Ələddin Allahverdiyev
Ələddin Məmmədhüseyn oğlu Allahverdiyev (29 may 1947, Kəsəmən, Basarkeçər rayonu) — Dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan piezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimi. Professor (2001).[1]
Ələddin Allahverdiyev | |
---|---|
azərb. Allahverdiyev Ələddin Məmmədhüseyn oğlu | |
| |
Doğum tarixi | 29 may 1947 (76 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı |
|
Uşaqları | |
Elm sahələri |
tətbiqi riyaziyyat, fizika, texnika |
Elmi dərəcəsi |
|
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Xəlil Raxmatulin |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ələddin Allahverdiyev 1947-ci il may ayının 29-da Qərbi Azərbaycanda Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur.[2] 1964-cü ildə Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla bitirib (məktəbi medalla bitirən ilk Kəsəmənlidir),[3] S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsinə daxil olmuşdur.[4] Üçüncü kursu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. Həmin Universiteti bitirdikdən sonra onun aspiranturasında saxlanılmış,[5] Moskva Dövlət Universitetinin qapalı Elmi Şurasında "Pyezoelektrik konstruksiyaların əlaqəli rəqslərdə elektrofiziki parametrlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi rəhbəri Sosialist Əməyi Qəhrəmanı akademik Xəlil Raxmatulin olmuşdur.[6]
Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” institutuna işə qəbul edilmiş, 1974-1994-cü illərdə kiçik elmi işçi, baş elmi işçi və “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.[7]
2001-ci ildə Ələddin Allahverdiyev Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmişdir, o onlarla dissertasiyanın müdafiəsində rəsmi opponent olmuşdur. 1994-1995-ci illərdə Rusiya-ABŞ müştərək "Qreen Star İnternational" şirkətində Baş Direktorun elm və istehsalat işləri üzrə müavini vəzifəsində çalışmışdır. 1995-1996-cı illərdə Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyasının direktoru işləmişdir.[8]
1996-cı ilin sentyabrından Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru vəzifələrində işə başlamış, 1997-1999-cu illərdə eyni zamanda iqtisadiyyat və menecment fakültəsinin dekanı olmuş, 2000-ci ildən etibarən həmin Akademiyanın 1-ci prorektoru – tədris-metodika işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Bu illər ərzində ali və tətbiqi riyaziyyat (riyaziyyatın iqtisadiyyatda və menecmentdə tətbiqinə aid) sahələrinə həsr olunmuş 24 monoqrafiya, dərslik və dərs vəsaitləri çap etdirmişdir.
Rusiya Federasiyası Ali Məktəblərinin təhsil üzrə prorektorları Şurasının, Moskva şəhəri Təhsil Departamentinin koordinasiya Şurasının, MDBİA-nın Elmi Şurasının üzvü, həmin Akademiyanın Tədris-metodika Şurasının sədri vəzifələrində olmuşdur. Hal-hazırda “MİET” Milli Tədqiqat Universitetində professor, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəridir.[9]
Ə.Allahverdiyev Dünya Azərbaycanlılarının bütün qurultaylarının nümayəndəsi olmuşdur.[10]
Elmi fəaliyyəti
