Ələmşah Məmmədov
Ələmşah Əli oğlu Məmmədov (10 mart 1950, Şahvəllər, Bərdə rayonu – 19 yanvar 2009) — Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmiş "Azadlıq" batalyonunun komandiri, döyüşçü.[1]
Ələmşah Məmmədov | |
---|---|
Doğum tarixi | 10 mart 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 2009 (58 yaşında) |
Dəfn yeri |
Bioqrafiya
Ələmşah Məmmədov 10 mart 1950-ci ildə 10 uşaqlı ailənin ilk övladı olaraq Bərdə rayonunun Şahvəlilər kəndində dünyaya gəlmişdir. 1972-ci ildə, Gəncə şəhərində yerləşən Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra, 1975-ci ildən etibarən, Ələmşah Məmmədov Bərdə və Tərtər rayonlarında yerləşən məktəblərdə tarix müəllimi olaraq fəaliyyət göstərmişdir.
Dağlıq Qarabağda müharibənin ilk günlərindən etibarən yaxın ətrafı ilə birlikdə sayları 300-400 nəfərə çatan silahlı özünümüdafiə dəstəsi - "Azadlıq" batalyanunu təşkil etmiş və onun komandirliyi vəzifəsini öhdəliyinə götürmüşdür.[1] Bu müddət ərzində Azərbaycan Ordusunun nizamlı hərbi birləşmələri ilə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir.
1992-ci ilin may ayında, Milli Məclisdəki çıxışı zamanı dövrün Müdafiə Naziri Rəhim Qazıyev o cümlədən digər hökumət və dövlət rəhbərlərini tənqid etdikdən sonra ona qarşı münasibət dəyişmiş və bir müddət sonra batalyonun bir çox üzvü kimi o da həbs edilmişdir.[2] Barəsində konkret ittihamlar olmamasına baxmayaraq, 1 il həbsdə saxlanılan Ələmşah Məmmədov Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin qərarı ilə bəraət alaraq azadlığa çıxmışdır.
19 yanvar 2009-cu ildə vəfat etmişdir.
Haqqında
- 2017-ci ildə ARB telekanlı Ələmşah Məmmədov haqqında sənədli film hazırlamışdır.[3]
- 2017-ci ildə Ələmşah Məmmədovun həyat və döyüş yolundan bəhs edən "Azadlıq" Xalq Ordusu" kitabı (müəllif: Əkbər Mirzəzadə) nəşr edilmişdir.[4]
- Ələmşah Məmmədovun Milli Məclisdəki çıxışından sonra spiker Yaqub Məmmədov onunla razılaşdığını bildirərək sonradan məşhur frazaya çevriləcək olan "Biz böyük oyunun kiçik peşkalarıyıq" sözlərini demişdir[5].
İstinadlar
- Məşhur "Azadlıq" batalyonu haqda kitab yazıldı https://apa.tv/xeberler/meshur-%22azadliq%22-batalyonu-haqda-kitab-yazildi-40646%5B%5D
- Qarabağla bağlı daha bir GERÇƏK ÜZƏ ÇIXDI - https://publika.az/news/nida_xeber/201663.html Arxivləşdirilib 2018-05-29 at the Wayback Machine
- Ələmşah Məmmədov - https://www.youtube.com/watch?v=DFVCuFtOalo
- Əfsanəvi komandirin xatirəsi anıldı -https://musavat.com/news/efsanevi-komandirin-xatiresi-anildi_444597.html?d=1
- Yaqub Məmmədovun 1992-ci ildə Qarabağla bağlı dediyi məşhur ifadəsi - https://strateq.az/siyaset/118923/yaqub-məmmədovun-1992-ci-ildə-qarabagla-bagli-dediyi-məshur-ifadəsi.html Arxivləşdirilib 2022-01-16 at the Wayback Machine