Ələkbərbəy Nəzərli
Ələkbərbəy Nəzərli (azərb. Ələkbərbəy Cavad oğlu Nəzərli; 30 aprel 1882, Sayadlı, Xızı rayonu – 13 noyabr 1951, Bakı) — xeyriyyəçi, Azərbaycanın Kor Əhəddən sonra ilk qarmon ifaçısı.
Ələkbərbəy Nəzərli | |
---|---|
Ələkbərbəy Cavad oğlu Nəzərli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xızı, Sayadlı kəndi |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Dəfn yeri | Bakı, Yasamal rayonu |
Vətəndaşlığı | Azərbaycan SSR |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi |
Musiqi aləti | Qarmon |
Həyatı
XIX-XX əsrin tanınmış simalarından olan Bakının kiçik milyonçusu-xeyriyyəçi, musiqişünas, öz dövrünün pedaqoqu Ələkbərbəy Cavad oğlu Nəzərli Xızı qəsəbəsinin Sayadlı kəndində anadan olmuşdur. İstedadlı qarmon ifaçısı olaraq Üzeyir Hacıbəylinin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının premyerasının ilk müşayətçisi olmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrının Üzeyirbəy orkestrinin aparıcı solisti olan Ələkbərbəy Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında öz xidmətləri ilə müəyyən töhfələrini vermişdir. Ələkbərbəy Nəzərli Azərbaycanın ilk qarmon ifaçısı kimi, dünyanın ən nadir qarmon alətlərini toplayan kolleksiyasının XIX-XX əsrdə Azərbaycanda ilk və yeganə sahibi olmuşdur. Milli qarmonlarla bərabər "fizi qarmon" (ayaq hərəkəti ilə işləyən), piano "Şreyder" (alman istehsalı), "Ağ və qırmızı" royallar, "Karpuşkin", "Aziatskiy", "Nəfəs ilə idarə olunan qarmon" və s[1].
Ailəsi
Ələkbərbəy Nəzərlinin 17 övladının dünyaya gəlməsinə baxmayaraq 2 qız övladı və 1 qız övladından dünyaya gələn 9 nəvəsi Ələkbərbəyin varisləri olmuşlar. Hazırda, varisi olan yeganə oğul nəvəsi Ələkbər, babası Ələkbərbəy Nəzərlinin adını daşıyır. Ələkbərbəy Nəzərlinin nəvəsi və yeganə davamçısı Respublikanın Əməkdar artisti - xanəndə Ədilə Əflaki Nəzərli babasının davamçısı olaraq, milli musiqi mədəniyyətinə xidmət edir.
Sənət və fəaliyyəti
Ələkbərbəy Nəzərlinin Bakının mərkəzində yerləşən və qeyri-adi yaşıllığı ilə hər kəsi heyran edən, mülkünə valeh olan Üzeyir Hacıbəyli və Cabbar Qaryağdıoğlunun "İsa bulağı" adı verdikləri mülkə, Ələkbərbəy Nəzərli 1925-1930-cu illərdə Qarabağın və Zaqafqaziyanın sayılıb-seçilən musiqişünas və muğam ustadlarını öz şəxsi mülkünə dəvət edərək, Ələkbərbəy Nəzərli Bakıda ilk dəfə "Məclisi-üns" Muğam-musiqi, xeyriyyə məclisinin ilk yaradıcısı olmuşdur. Ələkbərbəy Nəzərli Bakı, Qarabağ və Zaqafqaziyadan dəvət etdiyi xanəndələri və musiqişünasları öz şəxsi mülkündə qəbul edirdi.
Ələkbərbəy Nəzərli su olmayan rayonda yaşadığı 1686 kv.m. ərazi sahəsi olan şəxsi mülkünə ilk olaraq su və qaz təchizatı çəkdirərək "İsa bulağı" adlı mülkündə ehtiyat "Su anbarı" inşa etdirərək, Dağlı məhəlləsi və ətraf rayonların sakinlərini su ilə təmin edən xeyriyyəçi şəxsiyyət idi. Bakının kiçik milyonçusunun Azərbaycan xalqına göstərdiyi bu və digər xeyriyyə işləri barədə o vaxtın Bakı şəhər İcra Komitəsinin məsul işçisi olan Aleksandr Novikov adlı deputat tərəfindən yazdığı 4 avqust 1926-cı ildə "Bakinskiy raboçiy" qəzetindəki "Muzıkant-Blaqatvaritel" başlıqlı məqaləsi, 1924-cü ildə "Yeni yol" qəzetindəki "Xeyriyyə üçün doğulan insan", 1941-1945-ci il müharibəsi zamanı "Kaspi" qəzetində dövlətə yardımlar etməsi barədə dərc olunan "Xeyriyyəçi" başlıqlı və bu kimi məqalələri, Ələkbərbəy Nəzərlinin şəxsi qazancını xalqı ilə bölüşdüyünü və Azərbaycan xalqına – millətinə hədsiz sevgisini və milli-mənəvi dəyərlərinin qorunmasında əvəzsiz xidmətləri olduğunu kifayət qədər göstərərək bir daha təsdiq etmişdir.
Nazirlər Soveti sədri tərəfindən dövlət sərəncamı ilə Ələkbərbəy Cavad oğlu Nəzərlinin şəxsi mülkünün qapısında "barelyef-lövhəsi" vurulan bir musiqişünas – xeyriyyəçi idi.
