Əkbər Nəcəf

Əkbər Nəcəf (1975) — tarixçi, tədqiqatçı, tərcüməçi.

Əkbər Nəcəf
Əkbər Nəcəf
Doğum tarixi
Doğum yeri Neftçala, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı

Həyatı

Əkbər Nəcəf 1975-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Neftçala rayonu Astanlı kənd orta məktəbini 1992-ci ildə bitirdikdən sonra 1993-cü ildə Türkiyənin Ankara Universiteti Türk Dili fakültəsindən, 2008-ci ildə isə Türkiyənin Mərmərə Universiteti (İstanbul) Tarix fakultəsindən məzun olmuşdur. Hazırda AMAA (Azərbaycan Milli Araşdırmalar Assosasiyası) tarih araşdırmalarına rəhbərlik edir.

Elmi əsərləri

  • Xəzər ötəsi türkmənləri (türk dilində). İstanbul 2004, Kaknüs nəşriyyatı;
  • Qaraxanlılar (türk dilində). İstanbul 2005, Selenge nəşriyyatı;
  • Şah İsmail Xətai Külliyatı (türk dilində). İstanbul 2006, Kaknüs nəşriyyatı (Babek Cavanşirlə birlikdə);
  • Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından XIV əsrə qədər). Bakı 2010 (Azərbaycan dilində);
  • İnanc yaddaşı (Köklər və tarixlər), Bakı, Qanun-İzmedia, 2013.
  • Hun minilliyi (b.e.ə IV - b.e. VI əsrlərdə türk dünyası). Bakı, TEAS Press nəşriyyatı, 2015

Tərcümə əsərləri

  • S.Q.Ağacanov. Oğuzlar. İstanbul 2003 (türk dilində), Selenge nəşriyyatı;
  • S.Q.Ağacanov. Selcuqlular. İstanbul 2007 (türk dilində), Ötüken nəşriyyatı;
  • C.Həsənli. Soğuk Savaşın İlk Çatışması: İran Azerbaycanı. İstanbul 2008 (türk dilinə), Bağlam nəşriyyatı;
  • M.Qasımlı. Azerbaycan Türklerinin Milli Mücadelesi (1920-1945). İstanbul 2008 (türk dilində), Kaknüs nəşriyyatı;
  • İ.Mehmetov. Türk Kafkasında Siyasi ve Etnik Yapı: Eskiden Günümüze Azerbaycan Tarihi. İstanbul 2009 (türk dilinde), Ötüken neşriyyatı;

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.