Əkməl Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik.
Əkməl Nur | |
---|---|
özb. Nuriddinov Akmal Vahobovich | |
Doğum tarixi | 27 fevral 1959 (65 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rəssam |
Həyatı
Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub[1]. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
İstinadlar
- "Bakıda özbəkistanlı rəssamın əsərləri nümayiş olunacaq". 2012-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.