Ələsgər Qurbanəliyev

Ələsgər Novruzəli oğlu Qurbanəliyev (23 mart 1948, Qobu21 aprel 2021[1]) — aktyor.

Ələsgər Qurbanəliyev
Ələsgər Novruzəli oğlu Qurbanəliyev
Doğum tarixi 23 mart 1948(1948-03-23)
Doğum yeri Qobu, Abşeron rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 21 aprel 2021(2021-04-21)[1] (73 yaşında)
Vəfat səbəbi COVID-19[1]
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Fəxri mədəniyyət işçisi" döş nişanı  — 2013
IMDb ID4801717

Həyatı

Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur.

Aktyor 21 aprel 2020-ci ildə 73 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.[2]

Əsas rolları

  1. Sergey Yeruxin — ("Kiçik torpaqda üç gün" Şamil Fərzəliyev)
  2. Qulu — ("Azad çoban" Məmmədyə)
  3. Ozan — ("Toxmaq Əhməd" Rauf İçərişəhərli)
  4. Təlkəng — ("Sirli dəyirman" Firuz Mustafa)
  5. Məşədi Yarməmməd — ("Danabaş kəndinin məktəbi" Cəlil Məmmədquluzadə)
  6. Nəcəf — ("Sabah çoxdan başlanıb" Rəhman Əlizadə)
  7. Vaxtanq — ("Городской жених" Ramiq Muxtar)
  8. Komendant — ("Şəhidlər" Bəxtiyar Vahabzadə)
  9. Jandarm — ("Kiçik təpə" Nəbi Xəzri)
  10. Molla Orucəli — ("Qonşu qonşu olsa kor qız ərə gedər", Rəşid Bəy Əfəndiyev)
  11. Zırı — ("Qarışqa şıllaq atdı", Qılman İlkin)
  12. Polis — ("Pul dəlisi", Əhməd Orucoğlu)
  13. Baləmi — ("O da mənəm, bu da", Dadaş Mehdi)
  14. Xidmətçi — ("Danışan gəlincik", Abdulla Şaiq)
  15. Şah — ("Nəsrəddin", Yusif Əzimzadə)
  16. Qoca — ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu)
  17. Saymaz — ("Qaraca qız", Süleyman Sani Axundov, Abdulla Şaiq)
  18. Qaragünə — ("Dədəm Qorqud", Əbdüləzəl Dəmirçizadə)
  19. Kələntər — ("Ölüm hökmü", Elçin)
  20. Qaymaq Hafis — ("Mustafa", Orxan Asena)
  21. Ohan — ("Hacı Qara", Mirzə Fətəli Axundov)
  22. Keçəl kişi — ("Olmuş əhvalat", Aqşin Babayev)
  23. Ağahüseyn əmi — ("Ağ dəvə", Elçin)
  24. Molla Səfi, Ağsaqqal kişi, Əbdürrəhim, Sərvinaz xanım, Məzlum kişi — ("Yağış, yağmur və daldan atılan daş", Nəcəf Bəy Vəzirov)
  25. Şeyx Əbülləhyə — ("Şeyx Sənan", H.Cavid)
  26. Kərbəlayı İsmayıl — ("Məkkəyə gedən yol", C.Məmmədquluzadə)
  27. Mühafizəçi — ("Romeo və Cülyetta", U.Şekspir)
  28. Kitabxanaçı Nəcəf — ("Buzovna kəndinin əhvalatları", Elçin)
  29. Molla Həmid — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundzadə)
  30. Xəlil yüzbaşı — ("Hacı Qara", M.F.Axundzadə)
  31. Nuhun qövmü — ("Əlincə qalası", Dilsuz)
  32. Şəhərli — ("Buratinonun macəraları", A.Tolstoy)

Filmoqrafiya

  1. Yaşa, qızıl balıq (film, 1988)
  2. Nakəs (film, 1991)
  3. Dolu (film, 2012)
  4. Həkimlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.