Ələkbər Salahzadə

Ələkbər Salahzadə (15 mart 1941, Cimi, Quba rayonu1 sentyabr 2013[2]) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Rəsul Rza adına mükafat laureatı (2002), Əməkdar incəsənət xadimi (2005). [3]

Ələkbər Salahzadə
Ələkbər Baba oğlu Məmmədsalahlı
Doğum tarixi
Doğum yeri Cimi, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (72 yaşında)
Vəfat səbəbi ürək tutması [1]
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti şair
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2005
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), baş redaktor (1992-2004), "Qobustan" jurnalının baş redaktoru (2004) vəzifəsində çalışmışdır. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. "Kölgədən qorxan" (1983) Şəki, "Yayın qış gecələri" (1985) Sumqayıt, "Nağaraçı naxırçı" (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.[3]

Əsərləri

  • Beş yarpaq (şeirlər və poema). Bakı: Gənclik, 1968, 108 səh.
  • Od hevkəli(şeirlər və poema). Bakı: Gənclik, 1970, 107 səh.
  • Gözlər baxır dünyaya (şeirlər və poemalar). Bakı: Yazıçı, 1979, 136 səh.
  • Xatirə çiçəyi (şeirlər və poema). Bakı: Yazıçı, 1982, 144 səh.
  • Yerimiz bir, göyümüz bir (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 192 səh.
  • Od odası (şeirlər və poemalar). Bakı: 1989, 182 səh.
  • Yanıltmaclı əlifba. Bakı: Gənclik, 1995, 128 səh.
  • "Xocalı xəcilləri", B.. Şirvannəşr, 2006, 46 səh.
  • "Vaxt vadisi", B., Nərgiz, 2007, 204 səh.
  • "Mikayıl Müşfiqin monoloqu", B., Nərgiz, 2008, 56 səh.
  • "İtən karandaşların nağılı", B., Beşik, 2008, 34 səh.
  • "Alma gəmirən qurdun nağılı", B., Beşik, 2008, 34 səh.
  • "Oxatan kirpinin nağılı", B., Beşik, 2008, 42 səh.
  • "Pələng olmaq istəyən pişik", B., Beşik, 2008, 34 səh.
  • "Kim nəyə bənzəyir", B., Beşik, 2008, 30 səh.
  • "Meşədən küsən ayı", B., Beşik, 2009, 30 səh.
  • "Taladakı tənha ağacın nağılı", B., Beşik, 2008, 34 səh.
  • "Dost axtaran çəpişin nağılı", B., Beşik 2009, 28 səh.
  • "Dağa çıxan bağanın nağılı", B., Beşik, 2009, 34 səh.
  • "Lovğa xoruz", B., Beşik, 2009, 38 səh.
  • "Ayının sualı", B., Beşik, 2009, 32 səh.
  • "Qobustan", B.. Beşik, 2009, 32 səh.

Tərcümələri

(ruscadan)

  • 1.A.Tarkovski. Gözəl Gülayim haqqında povest. Bakı: Gənclik, 1970, 192 səh.
  • 2.Pyatras Svirka, Tülkünün kələyi. Bakı: Gənclik, 1970, 16 səh.
  • 3.A.Platonov. Dörd hekayə. Bakı: Gənclik, 1971, 51 səh.
  • 4.Lorens Sterin, Fransaya və İtaliyaya sentimental səyahət. Bakı: Gənclik, 1973, 166 səh.
  • 5.A.V.Sofranov. Vida poeması. Bakı: Yazıçı, 1980, 148 səh.

İstinadlar

  1. Ələkbər Salahzadə vəfat edib
  2. https://musavat.com/news/media/Qobustan-jurnalinin-bas-redaktoru-vefat-edib_162891.html.
  3. Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.