Ələkbər bəy Bəhrəmbəyov

Ələkbər bəy BəhrəmbəyovCəbrayıl qəzası rəisi (1919-1920).

Ələkbər bəy Bəhrəmbəyov
ƏvvəlkiHüseyn bəy Mahmudbəyov
12 dekabrın 1919 1920

Ələkbər bəy Bəhrəmbəyov 1919-cu ilin dekabrınadək Bakı Mərkəzi Həbsxanasının (1888-ci ildə tikilib istifadəyə verilmişdi) rəisi işləyirdi. 1919-cu il dekabrın 12-də daxili işlər naziri Nəsib bəy Yusifbəylinin əmri ilə Ələkbər bəy Bəhrəmbəyov tutduğu vəzifəsindən azad olunaraq Qarabağa, Cəbrayıl qəzasının rəisi vəzifəsinə (1-ci dərəcə üzrə ayda 3.000 manat əmək haqqı ilə təyin edilmişdi (Bundan əvvəl həmin vəzifədə Hüseyn bəy Mahmudbəyov işləmişdi). Bu təyinat Daxili İşlər Nazirliyinin 5 yanvar 1920-ci il tarixli 228 nömrəli yeni əmri ilə bir daha təsdiqlənmişdi [1]

İstinadlar

  1. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013

Həmçinin bax

  • Bəhrəmbəyovlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.