Əlşəy rayonu

Əlşəy rayonu (başq. Әлшәй районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayon
Əlşəy rayonu
Әлшәй районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

54°01′00″ şm. e. 54°57′22″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 31 yanvar 1935
Sahəsi 2411,42[1] km²
Hündürlük
110 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 37.615 nəf. (1 yanvar 2019)[2]
Rəsmi sayt
Əlşəy rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayonun inzibati mərkəzi Raevski kəndidir.

Coğrafi yerləşməsi

Başqırdıstanın cənub-qərbində yerləşir. Dyoma çayının orta axarında qərarlaşır. Rayonun ərazisi 2415 km² təşkil edir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən MoskvaÇelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir.

Tarix

Əlşəy rayonu 31 yanvar 1935-ci ildə təşkil edilmişdir.

Əhali

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Əlşəy rayonu ərazisin milli tərkibi: başqırdlar — 39,3 %, tatarlar — 32,4%, ruslar — 22,7 %, ukraynalılar — 2,5 %, çuvaşlar — 1,6 %, digər millər — 1,8 %[3].

İnzibati-ətazi vahidləri

Əlşəy rayonunda 3 şəhər tipli qəsəbə (Raevski, Aksiyanovo, Şafranovo) və 122 kənd var. 2005-ci ildən rayonda 20 kənd inzivati vahidliyinə 104 yaşayış məntəqəsi daxildir[4]

İqtisadiyyat

Əlşəy rayonu əsasən sənaye-aqrar rayondur. Ərazisindən neft çıxarılır. Bu işi «Aksakovneft» İB həyata keçirir. Burada Süd, Yem, Şəkər, Tərəvəz konservi, Yerli Tikinti materialları, Dəmirbeton zavodları fəaliyyət göstərir. 5 kalxoz, 6 sovxoz, 37 fermer təsərrüfatına sahibdir. Kənd təsərrüfatının atçılıq və arıçılıq sahərəri inkişaf etmişdir.

Sosial sfera

Rayon ərazisində 62 ümumtəhsil mərkəzi, 22 orta məktəb; Əlşəy Kənd Təsərrüfatı Teknikumu, Raevskoe və Şafranovskoe peşəkar Uçilişi, 33 kütləvi kitabxana, 43 klub, 6 xəstəxana, A. P. Çexov adına və «Şafronova» müalicəvi mərkəzi fəaliyyət göstərir. Burada tatar, rus və başqırd dillərində «Pobeda» «Alışeevski xəbərləri» qəzet buraxılır.

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.