Ələsgər İbrahimov

Ələsgər İbrahimov (30 yanvar 1943, Bakı10 mart 1983) — azərbaycanlı aktyor.

Ələsgər İbrahimov
Doğum tarixi 30 yanvar 1943(1943-01-30)
Doğum yeri
Vəfat tarixi 10 mart 1983(1983-03-10) (40 yaşında)
Vəfat səbəbi çənə xərçəngi
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Təhsili
IMDb ID1300023

Həyatı

Ələsgər İbrahimov 1943-cü ilin 30 yanvar tarixində Bakıda anadan olub. İndiki Dövlət Neft Akademiyasında təhsil alıb. Oranı bitirdikdən sonra maddi çətinlikləri olan ailəni dolandırmaqdan ötrü müxtəlif yerlərdə çalışıb. Ən çox sevdiyi iş yerlərindən biri mühəndis kimi çalışdığı kinostudiyanın mexanika sexi idi. Kinoya gəlişi isə təsadüfən olmuşdu. İçərişəhərdəki evlərində görkəmli kinorejissor Arif Babayevlə qonşu idilər.

Ələsgər İbrahimovun yaraşıqlı siması vardı. Hündür boyu, enli kürəyi, gözəl sifət cizgiləri ona daha da yaraşıq verirdi. Çox vaxt onu məşhur fransız aktyoru Jan Mareyə bənzədirdilər. Bütün bu cəhətlər rejissor Arif Babayevi cəlb etmişdi.[1] Və nəyin bahasına olursa-olsun, o, bu gənci mütləq filmə çəkəcəkdi. Çox keçmir ki, rejissor fikirləşdiklərini həyata keçirir. Kinostudiyaya gəlir və ilk filminin — "İnsan məskən salır"ın çəkilişlərinə başlayır.

Və məhz Ramiz Allahverdiyev rolu ilə də Ələsgər kinoya debüt edir. Kinostudiyada mühəndis işləyə-işləyə Adil İsgəndərovun axşamlar açdığı kinoaktyor kursuna getməyə başlayır.[2] Amma əcəl macal vermir. Ələsgər İbrahimov 40 yaşında tutulduğu çənə xərçəngi xəstəliyindən dünyasını dəyişir.

Filmoqrafiya

  1. Arxadan vurulan zərbə (film, 1977)
  2. Bizi dağlarda axtarın (film, 1976)
  3. Dvorjakın melodiyası (film, 1979)
  4. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  5. İnsan məskən salır (film, 1967)
  6. Ömrün ilk saatı (film, 1973)
  7. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  8. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  9. Yeddi oğul istərəm... (film, 1970)

İstinadlar

  1. Mədəniyyət TV. "Əsl sənətkar ömrü yaşayan Ələsgər İbrahimovun anadan olmasından 81 il ötür" (az.). Youtube.com. 31.01.2024. 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-31.
  2. "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.