Ələddin Allahverdiyev 1970-ci illərdən İnstitutun baş nəzəriyyəçisi kimi pyezo- və akustoelektronika, tibb texnikası, müdafiə sənayesi və s. sahələrdə istifadə olunan cihaz və aparatların yaradılmasına həsr edilmiş 30-dan çox etlmi-tədqiqat və təcrübi-konstruktor işlərinin (ETİ və TKİ) elmi rəhbəri və ya rəhbər müavini olmuşdur. Bu illərdə 150-dən çox elmi məqaləsində alınmış çoxsaylı yeni elmi nəticələr və 7 ixtirasında həllini tapmış yeni texniki ideyalar texnikanın ayrı-ayrı sahələrində - dünya okeanının və kosmik fəzanın tədqiqatında (sualtı qayıqlarda və tədqiqat gəmilərində, süni peyklərdə və kosmik gəmilərdə) geniş miqyasda istifadəsini tapmış, elektron (xüsusilə mikro- və akustoelektronikada), müdafiə və tibb sənayesi müəssisələrində tətbiq olunmuşdur. Məsələn, onun 04.09.1980-ci il və 06.10. 1982-ci ildə qeydə alınmış ixtiraları (uygun olaraq Müəllif Şəhadətnamələri № 169926 və № 179728) dünya okeanında su altında hərəkət edən obyektlərin yerini və ayrı-ayrı xarakteristikalarını müəyyən etməyə imkan yaradıb. 01.09.1989-cu il və 01.02.1990-cı ildə qeydə alınmış ixtiralar (uygun olaraq Müəllif Şəhadətnamələri № 300747 və № 308342) isə müvafiq elmi sahələrin mütəxəssislərini maraqlandıran informasiyaların kosmik obyektlərdə (süni peyklərdə və kosmik gəmilərdə) qeydə alınıb Uçuşların İdarəetmə Mərkəzinə (UİM) göndərilməsində uğurla tətbiq olunmuşlar. Tibbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə Ələddin Allahverdiyev Ümumittifaq Elmi Tibbi-Texniki Cəmiyyətinin Mərkəzi İdarəsi Rəyasət Heyətinin baxış-müsabiqəsinin qalibi Diplomu ilə təltif edilmişdir (həmmüəllifləriylə birgə hazırladığı pyezokeramik ötürücü süni ürəyin yaradılmasında uğurla tətbiq olunmuşdur).[11]
Ələddin Allahverdiyevin elmi cəmiyyət tərəfindən yüksək qiymətləndirilən bəzi elmi uğurları xüsusi qeyd edilməlidir. Məsələn, o tələb olunan tezliklə rəqs edən və əvvəlcədən müəyyən olunmuş ayrı-ayrı fiziki xarakteristikalara cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoeelektrik elementlərin optimal formasını təyin etmək məsələsini həll edən ilk alimdir. Bu tipli məsələlərin həllində Ələddin Allahverdiyev ilk dəfə riyaziyyatda məşhur olan Pontryaginin maksimum prinsipini tətbiq etmişdir. O elektroelastiqiyyət nəzəriyyəsinin iki-və üçölçülü dinamika məsələlərinin həllinə ümumiləşmiş variasiya prinsipi əsasında sərhəd və sonlu elementlər metodlarını ilk dəfə uğurla tətbiq edən alimlərdəndir. Variasiya prinsipinin tətbiqi pyezoelektrik elementlərin rabitəli rəqslərinin çoxsaylı məsələlərinin həllinə də uğur gətirmişdir. Disk formalı pyezokeramik membranlarda “kənar effekti”nin (“краевой эффект”) mövcudluğunu nəzəri cəhətdən ilk dəfə Ələddin Allahverdiyev aşkar etmişdir.[12]
Onun «Математический анализ (для экономических специальностей)»(“Riyazi analiz” (iqtisadiyyat yönlü ixtisaslar üçün), «Теория вероятнестей и математическая статистика» (“Ehtimal nəzəriyyəsi və riyazi statistika”), «Линейная алгебра и элементы аналитической геометрии» (“Xətti cəbr və analitik həndəsənin elementləri”), «Дифференциальные уравнения» (“Differensial tənliklər”) dərslikləri Rusiya Federasiyası Ali Təhsil Nazirliyi tərəfindən iqtisad ixtisasları üçün dərslik kimi qəbul edilmişdir. Bu əsərlər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin, Rusiya Federasiyasının digər müvafiq ali təhsil məktəblərinin nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.[13] Bu dərsliklər əsasında uzun illər Ə.Allahverdiyev MDBİA-da tələbələrə mühazirə oxumuş və təcrübi məşğələlər aparmışdır. Ali peşə təhsilinin təşkilinə və tədris texnologiyasına həsr edilmiş bir sıra elmi məqalə dərc etdirmişdir.
