Ələkbər Həşimov
Ələkbər Ələsgər oğlu Həşimov (15 avqust 1951, Rabənd, Zəngilan rayonu) — Zəngilan rayonu İcra Hakimiyyətinin başçısı (1996–1998).
Ələkbər Həşimov | |
---|---|
30 mart 1996 – 26 avqust 1998 | |
Sonrakı | Vəli Quliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 avqust 1951 (72 yaş) |
Doğum yeri |
Həyatı
Ələkbər Həşimov 1951-ci ildə Zəngilan rayonunun Rəbənd kəndində doğulub.[1]
1969-cu ildən Bakı şəhərində yaşayır. İxtisasca inşaatçı mühəndisdir.
Ailəsi
Atası Sosialit Əməyi Qəhrəmanı olmuşdur.
2 oğul,1 qız övladı var.
Fəaliyyəti
30 mart 1996-cı il tarixində Zəngilan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
26 avqust 1998-ci ildə işdə ciddi nöqsanlara yol verdiyinə görə Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir[2]. 12 il müddətinə həps edilmişdir. 18 mart 2008-ci il Əfv sərəncamıyla azadlığa çıxmışdır.
Mükafatları
1978-ci ildə Komsomol mükafatı laureantı (Arxitektura sahəsində) adına layiq görülmüşdür.
İstinadlar
- Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 433. ISBN 978-9952-8032-5-9.
- "Ə. Ə. Həşimovun Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 avqust 1998-ci il tarixli, 888 nömrəli Sərəncamı Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine (az.)