Əjdər Xanbabayev
Əjdər Xanbabayev (1931, Ordubad, Naxçıvan MSSR – 30 may 1990, Bakı) — Azərbaycan jurnalisti. O, Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, "Azərnəşr" nəşriyyatının və "Yazıçı" nəşriyyatının direktoru olmuşdur. Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülmüşdür.
ƏJDƏR XANBABAYEV | |
---|---|
Doğum tarixi | 1931 |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 1990 |
Vəfat yeri |
Həyatı
1990-cı ilin mayında Əjdər Xanbabayevin qətlini təşkil etməkdə ittiham olunmuşdur. Xanbabayev Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində güllələnmişdi. İstintaqın məlumatına görə, zərərçəkmiş şəxs Azərbaycan KP MK-nın keçmiş birinci katibi Heydər Əliyevin tərəfdarlarından biri və onun respublikaya qayıtmasının təşkilatçılarından olmuşdur. Azərbaycan SSR hakimiyyət orqanları onun qayıdışını istəmirdilər və Xanbabayev Azərbaycan SSR DTK-nın operativ nəzarəti altında idi. Azərbaycan Prokurorluğunun məlumatına görə, əməliyyat nəzarətinin təşkilatçıları DTK-nın 3 saylı idarəsinin rəisi, polkovnik-leytenant Vladimir Mirzoyev və Azərbaycan SSR DTK-nın 5-ci şöbəsinin rəisi, 3 saylı idarə rəisinin müavini, polkovnik-leytenant Sadıx Əliyev olmuşdur. Cinayət işinin materiallarına görə, onlar DTK sədri Vaqif Hüseynovun birbaşa göstərişlərini yerinə yetirmişdir.[1]
Mənbə
İstinadlar
- Tumşis, 2016. səh. 97
Ədəbiyyat
- Тумшис, Михаил. Щит и меч Советского Союза (rus). Moskva: Rusiya Təhsil və Elmin Təşviqi Fondu. 2016. ISBN 978-5-91244-161-5.
Xarici keçidlər
- 30 May - Əjdər Xanbabayevin qətlə yetirildiyi dəhşətli gün…
- Əjdər Xanbabayevin anım günü keçirilib
- Ömürlük məhbus ilginc faktlar açıqladı
- KEÇMİŞ BAŞ PROKUROR BAKIDAKI KİLLERLƏRDƏN DANIŞIB