Ələddin Allahverdiyev məxfi elmi - texniki işləri də daxil olmaqla 450-dən çox monoqrafiya, ixtira, elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir.[14]
Beynəlxalq konfranslarda iştirakı
30-dan çox beynəlxalq, ümumittifaq elmi konfrans, qurultay və simpoziumda pyezoelektrik mühitlərdə dalğaların yayılmasının, pyezokeramik konstruksiyaların əlaqəli rəqslər zamanı elektrofiziki parametrlərinin tədqiqinə həsr edilmiş 60-dan çox elmi məruzə, o cümlədən 10-a yaxın sifarişli məruzə ilə çıxış etmişdir. Bu fakt Ələddin Allahverdiyevin elmi işlərinə yuxarıda adı çəkilən elm sahələrində çalışan sovet və dünya alimlərinin verdiyi yüksək qiymətin təzahürüdür. Nümunə üçün, professor Ə. M. Allahverdiyevin uzun illər boyu aldığı elmi nəticələri müntəzəm olaraq elmi-texniki tədbirlərdə məruzələriylə dünya və sovet elmi ictimaiyyətinin nəzərinə çatdırdığı bir neçə konfrans, qurultay və simpoziumların adını çəkmək yerinə düşərdi:
"Всесоюзный симпозиум по распространению упругих и упруго-пластических волн" (Фрунзе, 1974, Новосибирск, 1986), "Всесоюзная конференция по механике сплошных сред" (Ташкент, 1979), "Всесоюзная конференция по сегнетоэлектричеству" (Ростов-на-Дону, 1979, Минск, 1982), Всесоюзная конференция "Прочность материалов и элементов конструкций при звуковых и ультразвуковых частотах нагружения" (Киев, 1979, 1980, 1981, 1982), "Всесоюзная конференция по теории упругости" (Тбилиси, 1984), "Всесоюзная конференция по акустоэлектронике и квантовой акустике" (Москва, 1984), Всесоюзная конференция "Влияние внешних воздействий на реальную структуру сегнето- и пьезоэлектриков" (Черноголовка, 1984), Всесоюзная конференция "Моделирование отказов и имитация на ЭВМ статических испытаний изделий электронной техники" (Москва, 1985), "Всесоюзный съезд по теоретической и прикладной механике"(Ташкент, 1986), "Всесоюзная акустическая конференция" (Москва, 1994), Международная конференция "Кристаллы: рост, свойства, реальная структура, применение" (Александров, 2001, 2002, 2003), The International Jubilee Conference "Single crystal and their application in the XX century — 2004" (Aleksandrov, Russia, 2004) və s.
Yeri gəlmişkən, son adı çəkilən 2 konfransda Ə. M. Allahverdiyev 13 məruzəylə, o cümlədən 3 sifarişli-plenar məruzəylə çıxış etmişdir.
O bir çox adı çəkilən konfransların təşkilat və ya proqram komitələrinin üzvü olmuşdur. Hələ aspirant olarkən Ə. Allahverdiyev Bakı şəhərində keçirilən (1973-cü il) aeronavtika üzrə beynəlxalq konfransda iştirak etmişdir.[15]
İxtiraları
- Авторское свидетельство № 169926 от 04.09.1980 г.
- Авторское свидетельство № 179728 от 06.10. 1982 г.
- Авторское свидетельство № 1063257 от 22.08. 1983 г.
- Авторское свидетельство № 300747 от 01.09.1989 г.
- Авторское свидетельство № 1534760 от 08.09.1989 г.
- Авторское свидетельство № 308342 от 01.02. 1990 г.
- Авторское свидетельство № 308340 от 01.02. 1990 г.
