Ələkbər bəy Əliyev

Ələkbər bəy Əliyev (17 yanvar 1896, Şuşa16 fevral 1976, Bakı) — Cümhuriyyət tələbəsi, aqronom, pedaqoq.

Ələkbər bəy Əliyev
Ələkbər Qəhrəman oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Şuşa, Rusiya imperiyası
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Dəfn yeri

Həyatı

Ələkbər Qəhrəman oğlu 17 yanvar 1896-cı ildə Şuşa şəhərində anadan olmuşdu. 1917-ci ildə Şuşa real məktəbi bitirmişdi. ADR dövründə Almaniyaya oxumağa göndərilmişdi.Berlin kənd təsərrüfatı institutunda oxumuşdu. Vizası bitdiyindən 1923-cü ildə vətənə dönmüşdü. Dadaş Bünyadzadə ona kənd təsərrüfatına dair məruzə hazırlamağı tapşırmış, oxuyandan sonra Ə. Əliyevin savadından xoşlanmış, yenidən onu Berlinə yola salmışdı.

Bakıda Ələkbər bəy Əliyevin məzarı

1924-cü ildə institutu uğurla bitirib Bakıya dönmüşdü. Onu qəza aqronumu təyin etmişdilər. 1924-cü ildən 1927-ci ilədək baş aqranom, müəllim, texnikum direktoru işləmişdi. 1927-ci ildən 1931-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı institutunda müəllim kimi çalışmışdı. 1934-cü ildən isə Bakı Kənd Təsərrüfatı Texnikumunda torpaqşünaslıq fənnini tədris edir. 1937-ci ilədək Nazirlər Soveti yanında İttifaq sərgisində Azərbaycan kənd təsərrüfatının filialını yaratmaq üzrə təşkilatın məsul katibi vəzifəsində irəli çəkilir. 1944–1947-ci illərdə Ələkbər Əliyev həm müəllimliklə məşğul olur, həm də pedaqoji institutda qiyabiçi tələbə sayılır.1941-ci ildən ta 1967-ci ilə qədər o, Azərbaycan Dövlət Universitetində Qərbi Avropa dilləri üzrə kafedra müdiri və müəllim kimi fəliyyət göstərir. Ələkbər müəllim uzun müddətli əməyinə görə bir neçə fəxri fərmana layiq görülmüş, medallarla təltif olunmuşdur. Hamı onu yüksək mədəniyyətə, mənəvi və intellektual keyfiyyətlərə malik bir şəxs kimi tanıyırdı. Mənəvi təmizliyinə, icraçılığına, səliqə-səhmanına və dəqiqliyinə görə xalq ona Nemes Ələkbər ləqəbi vermişdi. Bu gözəl insan, istedadlı müəllim 1976-cı ilin fevral ayında 80 yaşında ikən Bakıda vəfat etmişdir.

Həmçinin bax

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.