Ələddin Abbasov

Ələddin Aslan oğlu Abbasov (5 may 1922, Gəncə13 iyul 2014[1], Gəncə) — Azərbaycan teatr və kino aktyoru[2], Azərbaycan SSR xalq artisti (1971). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2003)

Ələddin Abbasov
Doğum tarixi 5 may 1922(1922-05-05)
Doğum yeri
Vəfat tarixi 13 iyul 2014(2014-07-13)[1] (92 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Fəxri xiyaban (Gəncə)[d]
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1939–2014
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1971 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1958 "Teatr Xadimi" qızıl medalı — 2005
1-ci dərəcəli "Vətən müharibəsi" ordeni  — 1985 "Şərəf nişanı" ordeni  — 1959
IMDb ID0007731

Həyatı

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.

Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat etmişdir. Gəncə şəhər Fəxri xiyabanında dəfn edilmişdir.[3]

Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aslan Abbasovun əmisidir.

Yaradıcılığı

Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Xarakterik səs tembri, ifadəli sifət cifət cizgiləri, cazibəli səhnə görkəmi var. Aktyorluq təhsili yoxdur, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb. "Mən ki gözəl deyildim" (İmran), "Özgə vaxt" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş), və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.

Səhnə rolları

Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. Onların daha məşhurlarını iki qismə bölüb təqdim etmək olar:

Məkanın Melodiyası (2004).

Faciə və dram rolları

Aydın, Qurban, Fərhad, Baxşı, İbad ("Aydın", "Solğun çiçəklər", "Nəsrəddin şah", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Xanmurad, Ziyad Şahsuvarov, Həsənzadə, Sahib ("Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Şükri Cəfəroğlu ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Frayman, Hakim ("Kəllə" və "Demoklsin qılıncı", Nazim Hikmət), Kassio və Otello ("Otello", Vilyam Şekspir), Seyran (Namus", Aleksandr Şirvanzadə), Lembidt Pedaye ("Azmış oğul", Eqon Rannet), Mekxit ("Üç qəpiklik opera", Bertolt Brext), Ataman ("Anacan", Yusif Əzimzadə), Cəlal ("Komsomol poeması", İsgəndər Coşqun), Tərlan ("Bahar", Məmmədhüseyn Təhmasib), Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil), Aqabo Boqveradze ("Araba hələ aşmayıb", Otiya İoseliani), Qaçaq Nəbi ("Qaçaq Nəbi), Yazon ("Medeya", Evripid), kriont ("Antiqona", Sofoki), Anton, Səyavuş, Turxan bəy ("Şeyx Sənan", "Səyavuş" və "Maral", Hüseyn Cavid), Fərhad və Şiruyə, Eldar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Zaur, Yusif Sərrac ("Yadmdamı?" və "Ulduzlar gö-rüşəndə", Altay Məmmədov), Pərviz və Rüstəm ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli).

Komediya obrazları

Rövşən, Murad, Kəblə Muxtar, Camal ("Əliqulu evlənir", "Aşnalar", "Küləklər" və "Nişanlı qız", Sabit Rəhman), Həsənağa ("Göz həkimi", İslam Səfərli), Dövran ("Məzəlizadələr", Səttar Axundov), Silvio ("İki ağanın bir nökəri", Karlo Haldoni), Yevgeni Lukaşin ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), Dəli Domrul ("Dəli Domrul", Altay Məmmədov), Zeynal kişi ("Gəl qohum olaq")

Mükafatları

Filmoqrafiya

  1. Bizi dağlarda axtarın (film, 1976)
  2. Dəli Kür (film, 1969)
  3. Dörd bazar günü (film, 1975)
  4. Əfsanəyə çevrilən adam. Ələddin Abbasov (film, 2013)
  5. Gəl qohum olaq (film, 2001)
  6. Gözlə məni (film, 1980)
  7. Xatirələr sahili (film, 1972)
  8. İşarəni Dənizdən Gözləyin (1986)
  9. Köhnə bərə (film, 1984)
  10. Koroğlu (film, 1960)
  11. Qatır Məmməd (film, 1974)
  12. Qətl günü (film, 1990)
  13. Qisas (film, 1991)
  14. Qocalar, qocalar... (film, 1982)
  15. Məkanın melodiyası (film, 2004)
  16. Mən ki gözəl deyildim (film, 1968)
  17. Nizami (film, 1982)
  18. Od içində (film, 1978)
  19. Özgə vaxt (film, 1996)
  20. Özgə vaxtın doğma anları (film, 2002)
  21. Papaq (film, 2007)
  22. Səmt küləyi (film, 1973)
  23. Torpaq. Dəniz. Od. Səma (film, 1967)

İstinadlar

  1. IMDb (ing.). 1990.
  2. İsmayılova, P. "Dəli Kür"də səhvlər var: Ələddin Abbasov: "Bu yaşda oturaq bir rol olsa, oynayardım": [Kino-aktyor Ələddin Aslan oğlu Abbasov haqqında] //Həftə içi.- 2011.- 6 yanvar.- S. 6.
  3. Kinomuzun Cahandar ağası əbədiyyətə qovuşdu: Gəncədə Xalq artisti Ələddin Abbasovla vida mərasimi keçirilib: [Gəncə Dövlət Dram Teatrının mərhum aktyoru] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.7.
  4. C. Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 dekabr 1981-ci il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.