Bəzi elmi məqalələri
- "К теории связанных колебаний пьезокерамических дисков" (В кн. "Волновая и газовая динамика", Изд. МГУ, в. 2, М., 1979),
- "О колебании пьезокерамического преобразователя пульса для медицинских целей" ("Военная техника и экономика", № 3, М., 1978),
- "Цилиндрический пьезоприемник давления для морской сейсморазведки" ("Электроника", № 7, М., 1984),
- "К теории неустановившихся колебаний пьезокерамических дисков и колец" (Докл. АН УССР, № 2 Т., 1980)
- "Исследование характеристик направленности приемо-излучающих преобразователей" ("Дефектоскопия", № 6, Изд. АН СССР, M., 1990),
- "Метод учета влияния электрических граничных условий на изгиб многослойных пьезоэлектрических пластин", (Материалы докладов международной конференции "Кристаллы: рост, свойства. применение " Александров, 2002),
- "Расчет сферических пьезокерамических преобразователей с учетом потерь" ("Электронная техника", сер. Радиодетали и радиокомпоненты, в. 3(80), М., 1990)
- "Метод расчета акустических характеристик многослойных пьезокерамических преобразователей" (Материалы докладов международной конференции "Кристаллы: рост, свойства. применение " Ал-в, 2003),
- "Исследование колебаний составных пьезокерамических преобразователей"" ("Электронная техника", сер. Радиодетали и радиокомпоненты, в. 2(67), М., 1987),
- "Метод оптимизации формы пьезоэлектрических преобразователей, совершающих колебания" ("Прикладная механика" К., т. 26, № 9, 1990"),
- "Влияние импульсных нагрузок на прочностные характеристики пьезокерамических элементов" (В кн.: "Прочность поликристаллических кристаллов", Изд. АН СССР, Л.,1981),
- "Связанные неустановившиеся колебания пьезокерамических цилиндров " ("Изв. АН УССР, № 2 1982),
- "Метод расчета характеристик пьезокерамических преобразователей в области резонансных частот", ("Электронная техника", сер. Радиодетали и радиокомпоненты, в. 1(82), М., 1991),
- "Связанные неустановившиеся колебания пьезокерамических цилиндров " (Изв. АН УзССР, № 2 1982)
- "The reliability increase when designing the spherical piezoceramic radiators", " Spreading of surface acoustic waves in party-homogeneous piezoelectric environments" (The International Jubilee Conference "Single crystal and their application in the XX century — 2004", Aleksandrov, Russia, 2004)
- "The acoustical characteristics of the cylindrical piezoceramic radiator vibrating in infinite liquid medium", "Spreading of surface acoustic waves in party-homogeneous piezoelectric environments" (The International Jubilee Conference "Single crystal and their application in the XX century — 2004", Aleksandrov, Russia, 2004)
- "Метод определения электроупругих констант пьезокерамических материалов" (В кн.: "Основы физики элементов микроэлектронных приборов", М.,1992),
- "Метод расчета механических напряжений пьезокерамических колец и дисков при переменном электрическом возбуждении" (В кн.: "Прочность материалов и элементов конструкций при звуковых и ультразвуковых частотах нагружения", Киев, 1980),
- "Связанные изгибно-сдвиговые колебания слойно-ступенчатых дисковых пьезокерамических преобразователей " (" Прикладная механика" Киев, 1987 ,т. 23, № 5)
- Согласование частот ультразвуковых колебаний различных составных электроакустических преобразователей. (В сб., "Материалы ХI Всесоюзной конференции по акустоэлектронике и квантовой акустике", Москва, 1984)