1926-cı ildə Bakı şəhər İcra Komitəsinin məsul işçisi Aleksandr Novikov adlı deputatın Bakinskiy raboçiy qəzetində "Qarmonist sadovod" adlı məqaləsində Ələkbərbəy Nəzərlinin musiqişünas, təbiətsevər və xeyriyyəçiliyi barədə məqaləsi getmişdir.
1960-1970-ci illərdə Azərbaycan Dövlət Televiziyasında Xalq artisti Əfrasiyab Bədəlbəyli, sonralar Firudun Şuşinskinin apardıqları müəllifləri olduqları "Azərbayacanın Opera Musiqi tarixi" adlı proqramlarında korifey musiqişünas Ələkbərbəy Nəzərli haqqında verilişlərində məlumatlar verərək işıqlandırmışlar.
Azərbaycanın incəsənət xadimi Firudin Şuşinskinin "Opera Musiqi sənəti" adlı yazdığı kitabında, Xalq artisti bəstəkar Eldar Mansurov, Xalq artisti Bəhram Mansurov haqqında yazdığı kitabında, pedaqoq Fərəh Əliyevanın XX əsr musiqişünasları adlı və pedaqoq Əhsən Rəhmanlının "Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi" adlı, müəllifləri olduqları kitablarında musiqişünaslar Ələkbərbəy və Mehdibəy Nəzərli qardaşlarının Dövlət Opera Musiqi sənəti sahəsinə verdikləri töhfələri- xidmətləri barədə geniş məlumatlar vermişlər[1].
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra isə;
- "Xalq qəzeti"ndə "Ötən illərin sehirli melodiyası" başlıqlı (Ələkbərbəy Nəzərli - 125 il, Koroğlu operası - 70 il) Ələkbərbəy Nəzərli haqqında böyük həcmli məqaləsi getmişdir;
- Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə nəşr olunan Dövlət "Muğam" Ensiklopediyasının səh.17; və 154-155 səhifələrində Ələkbərbəy Nəzərlinin həyat və yaradıcılığı işıqlandırılmış və yenilənən Dövlət Milli Ensiklopediyasında Ələkbərbəy Nəzərli və onun davamçılarına səhifələr ayrılmışdır;
- "Space" telekanalında 14 mart 2012-ci ildə "Mədəniyyət saatı" Xəbərləri proqramı Ələkbərbəy Nəzərlinin anadan olmasının "130" ilini;
- "Lider" telekanalında 2 aprel 2012-ci ildə "Səda" İnformasiya xəbərlər proqramı BMM (Beynəlxalq Muğam Mərkəzindən çəkiliş) Ələkbərbəy Nəzərlinin anadan olmasının "130" ili və Koroğlu operası "85 il";
- "ATV" telekanalında (30 aprel 2017-ci il) Ələkbərbəy Nəzərlinin anadan olmasının "135" ili və həyat yaradıcılığı "ATV informasiya xəbərləri" proqramında sujet və verilişlərində işıqlandırılmışdır;
- "Sirdaş" qəzetində Ələkbərbəy Nəzərli haqqında gedən "Barmaqların sehri" adlı məqaləsi; (20 aprel 2004-cü il);
- "Yurddaş" qəzetində (dekabr 2007-ci il) "Azərbaycan Dövlət M.F.Axundov adına Akademik Opera və Balet Teatrının solisti, musiqişünas, xeyriyyəçi, korifey sənətkar Ələkbərbəy Cavad oğlu Nəzərli haqqında" başlıqlı məqalələri dövri mətbuatda gedən digər çoxsaylı dövlət qəzetlərində də Ələkbərbəy Nəzərlinin Opera musiqi sənəti sahəsinə verdiyi töhfələri, xeyriyyəçiliyi və həyat, yaradıcılığı geniş işıqlandırılmışdır.
Hazırda Ələkbərbəy Nəzərlinin həyat – yaradıcılığı və "Qarmon sənəti" adlı kitabda olan metodikasından 5 musiqi təhsil ocaqlarında istifadə olunaraq musiqi təhsilində tədris olunur:
- Üzeyir Hacıbəyov adına Musiqi Akademiyası
- Azərbaycan Milli Konservatoriyası
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
- Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
- Bakı Humanitar Kollecində (əvvəlki Mədəni Maarif texnikumu) və s.
Korifey musiqişünas Ələkbərbəy Cavad oğlu Nəzərlinin arxiv materiallarının qorunub saxlanıldığı dövlət arxivləri:
- Üzeyir Hacıbəyovun ev muzeyi - arxivin daimi mühafizəsi üçün qəbuletmə aktı № 18, 6 noyabr 2006-cı il.
- Cəfər Cabbarlı adına teatr muzeyi - arxivin daimi mühafizəsi üçün qəbuletmə aktı № 1, 3 noyabr 2006-cı il.
- Azərbaycan musiqi mədəniyyəti dövlət muzeyi - arxivin daimi mühafizəsi üçün qəbuletmə akt № 7, 6 noyabr 2006-cı il.
- Ələkbər bəy Cavad oğlu Nəzərlinin şəxsi arxivinin əsli: Ələkbər bəyin nəvəsi - davamçısı, Respublikanın əməkdar artisti, Ədilə Əflakinin (Nəzərli) şəxsi ev arxivində qorunub saxlanılır[1].
Vəfatı
Ələkbərbəy Nəzərli 13 noyabr 1951-ci ildə 69 yaşında öz şəxsi mülkündə dünyasını dəyişmiş və Yasamal qəbirstanlığında dəfn olunmuşdur[1].
İstinadlar
- Muğam ensiklopediyası. Bakı. 2008. səh. 154.