Ələsgər Hüseynov

Ələsgər Nurəli oğlu Hüseynov (10 yanvar 1928, Bakı3 may 1976, Bakı) — Azərbaycan memarı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı.

Ələsgər Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1928(1928-01-10)
Doğum yeri
Vəfat tarixi 3 may 1976(1976-05-03) (48 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti memar

Təltifləri SSRİ Dövlət mükafatı  — 1972 Azərbaycan SSR Dövlət mükafatı  — 1976
"Oktyabr inqilabı" ordeni

Həyatı

Ələsgər Nurəli oğlu Hüseynov 1928-ci il yanvar ayının 10-da anadan olmuşdur.

1953-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, 1953–1967-ci illərdə "Azərdövlətlayihə" institutunda və Sənaye Tikintisi Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 1968–1971-ci illərdə Bakının Baş rəssamı, 1971–1975-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədr müavini, 1975–1976-cı illərdə isə Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.[1] Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Hənifə Ələsgərovla) və s. tikililərin layihələrini vermişdir.[2][3]

Xidmətlərinə görə keçmiş SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları, "Oktyabr inqilabı" ordeni və medallarla təltif edilmişdir.[2]

Hüseynov Ələsgər 1976-cı il may ayının 3-də vəfat etmişdir.[2][3]

İstinadlar

  1. Һүсејнов Әләсҝәр Нурәли оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 285.
  2. Hüseynov Ələsgər Nurəli oğlu [Mətn] //Fəxri xiyaban; Heydər Əliyev Fondu.- Bakı, 2007.-S.87.
  3. ""3 may" Tariximizdə". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.