- Распространение поверхностных акустических волн в кусочно-однородных пьезоэлектрических средах. (В кн., "Материалы VI Всесоюзного сьезда по теоретической и прикладной механике", Изд. "Фан", Ташкент, 1986)
- Устойчивое развитие как парадигма философии образования. (В кн., "Эпоха глобальных проблем (Опыт философского осмысления)". Изд. МГИДА, М., 2004)
- Применение математических методов в социальных науках. (В кн., "Экономика и социальная сфера: человек, город, Россия", Изд. МГИДА, М., 2005)
- Рейтинговая система как личностно-ориентированная технология и её роль в развитии способностей студента. (В кн., "На путях к личностно-ориентированному образованию", Изд. МГИДА, М., 2000)
- Математика и её роль в подготовке современных менеджеров. (В кн., "Философско-педагогический анализ проблемы гуманизации образовательного процесса", Изд. МГИДА, М., 2001)
Ayrı-ayrı ali məktəb dərslikləri
- Математический анализ (для экономических специальностей). Изд. МГИДА, Москва, 2001
- Прикладная математика. Теория графов. (для экономических специальностей). Изд. МГИДА, Москва, 2001
- Дифференциальные уравнения. (для экономических специальностей). Изд. МГИДА, Москва, 2005
- Теория вероятностей и математическая статистика. Изд. МГИДА, Москва, 2004
- Линейная алгебра и элементы аналитической геометрии. Изд. МГИДА, Москва, 2004
- Математическая статистика. (для экономических специальностей). Изд. МГИДА, Москва, 2005
- Числовые последовательности. Изд. МГИДА, Москва, 1998.
Təltif və mükafatları
Ə.M.Allahverdiyev “Moskvanın 850 illiyi” dövlət medalı (1997) ilə, üç dəfə - 1975, 1977 və 1980-ci illərdə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Həmkarların MK-nin, ÜİLKGİ MK-nin təsis etdiyi “Əməkdə fərqlənməyə görə” döş nişanları ilə təltif olunmuşdur.
O "Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi" adına və döş nişanına layiq görülmüş, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, "M.V. Lomonosov adına MDU-nun 250 illiyi" yubiley medalı (2004) ilə təltif edilmişdir.
Elm və təhsildəki yüksək nəticələrinə görə dalbadal 4 il (2001-2004) Moskva Hökumətinin təhsil sahəsində elm və texnologiyalara dair təsis etdiyi "Moskva Qrantı" müsabiqəsinin laureatı adına və pul mükafatlaırna layiq görülmüşdür.
Tibbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə Ümumittifaq Elmi Tibbi-Texniki Cəmiyyətinin Mərkəzi İdarəsi Rəyasət Heyətinin baxış-müsabiqəsinin qalibi Diplomu ilə və Rusiya Federasiyasının çoxsaylı fəxri fərmanları və diplomları ilə təltif edilmişdir.
REA-nın nəzəri və tətbiqi mexanika üzrə Milli Komitəsinin təsis etdiyi görkəmli alim-mexanik, Sosialist Əməyi Qəhrəmanı, akademik, professor, f.r.e. doktoru, 4 Lenin ordeni laureatı, bir neçə Dövlət mükafatı laureatı Xəlil Əhmədoviç Raxmatulin adına medalla təltif olunub;
Rusiya kosmonavtika federasiyasının təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, general-leytenant, Lenin mükafatı laureatı, professor, tex.е. doktoru, kosmik proqramlar üzrə Dövlət komisiyasının sədri Georgi Aleksandroviç Tyulin adına medalla təltif olunub.[16]
29 may 2022-ci ildə Bakı şəhərində Ələddin Allahverdiyevin 75 illik yubileyi təntənəli şəkildə qeyd olunmuş, tədbirdə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı olan "Aşıq Ələsgər – 200" yubiley medalı və fəxri diplomla təltif olunmuşdur.[17]
Ailəsi
1978-ci ildə ailə qurmuşdur. Bir oğlu, bir qızı, dörd nəvəsi var.
