Ələkbər Eminov
Ələkbər Əli oğlu Eminov (1908, Göyçay) — Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi.
Ələkbər Eminov | |
---|---|
1954 – ? | |
Şamxor Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
– 1954 | |
Sonrakı | Rza Namazov |
May 1938 – 6 yanvar 1941 | |
Əvvəlki | İbrahim Mirzəyev |
Sonrakı | Yusif Yusifov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1908 |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Ələkbər Əli oğlu Eminov 1908-ci ildə Göyçay rayonunda bənna ailəsində anadan olmuşdur[1]. O, 1922-ci ildə birinci dərəcəli məktəbi bitirmiş, 1924-cü ildə isə Göyçay da olan ikinci dərəcəli məktəbə daxil olsa da təhsili yarımçıq qalmışdı.
Siyasi fəaliyyəti
Ələkbər Eminov gənc yaşlarına komsomol üzvü olmuş, əvvəlcə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Göyçay okruq komitəsinin təlimatçısı, sonra pioner şöbəsinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləmişdir.
Ələkbər Eminov 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul edilmiş və Stalin adına pedrabfakda (altı aylıq kurs) təhsil almışdı. 1932-1936-cı illərdə Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə işləmişdir. O, 1936-1938-ci illərdə Naxçıvan vilayət komsomol komitəsinin birinci katibi kimi çalışmışdır.
1938-ci ilin mayında Ələkbər Eminov Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi seçilmişdir. O, həmin ildə Ali Sovetə keçirilən seçkilərdə deputat mandatı da qazanmışdır.
1941-ci il yanvarın 6-da Stalin adına pedaqoji məktəbin akt zalında müəllimlərin yanvar müşavirəsi keçirilir. Müşavirədə rayon təhsil şöbəsindəki problemlər müzakirə olunur və onun həlli yolları tədbir iştirakçılarının diqqətinə çatdırılır. Qeyd edilən tədbirdə RPK-nın birinci katibi Ələkbər Eminovda iştirak etmişdi. Ələkbər Eminob bu iclasda vəzifəsindən uzaqlaşdırılaraq Moskva Lenin kurslarına göndərilir.
İkinci Dünya müharibəsində cəbhəyə siyasi işçi kimi göndərilən Ələkbər Eminov Moskvanın müdafiəsində və bir sıra döyüşlərdə iştirak edir.
Ordudan tərxis edildikdən sonra Ələkbər Eminov sıra ilə Azərbaycan Kommunist Partiyası Yevlax Rayon, Qasım İsmayılov Rayon komitələrinin birinci katibi, Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Ağstafa Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.
Mənbə
- Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 315.
İstinadlar
- "Ağdamın birinciləri". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.