Ələddin Sultanov
Ələddin Camal oğlu Sultanov (31 iyul 1928, Gəncə – 31 mart 2020, Bakıxanov) — Naxçıvan MSSR prokuroru.
Ələddin Sultanov | |
---|---|
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının prokuroru | |
1980 – 1981 | |
Əvvəlki | Həbib Rzayev |
Sonrakı | Əyyub Ələkbərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 iyul 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 31 mart 2020 (91 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | musiqiçi |
Rütbəsi |
III dərəcəli dövlət ədliyyə müşaviri |
|
|
Təltifləri |
Həyatı
31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olub. 1947-ci ildə Gəncə şəhərinin M. Ə. Sabir adına orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1952-ci ildə fərqlənmə ilə bitirib.
1952-ci il Bərdə Rayon Prokurorluğunun müstəntiqi, 1956-cı il Bakı şəhəri Voroşilov Rayonu Prokurorluğun müstəntiqi, 1959-cu il Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, 1963-cü il Bakı şəhəri Oktyabr Rayon Prokurorluğunda prokuror müavini, 1966-cı il Bakı şəhəri 26 Bakı Komissarları rayonun prokurorunun müavini, 1967-ci il Mingəçevir şəhər prokuroru, 1970-ci il Lənkaran rayonun prokuroru, 1977-ci il Bakı şəhər Lenin rayonun prokuroru, 1979-cu il Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi, 1980-ci il Naxçıvan MSSR prokuroru, 1981-ci il Azərbaycan SSR prokurorunun 1-ci müavini, 1987-ci il Azərbaycan SSR Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru, 1990-cı il Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə köməkçisi, 1992-ci il Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri olaraq çalışmışdır.
Ələddin Sultanov 14 iyul 1998-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi təyin olunmuşdur.[1]
Ailəli olmuşdur, 4 övladı var.
Ələddin Sultanov Azərbaycan SSR sənaye tikintisi naziri Qurban Sultanovun qardaşıdır.
Mükafatları
- 26 may 1972-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- 7 sentyabr 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi.
- 26 may 1982-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Xalqlar dostluğu" ordeni.
- 12 iyul 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı[2][3]
- 31 iyul 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni.[4][5]
Filmoqrafiya
- Xatirələr sahili filmində rol alan Ələddin Sultanov prokuror rolunda çəkilib.[6] Həmin illərdə Ələddin Camal oğlu Sultanov Lənkaran rayonunun prokuroru vəzifəsində çalışıb.
Mənbə
- "Qədim torpağın ləyaqətli övladı" – Qurban Camal oğlu Sultanovun 80 illiyinə həsr olunmuş kitab – "Elm və həyat nəşriyyatı" Bəhram İbrahimov- Bakı – 1998 (səh.39–41 Ələddin Sultanov)
- "Qanuna söykənən ömür"- 75 illiyinə həsr olunmuş kitab "QAPP – POLİQRAF" Korporasiyasının nəşriyyatı. Müəllif- Telman Zülfüqaroğlu. 2003-cü il.
- "Müdrik və Xeyirxah insan" – Sona xanımın 75-illiyinə həsr olunmuş kitab (124 −126 səh.154–158 səh.- Ələddin Sultanov haqqında) "ÇİNAR-ÇAP" nəşriyyatı, 2007-ci il. Müəllif – Telman Zülfüqaroğlu.
- "XX əsr Gəncənin elm, mədəniyyət, partiya və dövlət xadimləri" — kitab — Ələsgər Əliz-adə, Akif Əliyev(Əli-zadə), redaktor Nüşabə Araslı – 2008-ci il (Sultanov Ələddin Camal oğlu – səh. 247–248)
- Asan Radio
İstinadlar
- "Arxivlənmiş surət". 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
- "Arxivlənmiş surət". 2015-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
- "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
- "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
- "Arxivlənmiş surət". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
- "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.