Həyat yoldaşı Kəngərli Məhsəti İsmayıl qızı 1951-ci ildə Naxçıvanda anadan olmuşdur. Orta məktəbi Naxçıvanda medalla bitirmişdir. M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin və onun aspiranturasının məzunudur. Kimya elmləri namizədidir. Moskva Elmi Tədqiqat Materialşünaslıq İnstitutunda böyük elmi işçidir. Çoxsaylı elmi məqalələr və ixtiralar müəllifidir.
Oğlu Allahverdiyev Toğrul 1979-cu ildə Moskva şəhərində anadan olub. "Beynəlxalq iqtisadiyyat" ixtisası üzrə Rusiya Federasiyasi Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını və "Təşkilat menecmenti" ixtisası üzrə Rusiya Dövlət İdarəetmə Universitetini "Fərqlənmə" diplomları ilə bitirib. İqtisad elmləri namizədidir. "İnnovasiyalı inkişafda korporativ idarəetmə" monoqrafiyasının, 30-dan çox elmi məqalənin müəllifidir. RF-nın "Svyaz-İnvest" dövlət şirkətində şöbə müdiri, "Çerkizovo qrupu" kompaniyasında idarə rəisi, dünyanın 7 ölkəsində, o cümlədən, ABŞ, Kanada və Qərbi Avropanın 5 dövlətində filial və zavodları olan Rusiya Federasiyasının məşhur NLMK metallurgiya qruplar kompaniyasında "Riskləri idarərtmə" sahəsində idarə rəisi işləmişdir. Hal-hazırda Amsterdamda "Eurasian Resources Group" kompaniyasında icraçı direktor vəzifəsində çalışır. 1 övladı var.[18]
Qızı, Allahverdiyeva-Rəfibəyli Aytən 1982-ci ildə Moskva şəhərində anadan olmuşdur. Moskvanın 842 saylı orta məktəbini medalla bitirib profil imtahanından "əla" qiymət alaraq İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasına daxil olmuş və oranı "Fərqlənmə" diplomu ilə bitirmişdir. Ordinaturanı qurtarıb. Hal-hazırda Qətər dövlətinin paytaxtı Doha şəhərində plastik cərrahiyyə üzrə həkim işləyir. 3 övladı var.[19]
İstinadlar
- Азербайджанцы за рубежом. Краткий биографический справочник. Баку, Изд-во "Papirus NP", 2016. стр.69-71. ISBN 978-9952-8299-1-4
- Ələddin Allahverdiyev. "MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR: QƏŞƏM ASLANOV". karabakhmedia.az (az.). karabakhmedia.az. 2016-10-05. 2016-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
- Ələddin Allahverdiyev. "MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR: İSKƏNDƏR HACIYEV". karabakhmedia.az (az.). karabakhmedia.az. 02 oktyabr 2016. 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-02.
- Bakı Dövlət Universiteti: mexanika-riyaziyyat fakültəsi, 1969-cu il məzunları. Bakı, 2009.
- Z.Babayev, "Ünvan belədir: Moskva, MDU", "Azərbaycan gəncləri" qəzeti. №20 (8370). 14.02.1974.
- Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
- Dünya azərbaycanlıları. "Azərbaycan" nəşriyyatı, Bakı, 2006.
- "Аллавердиев Аладдин Мамедович". miet.ru (rusca). МИЭТ. 2009–2016. 2015-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2016.
- Eldar İsmayıl. "O İMZANIN SAHİBİ PROFESSOR ƏLƏDDİN MƏMMƏDHÜSEYN OĞLU ALLAHVERDİYEVDİ". ps-nota.com (az.). ps-nota.com. 20.06.2016. 2016-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-12.
- Araz Yaquboğlu. "Ələddin Allahverdiyev — 70" (az.)
- Основы физики элементов микроэлектронных приборов. Изд. МИЭТ, Москва, 1992.
- Волновая и газовая динамика. Изд. МГУ, Москва, 1979.
- Азербайджанцы мира. Изд-во "Азербайджан", Баку, 2006.
