, E. The Camel (Camelus dromedarius): A Bibliographical Review (PDF). en:Addis Ababa, en:Ethiopia: en:International Livestock Centre for Africa. 1981. 1–147. 2016-02-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-01-27.
- "Building History". Qasralmuwaiji.ae. 19 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2019.
- "Annual Report 2017" (PDF), Department of Culture and Tourism – Abu Dhabi, 1: Culture, 8–211, 2017, 7 August 2019 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 9 March 2019
Ədəbiyyat
- Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник). — 2000 экз. — ISBN 978-5-478-00729-4.
Xarici keçidlər
- Al Ain City Municipality Arxivləşdirilib 13 avqust 2014 at the Wayback Machine
- Al Ain Wildlife Park and Resort
- Al Ain Wildlife Park and Resort. Preserving desert wildlife & habitats
- Al Ain Wildlife Park and Resort. Expansion project
- Al Ain: Oasis in the Desert (Photographic essay from Al Ain Women's College)
- Al Ain University of Science and Technology