Əkin keşnişi

Əkin keşnişi (lat. Coriandrum sativum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin keşniş cinsinə aid bitki növü.

Keşniş bitkisi
Keşniş bitkisinin çiçəyi
Əkin keşnişi
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Campanulids
Yarımfəsilə:
Apioideae
Triba:
Coriandreae
Növ:
Əkin keşnişi
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  29622
NCBI  4047
EOL  581687

Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara malikdir. Çiçək tacı çəhrayı rəngdədir.

Botaniki təsviri

Botaniki təsviri
Botaniki təsviri

Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk öncə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir. Ləçək yarpaqları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-çəhrayı rəngli olanlar geniş yayılmışdır. Dişiciyi iki yuvalı, aşağı yumurtalıqlıdır və hər yuvasında bir yumurtacığı olur.

Toxumları kürəvi uzunsov-yumru formalı olub iki toxumcuqdan ibarətdir. Toxumlarının diametri 2–7 mm arasında dəyişir və onların 1000 ədədi 4,5-7,0 q olur. İkipaylı toxumdan ibarət meyvələri avqust-sentyabr aylarında yetişir. Xoş ətirli iy saçır.

Tarixi

Keşniş Aralıq dənizi mənşəli qədim bitki hesab olunur. Rusiyaya XIX əsrin əvvəllərində gətirilmiş və mərkəzi quberniyalarda becərilməyə başlanmışdır. Hazırda keşniş əkinləri daha çox Rusiyanın mərkəzi qaratorpaq zonasında, şimali Qafqazda, orta Volqa boyunda və Ukraynada yayılmışdır.

Əkilmə qaydası

Keşniş toxumu

Kiçik sahələrdə keşniş əvvəlcədən hazırlanmış ləklərə əl ilə və ya əl toxumsəpənləri ilə cərgəvi üsulla səpilir. Geniş sahələrdə toxum traktora qoşulan səpici maşınlarla 4-6 cərgəli lent üsulu ilə səpilir. Lentdə cərgəaraları 29 sm, lentaraları isə 60-70 sm saxlanır. İlboyu arası kəsilmədən məhsul almaq üçün keşniş toxumu fevralın ikinci yarısı, martın əvvəlindən başlayaraq oktyabrın axırınadək hər 10-15 gündən bir səpilir. Erkən yazda məhsul almaq üçün keşniş toxumunu noyabrın ikinci yarısı və dekabr ayında da səpmək olar.

Əhəmiyyəti

Keşnişin meyvələrində 1 %-ə qədər efir yağı, 10 %-ə qədər piyli yağ və 10-16 % zülal maddələri vardır. Keşnişin meyvələrindən alınan efir yağı xoşa gələn ətirli iyə malikdir.

Keşnişin meyvələri iştahartıran və həzm prosesini yaxşılaşdıran dərman kimi qəbul edilir. Keşnişin yağından bir çox dərman preparatlarının tərkibində, meyvələrindən isə müxtəlif yeyinti məhsullarına xoş iyverən maddə kimi geniş istifadə edilir. Bundan başqa, keşniş meyvələrindən xroniki mədə - bağırsaq xəstəliklərində iltihabı aradan qaldıran və mədənin həzm prosesini yaxşılaşdıran vasitə kimi çay dəmləyib içirlər. Keşnişdən hazırlanan çay aşağıdakı kimidir: qurudulmuş keşniş meyvələrindən 2 xörək qaşığı götürüb 0,5 litrlik çaynikə qoyulur, üstünə 0,5 l qaynar su əlavə edib 30 dəqiqə zəif yanan od üzərində dəmlənir, sonra isə ondan gündə 3 dəfə xörəkdən sonra yarım stəkan içirlər. Keşniş çox qiymətli bitkidir. Onun meyvələrinin mədə - bağırsaq və böyrək xəstəliklərində, eləcə də öd kisəsinin iltihabında çox mühüm müalicə əhəmiyyəti vardır.

Keşniş Azərbaycanda (xüsusilə Abşeron yarımadasında) qədimdən becərilən ətirli tərəvəz, həm də dərman bitkisidir. Burada keşnişin meyvəsindən ətirli ədviyyat kimi, eləcə də uşaqlarda tez-tez baş verən qarın ağrılarında istifadə olunur. Bu məqsədlə keşnişin meyvələrini nanə yarpağı ilə bir yerdə çay hazırlayıb uşaqlara içirirlər.

Dərman məqsədilə keşnişin meyvələrini yetişən dövrdə toplayıb, başqa hissələrdən təmizləyir, sonra açıq havada qurudurlar. Qurudulmuş meyvələri kisələrə doldurub, havası quru olan yerdə saxlayırlar.

Keşnişin müalicəvi xüsusiyyətləri də çoxdur.

  1. Keşnişin yarpaqlarında bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər və koriandrin maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək zərərli xolesterinin miqdarını aşağı salır.
  2. Keşniş mədə pozulmasının qarışısını alır, ürəkbulanması və qusmanı aradan qaldırır.
  3. Keşniş kalsium mənbəyidir. O, sümükləri möhkəmləndirir və sümüklərin əriməsinin qarşısını alır.
  4. Keşnişin tərkibindəki sakitləşdirici maddələr insanı rahatladır.
  5. Gecə yuxusunu normaya salmaq üçün bol miqdarda keşniş yemək məsləhətdir.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 256.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.