- Araz Yaquboğlu, Ramil Cəbrayıl. ""Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı"" (az.). Karabakhmedia.az. 2018-05-28. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- Arif Məmmədli, Araz Yaquboğlu. "Azərbaycanı ləyaqətlə təmsil edən böyük alim" (az.). Xalq qəzeti. 12.01.2020. 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
- "Moskvada yaşayan azərbaycanlı alim yüksək mükafatlara layiq görülüb". karabakhmedia.az (az.). Karabakhmedia. 2019-11-26. 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- "Ələddin Allahverdiyevin 75 illik yubileyi qeyd olundu". butov.az (az.). butov.az. 2022-05-30. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
- Araz Yaquboğlu. "Dünya şöhrətli alim, Göyçə həsrətli poeziya vurğunu". cebheinfo.az (az.). 2022-05-27. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
- Əhməd Qəşəmoğlu. "Qəlbində Vətən sevgisini yaşadan elm fədaisi" (PDF) (az.). Xalq qəzeti. 2022-05-26. səh. 10. 2022-05-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-26.
Ədəbiyyat
- Распространение упругих и упругопластических волн. Фрунзе, 1979
- Прочность материалов и элементов конструкций при звуковых и ультразвуковых частотах нагружения. Киев, 1979
- Влияние внешних воздействий на реальную структуру сегнето- и пьезоэлектриков. Черноголовка, 1981
- Физические явления в поликристаллических сегнетоэлектриках. Изд. АН СССР Ленинград, 1984
- Прочность поликристаллических сегнетоэлектриков. Изд. АН СССР Ленинград, 1984
- Моделирование отказов и имитация на ЭВМ статических испытаний изделий электронной техники. Москва, 1985
- Физические основы микроэлектроники. Изд. МИЭТ, Москва, 1986
- Физические основы микроэлектронных приборов. Изд. МИЭТ, Москва, 1987
- Математическое моделирование физических процессов в элементах микросхем. Изд. МИЭТ, Москва, 1988
- Теоретические основы функциональной электроники. Изд. МИЭТ, Москва, 1992
- Кристаллы, рост, свойства, применение. Изд. РАН, Александров, 2001
- Философско-педагогический анализ проблемы гуманизации образовательного процесса. Москва, 2001
- The International Jubilee Conference “Single crystal and their application in the XX century - 2004”. Aleksandrov, Russia, 2004
- Эпоха глобальных проблем (Опыт философского осмысления). Изд. МГИДА, Москва, 2004
- Числовые последовательности. Изд. МГИДА, Москва, 1998
- Математический анализ. Изд. МГИДА, Москва, 2001
- Прикладная математика. Теория графов. Изд. МГИДА, Москва, 2001
- Дифференциальные уравнения. Изд. МГИДА, Москва, 2005
- Теория вероятностей и математическая статистика. Изд. МГИДА, Москва, 2004
- Линейная алгебра и элементы аналитической геометрии. Изд. МГИДА, Москва, 2004
- Математическая статистика. Изд. МГИДА, Москва, 2005
- Almaz Ülvi. "Göyçə mahalı Kəsəmən: Bir kəndin tarixindən səhifələr", I kitab. Bakı, "CBS", 2011.
Xarici keçidlər
- "Библиографическое описание издания: Аллавердиев, Аладдин Мамедович". Московский городской педагогический университет ( (rus.)). resources.mgpu.ru. 2016. 2016-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-13.
- "АЛЛАВЕРДИЕВ АЛАДДИН МАМЕД ГУСЕЙН ОГЛЫ". nomerorg.com ( (rus.)). nomerorg.com. 2016. 2016-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-13.
- "Coupled flexural-shear oscillations of stepwise-layered piezoceramic disk transducers". Soviet Applied Mechanics. 23: 465–471. Bibcode:1987SvApM..23..465A. doi:10.1007/BF00888059. (ing.)